beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAL HAQQINDA MÜASİRLƏRİN SÖYLƏDİKLƏRİ

Doktor Mixail Polman 1955-ci ildə nəşr etdirdiyi “Bal cərrahiyyə sarğılarında” adlı məqaləsində demişdir:
“Sarğılarda baldan istifadənin nəticələri məni və asistentimi onun böyük müsbət təsirləri qarşısında aciz etdi.

Məndə olan bütün müsbət nəticələr bu bəsit maddə ətrafında düşünməyə imkan verir. Bəsit adlandırdığımız bu maddə irinli yara və sıyrıntı problemləri ətrafında yaranmış bütün suallara cavab verir. Bal zəhərsiz, bakterialara qarşı və dərinin qidalanmasında iştirak edən bir maddədir. Başqa dərmanlara nisbətən ucuz, asan hazırlanan, sadə istifadə mexanizminə malik və hər şeydən qabaq güclü təsir qüvvəsi olan bir dərman preparatıdır”.
Tədqiqatçı Sisel Tonzli deyir:
“Saçı möhkəm və parlaq saxlamaq üçün dörd miqdar balla iki miqdar təmiz zeytun yağı qarışdırılır və isti bir yerdə saxlanılır. Sonra bir neçə dəqiqə müddətində saç bununla sürtülür. Bundan sonra baş istilik sobasına yaxın, yaxud da elektrik darağının altında təxminən yarım saat müddətində saxlanılır və sonda maye sabunla yuyulur. Bu müalicə üsulu saç tökülmələrinin qarşısını almaqla onun təbii rəngini, formasını və parlaqlığını qoruyub saxlayır, həmçinin başın dərisini təmizləyir. Ayda bir dəfədən artıq bu müalicə üsulunun təkrarlanmasına da ehtiyac yoxdur”.
Doktor Aleks Novoselski deyir:
“Müalicələrimdə ağrıkəsici – keyləşdirici dərmanların istifadəsinə bir o qədər müraciət etmirdim. Əksinə, daha effektiv olan bal məhlulunun bədəndə ümumi dəyişiklik¬lərin baş verməsində mühüm rolu olduğunu düşünürdüm və mən belə hesab edirəm ki, bal məhlulu güclü hissiyyata qarşı bir vasitədir”.
Doktor Kroft özünün “Bal və səhhət” kitabında yazır:
“Həqiqət budur ki, bal ot qızdırması verməyən başqa allergik xəstəliklərin müalicəsi üçün də faydalıdır. Bu da bizi balın allergik xəstəliklərdəki işləmə mexanizminin yalnız tozcuq dənələrinə qarşı hissiyatı öldürməsindən ibarət olmaması barədə düşünməyə vadar edir”.
O həmçinin demişdir:
“Balla müalicə olunarkən uzun müddət hər gün az miqdarda bal qəbul edilməlidir. Lakin burada bir məqamı qeyd etmək lazımdır ki, bal kəskin astma tutması zamanı onun müalicəsində istifadə edilməməlidir. Uzun müddət müntəzəm olaraq bal qəbul etməklə yalnız astma tutma¬sının müəyyən dərəcə qarşısını almaq mümkündür”.
Doktor Truyanski 1983-cü ildə nəşr etdirdiyi məqaləsində yazırdı:
“Baldan ağız boşluğunun iltihabı xəstəliklərinin müalicəsində istifadə olunmuş və onun nəticələri uşaqlarda üz və ağız nahiyələrində baş vermiş yanıqların aradan qaldırılmasına da kömək etmişdir. Həmçinin bal məhlulu tüstülətmə şəklində ağız boşluğunun selikli qişasının müa¬licə¬sində də sınaqdan keçirilmiş, dabağın olduğu yerlərdə beş dəqiqə müddətində saxlanılmış və onun bu cür istifadəsi üz və çənə əməliyyatlarından sonra sıyrıntıların bitişməsində öz müsbət effektiv təsirini göstərmişdir”.
Doktor Romaninko 1981-ci ildə “Dəri və tənasül orqanlarının xəstəlikləri” curnalının dərc etdiyi məqaləsində demişdir:
“Təmiz bal sarğılarından istifadə çiban, sızanaq və oturaq sinir vəzləri iltihablarının müalicəsində 24-48 saat ərzində öz müsbət təsirini göstərmişdir”.
Doktor Qrinud 1993-cü ildə Böyük Britaniyada nəşr dərc etdirdiyi məqaləsində demişdir:
“Belə hesab olunur ki, balın göstərdiyi antibakterioloci fəaliyyət fermentlərin vasitəçiliyi ilə hidrogen biroksidinin və arının bəzi çiçəklərdən hasil etdiyi antibakterioloci maddələrin yaranma nəticəsində meydana gəlir”.
Doktor Gen Karbir 1989-cu ildə işıq üzü görən “Qida apteki” kitabında belə deyir:
“Həqiqətən, xalq təbabəti effektiv antibakterioloci silah və orqanizmi mikroblardan təmizləyici vasitə kimi məhz balı seçməkdə tamamilə haqlıdır. Müasir dövrü¬müzdəki bir çox alimlər bakteriaların bala toxunması zamanı necə məhv olmalarının şahidi olmuşlar”.
Doktor Carfis “Xalq təbabəti” kitabında yazır:
“Enurez xəstəliyi olan uşaqlara yatmazdan qabaq bir çay qaşığı həcmində bal vermək onlarda gecə sidik saxlama vərdişinin yaranmasına müsbət təsir göstərir”.


Tarix: 14.04.2013 / 13:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar