beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həbsxanada Qılınan Namaz

Həbsxanada qılınan namaz SUPER ♥ Oxuyun ve dusunun ♥

Xorasan hakimi Abdullah ibn Tahir çox ədalətli adam idi. Adamları bir çox oğrunu tutmuşdu. Yolda quldurlardan biri qaçdı. O vaxt da heratlı bir dəmirçi Nişapura gəlmişdi. Dəmirçini gecə evə gedərkən yolda səhvən tutdular və digər oğrulara qatıb birlikdə Xorasan hakiminin yanına apardılar. Xorasan hakimi də hamısının zindana atılmasını əmr etdi.
Heç bir günahı olmayan dəmirçi həbsxanada dəstəmazalıb namaz qıldı. Əllərini qaldırıb: " Ey Rəbbim, günahsız olduğumu ancaq Sən bilirsən. Məni bu zindandan ancaq Sən xilas edə bilərsən," -deyə dua etdi.
Xorasan hakimi həmin gecə yuxusunda gördü ki, qoldan qüvvətli dörd adam gəlib taxtını tərsinə çevirir. Yuxudan oyanıb dəstəmaz aldı. İki rükət namaz qıldı. Təkrar yuxuya gedən Xorasan hakimi yenə həmin yuxunu görüb hövlank oyandı. Bir məzlumun haqqını tapdaladığını anladı. Tez zindanbaşını çağırtdırıb soruşdu:
-Görəsən, bu gecə zindanda məzlum adam qalmayıb ki?
Zindanbaşı dedi:
-Bunu deyə bilmərəm, ancaq biri durmadan namaz qılıb göz yaşı tökür.
-Tez o adamı buraya gətirin! -deyə Xorasan hakimi əmr verdi.
Dəmirçini onun hüzuruna gətirdilər. Xorasan hakimi onun halını soruşub vəziyyəti öyrəndi və dedi:
— Məni bağışla, haqqını halal et. Bu min gümüş hədiyyəmi də qəbul et. Nə istəyin olsa, yanıma gəl.
Dəmirçi cavabında:
— Mən haqqımı halal elədim, verdiyiniz hədiyyəni də qəbul etdim. Ancaq işimi, diləyimi səndən istəməyə gəlmərəm.
— Nə üçün gəlməzsən?

— Çünki mənim kimi bir yoxsula görə sənin kimi bir hakimin taxtını bir neçə dəfə çevirtdirən Sahibimi qoyub diləklərimi başqasına açmaq qulluğa yaraşmaz. Namazlarda etdiyim dualarla məni sıxıntılardan qurtardı. Bir çox muradıma qovuşdurdu. İndi başqasına sığına bilərəmmi?! Rəbbim sonsuz mərhəmət xəzinəsinin qapısını, ehsan süfrəsini hamıya açmışkən başqasının yanına necə gedərəm? Kim istədi, O vermədi? Kim gəldi qapısına, əliboş qayıtdı? İstəməyi bacarmasan, ala bilməzsən. Hüzuruna ədəblə çıxmasan, mərhəmətinə qovuşa bilməzsən.

Aqil isən, namazın çün səadət tacıdır,
Sən namazı belə bil ki, möminin meracıdı


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Maraqlı melumatlar