beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxumaga Deyer.

Həzrət Peyğəmbər (s) qızı Fatimənin (ə) toy gecəsi üçün köynək alıb, onu qızına hədiyyə etmişdi. Fatimə xanım (ə) həmin gecə ibadətlə məşğul ikən yoxsul bir dilənçi qapını döymüşdü, Xanım da ibadətini yarımçıq saxlayıb qapını açmışdı. Yoxsul qadın, "Ey Fatimə, nübuvvət evindən köhnə bir köynək istəyirəm” dedi. Fatimə (ə) bir qədər düşündü: Biri köhnə, digəri isə atasının hədiyyə etdiyi təzə köynəy
i vardı. Köhnəyə razı olan qadına köhnə köynəyini vermək istəyəndə müqəddəs Qurandan bu ayəni xatırladı: "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” ("Ali-İmran”,92). Bunu xatırlayan Fatimə (ə) təzə köynəyini yoxsul qadına verdi.

Ertəsi gün Həzrət Peyğəmbər (s) qızının evinin qabağından keçəndə onu köhnə köynəyində görüb soruşdu:

-Niyə yeni köynəyini geyinməmisən?”

-Onu yoxsul bir qadına vermişəm- deyə Fatimə (ə) cavab verdi.

-Əgər köhnə köynəyini yoxsula verib, təzəsini ərin üçün özün geyinsəydin daha yaxşı olmazdımı?

-Atacan, mən sizin etdiyiniz kimi etdin. Anam Xədicə həyatda olanda bütün varlığını sizin yolunuzda fəda etdi. Vaxtı ilə bir yoxsul sizdən geyim istəmişdi, siz də ona öz köynəyinizi vermişdiniz. Sonra da haqqınızda, "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” ("İsra”,29) ayəsi nazil olmuşdu.

Həzrət Peyğəmbər (s) qızın bu gözəl davranışı qarşısında sevgi və həyəcanla özünü saxlaya bilməyib ağladı və onu bağrına basdı


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar