beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İMAN ƏN BÖYÜK İMKANDIR

Allahın mükəmməlliyini ifadə edən adlardan biri də əl-Mumindir. Həm “barış, hüzur və güvən bəxş edən” həm də “etibar edilməyə ən çox layiq olan” mənasındadır. Mömin, inanan insan üçün də istifadə edilən bir addır. İnsan üçün istifadə edildiyində həm “Allahın etibarına layiq olan”, həm “barış və hüzura çatan”, həm də “Allaha etibar edən şəxs” mənasına gəlir.

Allahın biz insanlar üçün seçib bəyəndiyi Haqq Din, iki hissədən meydana gəlir:
1. Üsul: Möminə et və etmə deyə əmr edilən hər şeyin təməlində olan inanclar sistemi, yəni əqidə.
2. Qollar: Əqidə təməli üzərində yüksələn, Allahın insanın sonsuz xoşbəxtliyi üçün qoyduğu qanunlar bütünüdür.
Birincisi iman, ikincisi İslam adlandırılıb. İman və İslam, inanc və əməli təmsil edirlər. Bu ikisi dinin iki ayağıdır. Həyat yolunun yolçusu olan insan, ancaq bu ayaqlarla bir yol qət edə bilər.
İmanın əxlaqı qarşılığı “güvən”, əqidəvi qarşılığı “inanc”dır. İnanmaq işin əqidəvi qismini, güvənmək əxlaqi qismini meydana gətirir. Bir insan düşünün ki: Bir imana sahibdir, amma bir iman əxlaqına sahib deyil. Hətta imanın da bir əxlaqı olduğunu, ola biləcəyini heç düşünməyib. Yəqin ki, üstündə əsdiyi əxlaqi dəyərlər var. Cinsi əxlaq, siyasi əxlaq, iş əxlaqı, elm əxlaqı… Lakin ciddilik göstərdiyi bu dəyərlər arasında iman əxlaqı yoxdu. Bütün əxlaqi davranışlarının əsasını imanı təşkil etdiyi halda, bu imanın da bir əxlaqı olduğunu nəzərdən qaçırıb. Bütün əxlaqi davranışları imana istinad edir, amma şəxsən iman, əxlaq anlayışından məhrumdur.

Bir insan düşünün ki: Mömin olduğunu iddia edir, bir dəyərlər sisteminə inanır. Lakin inandığı dəyərlər sisteminə güvənmir. Allaha inanır, inandığı Allaha güvənmir. İslama inanır, inandığı İslamın yaşadığı dövrün problemlərini həll edəcəyinə isə inanmır. Vəhyin ilahi qaynağına inanır, o vəhyin həyata dair bələdçiliyinə isə güvənmir.

İmanın əksi küfrdür. Küfr kəlməsi əsasən “örtmək” mənasına gələn bir məstərdir. Küfr, Allahın insanın üzərində yaratdığı fitrətin və o fitrətin içində ilk növbədə var olan inanc, güvən, ədalət, haqqaniyyət, yaxşılıq kimi toxumların əkilmiş olduğu vicdanın örtülməsi halıdır. Sonradan əldə edilən deyil, hər insanda əvvəldən var olan mənasına gələn “vicdan”ın gözünün pərdələnməsi, vicdan qulağına qurşun axıdılması, vicdan dilinin lal olması halıdır. Küfr pərdəsi ilə örtülən bir vicdanın sahibi, istər‐istəməz inkara yönələcək. Məhz buna görə, hər inkar qərəzli bir mühakimədir. Vicdanın üzəri örtülmədən, inkar etmək qeyri‐mümkündür. Ancaq karlaşdırılmış, korlaşdırılmış və lal edilmiş bir vicdanla inkar edilə bilər.

İman ən böyük imkandır. İnsanın imanı tükənmədikcə imkanı tükənməz. İnsanı bu çətin həyat yolçuluğunda yaradılış məqsədinə doğru qət etdirən iman yanacağıdır.
İman aksiomadır. İnsan bilmədiyini inkar edə bilər. Ona görə də insan bilmədiyinin düşmənidir. Amma insan tanımadığına inana bilməz. İnkar bir uzaqlaşdırma və rədd, iman təsdiq və qəbuldur. Bilməmək, tanımamaq və tanımaq istəməmək də inkarın bir növüdür. Lakin iman bilməyi və tanımağı labüd edir. İman ağacının kökü bilməyi də ehtiva edən “mərifət”dir. Bilmək və tanımaq, iradəli və şüurlu bir yönəlişdir. Zatən iradə və şüurun olmadığı bir yerdə, iman da yoxdur. İman, azad iradəyə istinad edən bir seçimdir. Ona görə də, məcburi iman iman deyil. Çünki iman ağacının gövdəsi qəlb ilə təsdiqlənir. Qəlb ilə təsdiq etmədən dil ilə iddia [1] edən mömin deyil, münafiq olar. Münafiq gizli kafirdir və Qurana görə kafirdən daha aşağıdır.

