Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dində İfratçılıq

Tarix boyunca özünə kitab göndərilən hər qövm dinlərində həddi aşmaqdan geri qalmamışdır. Allah, İslam dininə inananların örnək olması üçün, onları orta bir ümmət qılmışdır. Müsəlmanlar da buna diqqət edib hər cür ifratçılıqdan qorunmalıdırlar. Həmçinin Quranda belə buyurulur:
"De ki: Ey kitap əhli, haqsız yerə dininizdə həddi aşmayın və daha öncə azanlar və çoxlarını azdıranlar və dümdüz yoldan azmışlara (istək və həvəslərinə) uymayın." (Maidə Surəsi, 77)

Peyğəmbərimizin həyatının son illərində və Dörd Xəlifə dövründə Xaricilər adı verilən ibadətlərinə düşkün olduqları halda dində ifrata gedən və peyğəmbərimizin sünnətindən ayrılanlar ortaya çıxmışdır. Rəsulullah Əfəndimiz (s.a.v.) bunlarla mübarizə aparmağı əmr etmişdir. Bu gün hələ də İslam adı altında ortaya çıxan bəzi bəsirətsiz insanlar etdikləri və söylədikləri ilə böyük zərər verməkdədirlər.
Rəsulullah Əfəndimiz, Allahın bu xəbərdarlıqlarını müsəlmanlara aydınlaşdırmış və təqva adı altında İslamda olmayan hərəkətləri İslamın bir parçası kimi göstərməyə çalışanlara göz yummamışdır. Peyğəmbərimizin həyatı dində ifratçılığa qarşı xəbərdarlıqlarla doludur. Bunlardan bir neçəsi:
"Hər şeyin bir şövqu vardır. Hər şövqün bitdiyi bir zaman vardır. Edəcəyi işdə bu şövqü duyan insan işini görərkən mötədil hərəkət edər və bu iddia ilə davam edərsə müvəffəq olacağına ümid edin. Lakin ifratçılığa düşərək diqqəti cəlb edir və barmaqla göstərilən hala gəlmişsə ona etibar edib salehlərdən sanmayın." (Tirmizi)
Hz. Ayşə rəvayət edir: "Yanımda Əsəd qəbiləsindən bir qadın vardı. Peyğəmbər içəri girdi. ‘Bu kimdir?’ deyə soruşdu. ‘Filankəsdir, gecələr heç yatmaz, ibadətlə keçirər’ dedim. Rəsulullah, ‘sus yetər, sizə tab gətirə biləcəyiniz əməl yaraşır. Siz ibadət etməkdən yorulmadıqca Allah savab verməkdən yorulmaz. Allahın xoşlandığı dini əməl insanın davamlı olaraq etdiyi əməldir.’"(Buxari)
"İnsanların sual verməkdə o qədər irəli gediləcəyindən qorxular ki, hətta məxluqatı Allah yaratdı, Allahı kim yaratdı deyən olarlar. Belə suallar verildiyi zaman, İxlas surəsini oxuyun, sonra üç dəfə sola tüpürərək şeytanın şərindən Allaha sığının." (Buxari- Müslim)


Tarix: 18.04.2013 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Maraqlı melumatlar
loading...