Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valideynlərin tələbi ilə kişi öz zövcəsini boşaya bilərmi?

Sual: Kişinin öz zövcəsini valideynlərinin tələbi ilə boşaması barədə şəriətin əmri nədir? Boşanma üçün irəli sürdükləri səbəb budur ki, bu qadın onların yanında əvvəllər xadimə işləyib. Bunu etməmək valideynlərə qarşı asilik, itaətsizlik hesab edilirmi? Onu da nəzər alın ki, bu qadın hal-hazırda gözəl, şərəfli bir həyat tərzi sürməkdədir.

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Şübhə yoxdur ki, yaxşı rəftar, itaət, ehsan nümayiş etdirmək və gözəl müamilə edilməyə layiq ən haqqlı insanlar valideynlərdir. Allah Sübhənahu və Təala valideynlərə yaxşılıq etməyi Özünə ibadət ilə yan-yana zikr etmişdir: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur”. (Əl-İsra 17:23)

Övlada zərər gətirməyəcək məsələlərdə övladın valideynlərinə itaəti vacibdir. Lakin onlar üçün heç bir faydanın hasil olmadığı hallarda və yaxud bununla övlada zərər gələcək hallarda övlad valideynlərinə itaət etməli deyil.

Şeyxul İslam ibn Teymiyyə “əl-İxtiyarat” adlı əsərin 114-cü səhifəsində belə buyurur:
“Hətta valideynlər fasiq, günahkar olsalar belə asilik, günah olmayan işlərdə övladın valideyinlərinə itaət etməsi fərzdir. Bu itaət o halda gerçəkləşir ki, valideynlər üçün bunda fayda var, eynilə övlad üçün də zərər yoxdur”.

Məqbul hesab edilməyən hər hansı bir səbəbdən dolayı talaq vermək (boşamaq) Allah təalanın xoşlamadığı bir əməldir. Çünki bu evlilik nemətini dağıdır və ailəni həlaka, övladları isə itkiyə, zərərə düçar edir. Həmçinin zövcəyə qarşı zülm ola bilər. Zövcənin keçmişdə xadimə olması həqiqəti talaqın baş verməsi üçün şəriətdə icazə verilən bir səbəb, üzr təşkil etmir. Xüsusilə də qadın dindar və gözəl əxlaqa sahib biri isə bu məsələ daha mühümdür.

Buna əsaslanaraq deyirik ki, sözügedən zövcənizi boşayaraq valideynlərinizə itaət etməməlisiniz. Bu cür etməklə siz onlara asilik etmirsiniz. Lakin övladın talaq verməmək barədə rədd cavabı gözəl və yumşaq tərzdə validyenlərə çatdırılmalıdır. Çünki Allah təala buyurur: “Onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”. (əl-İsra 17:23)

“Atası övladından zövcəsini boşanmasını tələb edirsə, bu barədə şəriətin əmri nədir” - deyə Şeyx İbn Üseymindən bu barədə soruşduqda şeyxin cavabı aşağıdakı kimi olmuşdur:

Atanın övladından zövcəsini boşamasını tələb etməsi halında bu məsələ iki haldan xali deyil:

1.Valideyn talaqı və onların ayrılmasının vacib olması üçün şəriətdə buyurulan bir səbəb göstərməlidir. Məsələn: Zövcəni boşa. Çünki onun davranışı şübhəlidir və belə ki, o kişilərlə eşqbazlıq edir, ya əxlaqsız məclislərə gedir və s. Bu halda kişi bununla razılaşmalı və onu boşamalıdır. Çünki atası yalnız öz istək və həvasına əsaslanaraq oğlundan zövcəsini boşamasını tələb etmir, əksinə oğlunun namusunun ləkələnməsini qorumaq üçün bunu edir, bu halda zövcəsini boşayır.