İman sevgiyə bənzəyir, inkar isə nifrətə. Sevgi pozitiv bir şeydir, nifrət neqativ. Sevgi insanı artırar, nifrətsə insana heç bir şey qazandırmaz. İman özü etibarı ilə pozitiv bir dəyər olduğu kimi, inkar da neqativdir. İman, sevgi kimi insanı zənginləşdirir, inkar isə nifrət kimi insanı yoxsullaşdırır. İman artırmaq, inkar əskiltməkdir. İman dəyər qatar, inkar isə dəyəri əskildər.

İman xatırlamaq, küfr unutmaqdır. Xatırlamaq yenidən qazanmaqdır, unutmaq isə itirmək və azaltmaqdır. İman edən, fitrət boltunun dişlisinə uyğun bir qayka keçirmiş sayıla bilər. Bazislə üstqurum arasındakı bu uyğunlaşma və birləşdirmə halı, insandakı şəxsiyyətsizliyin və daxili boşluqların qarşısını alar. İman mövcud olan əmanəti xatırlamaqdır, inkarsa unutmaq.

İman bir bağlanış, inkarsa bir ayrılmaqdır. Bağlanmaq insanı “əmin” edər. Buna görə də iman var olan güvənliyin qaynağıdır.

İman səbatdır. [2] Sahibinin öz yerində məskunlaşmasını təmin edər. Yerində məskunlaşan, sakitlik tapar. İnkar isə parçalanmadır. İnkar edən yol qət etməz, sadəcə dolaşar. Parçalanmaq, sahibini güvənlikdən məhrum edər. Saxta bir azadlıq hissi oyandırsa da, çox keçmədən bunun həqiqi bir azadlıq olmadığı aydınlaşar. Çünki inkar, “özəyi möhkəmləndirməz”, əksinə özəyi çürüdər və qurudar. Özəyi möhkəmləndirməyən şeyin verdiyi azadlıq hissi, narkotikin verdiyi xoşbəxtlik hissi qədər saxta, keçici və zərərlidir.

İman həddini bilmək, küfr həddi aşmaqdır. İman, özündə olmaq halıdır. Özündə olmayan, özünü itirər. Özünü itirən, həddini bilməz. Həddini bilən özünü bilər, özünü bilən Rəbbini bilər. İman özünü tapmaqdır, inkar özünü itirmək.

İman şükürdür, inkar nankorluq. Təşəkkür çörəyin deyil, çörəyi verənin haqqıdır. Sahibsiz nemət olmaz. Bir şey nemətdirsə, mütləq sahibi var. Neməti görən, nemətin sahibini axtarar. Nemətin sahibini tapan, Ona təşəkkür edər. Neməti görməmək, nankorluqdur.

İman vəfadır, inkar vəfasızlıq. Allaha vəfa göstərməyən, heç kəsə vəfa göstərməz. Ən böyük vəfakarlıq, Ən Böyük Olana vəfakarlıqdır.

İman üzünü çevirməkdir, küfr arxasını çevirmək. Nura üzünü çevirən, gözünü aydın edər. Nura arxasını çevirən, həyatı özünə zindan edər.

İman, qaynağa yönəlməkdir. Allah göylərin və yerin nurudur. Allaha iman, nurun qaynağına yönəlməkdir. İnkar isə bir yerə yönəlmək deyil, bir yönəlməni rədd etməkdir. Üzünü nura çevirənin üzü ağ, alnı açıq, gözü aydın, üzünü nurdan çevirənin üzü qara, gözü bağlı, könlü qara olur.

İman etinadır, küfr etinasızlıq. İman edən, varlığın məna və məqsədinə etina göstərir, inkar edən varlığın məna və məqsədinə etinasız qalmış olur. İman edənin sahib çıxacığı bir dəyər var. Bunun üçün həssaslıq göstərər və əli daima tətikdədir. İnkar isə neqativ xüsusiyyətinin bir gərəyi olaraq sahibi üçün heç bir dəyər kəsb etməz. Başqa sözlə qorunması və mühafizə olunması da lazım deyil. Bu isə etinasızlıq gətirir.

