Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının ağ rəngdə toy paltarı geyməsi

Sual: Toy axşamı qadın ağ toy paltarı geyə bilər? Yoxsa, kafir qadınların paltarı olduğuna görə bu haramdır?

Cavab: Həmd Allaha məxsusdur.

Qadının ağ toy paltarı geyməsində bir qəbahət yoxdur. Lakin bir şərtlə ki, onun məhrəmləri olmayan kişilərin qarşısında olmamalıdır, görünməməlidir. Çünki adətən toy paltarları zinətli və bəzəkli olur. Biz artıq bu məsələ ilə əlaqədar bildirmişik ki, qadının hicabının şərtlərindən biri özü-özlüyündə zinət olmamasıdır.

Həmçinin vacibdir ki, bu paltar qadının hər hansı bir gözəlliyni nümayiş etdirməsin, ifşa etməsin. Hətta qadın bunu geyinərək sadəcə qadınların qarşısına çıxsa belə.

Bu paltarın (ağ toy paltarının) kafir qadınların geyimi olması məsələsinə gəldikdə, məsələ anlaşıldığı kimi deyil. Daha doğrusu indiki dövrdə bir çox müsəlman qadın, əksəriyyəti olmasa da, bu cür paltar geyir.

Şeyx ibn Üseymindən rahiməhullah soruşmuşdurlar:

Qadının öz toy mərasiminə ağ geyinməsinin hökmü nədir? Bilindiyi kimi bu kafirlərə bənzəməkdir.

O cavab vermişdir: Kişilərinin paltarı, geyimi ilə eyni biçimdə deyilsə qadına ağ geyinməyə icazə verilir. Bunun kafirlərə bənzəmək olduğuna gəldikdə, artıq indi məsələ düşünüldüyü kimi deyil, çünki indi bütün müsəlman qadınlar ərə gedəndə bu cür paltarlar geyirlər. Hökm məsələyə dair səbəbin olub-olmamasından asılıdır. Bu paltar artıq kafirlərə bənzəmək olmadığına görə və həm müsəlmanlar, həm də kafirlər üçün adət halını aldığı üçün, o zaman hökm artıq tətbiq olunmur. Bir şərtlə ki, özü-özlüyündə, əslində bir haram olmasın. Bu cür şeylər bütün hallarda haramdır.

Məcmuət Əsilə Təhumm əl-Məra, səh.92


Tarix: 05.04.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar
loading...