2. Ata oğluna zövcəsini boşamasını söyləyir: Buna səbəb odur ki, oğlu zövcəsini sevir, lakin ata oğlunun zövcəsinə olan məhəbbətini ona qısqanır. Analar isə daha qısqanc olur, çünki anaların əksəriyyəti övladlarının zövcəsini sevdiyini gördükdə çox qısqanc olurlar, sanki oğlunun zövcəsi ortaq qadın və yaxud rəqibə çevrilir. Allahdan bağışlanma və afiyət diləyirik. Bu halda, ata və ana övladına öz zövcəsini boşamasını əmr etsə, övlad zövcəsini boşamalı deyil. Əksinə, o, onlar qarşı münasibətində siyasət işlətməli və öz zövcəsini saxlamalı və valideynlərini zövcəsinin onunla qalmasının vacib olduğu qənaətinə gəlmələrinə qədərgözəl sözlərlə inandırmalıdırXüsusilə də zövcə dindar və gözəl əxlaq sahibi bir qadındırsa, buna da çox cəhd etməlidir..

İmam Əhməddən eynilə bu məsələ barədə soruşduqda belə cavab vermişdir:
Bir nəfər gəlib soruşdu: “Atam mənə zövcəmi boşamağımı əmr edir. İmam Əhməd dedi: “Boşama”. Həmin adam dedi: “Məgər Ömər, (oğlu) Abdullaha zövcəsini boşamağı əmr etdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm onu boşamağı əmr etmədimi? O dedi: “Sənin atan Ömər kimidirmi?”

Əgər ata oğluna bunu dəlil olaraq irəli sürərək: “Ey oğlum, peyğəmbər sallallahu aleyhi və səlləm Abdullah ibn Ömərə, atası ondan zövcəsini boşamasını əmr etdikdə o sallallahu aleyhi və səlləm bunu etməyi əmr etdi söyləyərsə, o zaman bunun cavabı: “Sən Ömər kimisən?” deyə olmalıdır. Lakin siz sözünüzdə yumşaq olun və gözəl şəkildə bunu söyləyin və həmçinin bildirin ki, Ömər elə bir şey anlamışdı ki, bu səbəbdən oğlunun zövcəsini boşaması məsləhət idi. Bu məsələ dəfələrlə verilən sualın cavabdır.
Müsəlman Qadınlara dair Cəmi Fətvalar,2/671


Fətvalar üzrə Daimi Heyətə “Heç bir səbəb olmadan və yaxud qadın (zövcə) tərəfindən dindarlığı ilə bağlı bir nöqsan olmadan, əksinə ananın şəxsi səbəblərdən dolayı oğluna zövcəsini boşamasını tələb edən bir ana barədə soruşdular. Onların cavabı aşağıdakı kimi oldu:

Əgər həqiqət sual verən şəxsin söylədiyi kimidirsə, yəni onun zövcəsi salehdir və ərini sevən bir qadındır, əri üçün əzizdirsə və ərinin anasına (qaynanasına) qarşı pis rəftar etmirsə və anası sadəcə şəxsi səbəblərdən dolayı ondan xoşu gəlmirsə, o zaman kişi zövcəsini saxlamalı və onunla evliliyinə davam etməlidir. Anasına itaət edərək zövcəsini boşamamalıdır, çünki Peyğəmbərin sallallahu aleyhi və səlləm belə söylədiyi sübuta yetirilmişdir: “Allaha asilik olan şeylərdə məxluqa itaət yoxdur”.
Buna əsasən deyirik ki, kişi öz anasına yaxşılıq, ehsan etməli və anasına baş çəkməklə və ona pulundan xərcləməklə, onun ehtiyaclarını qarşılamaqla, onun könlünü almaqla, sevindirməklə və mümkün hər bir yol ilə onu razı salmaqla, lakin öz zövcəsini boşamadan, onunla əlaqələrini gücləndirməlidir.
Daimi Heyətin Fətvaları, 2/29


Tarix: 03.04.2013 / 22:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 410 Bölmə: Maraqlı melumatlar
loading...