İman, şüuru düşüncəyə bağlayar. İnkar isə bu bağı qoparar və şüuru instinktə məhkum edər. Allaha iman, idrakı aşan bir həqiqətə imandır. Heç bir şüur və idrak Allahı ehtiva edə bilməz, fəqət Allah hər şüuru və idrakı ehtiva edər. İman etmək, şüurun mirasıdır. Ona üfüqlər açar və qanadlandırar. İnanan bir şüur, maddi aləmin qatı və kəsif dünyasından mənəvi aləmin şəffaf və lətif dünyasına qanad açar. İman mücərrədə olan marağı artırar və bu da insandakı mücərrədlik istedadını inkişaf etdirir. İnsan ağlı mücərrədlik istedadı ilə ölçülür. Hər cür mücərrədlyin bir həddi var. Hüdudsuz olan yeganə mücərrədlik mütləq və böyük yaradıcı olan Allaha bağlı təfəkkürdür. Başqa sözlə Allaha iman, insan idrakına sonsuz üfüqlər açan və onu son dayanacağı olmayan bir təkamül yolçuluğuna çıxaran dinamik bir gücdür. İnkar isə şüurun düşüncə ilə bağını qoparır. Bu vəziyyət, şüurun instinktə məhkum olmasıdır. Belə bir şüuru, instinktlər və təhrikçi mənlik yönəltməyə başlayar. Allaha qul olmaqdan qaçan, onu instinkt vasitəsi ilə yönəldən səbəblərin əlində köləyə çevrilər. Bax, Quranın “nəfsini tanrı etmək” dediyi də budur.

Allahın tərif etdiyi iman
Bir imanın səhih və məqbul ola bilməsi üçün mərkəzində Allahın olması əsas şərtdir. Əsla “İnsan inansın da, nəyə inanırsa inansın” demək olmaz. Əgər elə olsaydı, bu şəkildə təzahür edən bir çox inanış növünü Quran vəhyi küfür, şirk, nifaq, fisk [3] və füsur [4] kimi adlarla rədd etməzdi. İman bu mənada ikiyə ayrılır:
1. Səhih iman: Səhih imanın mərkəzində Allah var. Belə bir imanın tərifini Allah verir. İnsanın vəzifəsi o tərifə görə inanmaqdır. Əsas olan insanın öz imanı haqqında nə dediyi deyil, Allahın o kişinin imanı haqqında nə dediyidir. Sadəcə inanmaq kifayət deyil. Önəmli olan nəyə, nə üçün, necə, niyə, hansı qarşılıqlar gözləyərək iman etməyindir.
2. Səhih olmayan iman: Allahın iman tərifinə uymayan bir inanc, “batil inanc”dır. Batil inanc, iman olaraq xarakterizə edilməyə layiq deyil. Belə bir inancı olan da “iman sahibi” adlandırıla bilməz. Elə olsaydı, hər cür bütpərəscə inanışa da iman deyərdilər. İmanın tərifini iman edən insan deyil, ondan iman etməsini istəyən Allah verər. İmanın tərifini insanın verməsi, Tanrı tərifini insanın verməsi deməkdir. Tanrının təsvir və tərifini insana həvalə etmək, insana öz tanrısını təyin etdirmək mənasına gəlir. Bu isə Tanrı – insan əlaqəsindəki iyerarxiyanı [5] əksinə çevirməkdir. Bu inkardan daha böyük axmaqlıqdır.
Dedik ki, imanın tərifini Allah verir. Allah, bu tərifi peyğəmbərləri vasitəsi ilə insanlara endirdiyi vəhiylərlə vermişdir. Bütün ilahi vəhyilərin məqsədlərindən biri budur: İnsanları batildən haqqa döndərmək, qaranlıqlardan aydınlığa çıxartmaq. Tarixi insanlıqla yaşıd cahanşümül İslam vəhyinin insanlığın son dönəmindəki təzahürü olan və vəhyin zirvəsini təşkil edən Quran vəhyinin ilk məqsədi də budur.
Quran vəhyi səhih imanın mərkəzinə Allaha imanı yerləşdirir. Ancaq bu iman, varlığı yaradıb sonra əl‐ətək çəkən, bir tərəfə çəkilən, artıq yaratdığı varlıqla maraqlanmayan bir Allah təsəvvürü deyil, Hər Şeyi Görən, Hər Şeyi Bilən, Hər Şeyi Eşidən, Sevgi və Rəhmətin Mənbəyi Olan, Hər Canlının Ruzisini Verən, Həyatı və Ölümü Var Edən, “hər an həyata müdaxilə edən” [55:29] bir Allah inancıdır. Yəni belə bir Allah “Rəbb olan Allahdır. Məhz bu ayədə də Elçinin insanlığı dəvət etdiyi iman, “Rəbb olan”, yəni yaratdığı qulunu hər an qoruyub mühafizə edən, görüb nəzarət edən Allaha imandır.
“Niyə siz, Allaha inanıb güvənməyəsiniz; üstəlik Elçi sizi Rəbbinizə inanıb güvənməyə çağırdığı, O da sizdən söz almış olduğu haldı? Təbii ki, əgər, inanmaya könüllüsünüzsə?” [57:8]

Lüğət və izahlar

[1] (ər) İnancını, fikrini açıqca söyləmək, dil ilə təsdiq, qəbul.
[2] Sabitlik
[3]Günah. Haqqdan ayrılmaq.
[4]Fitnə
[5]Aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 257 Bölmə: Maraqlı melumatlar