beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HALAL RUZİNİN ÖVLAD TƏRBİYƏSİNƏ TƏSİRİ

Bu söz dildə sadə deyilsə də, əməldə çox çətin bir işdir. Belə ki, Məsum İmamlardan (ə) gələn hədislərdə halal ruzinin əldə edilməsinin müharibə meydanında qılınc vurmaq qədər çətin olduğu vurğulanmışdır.

İslamda ruzinin halal olması vacib buyurumuşdur. Həzrət Peyğəmbər (s) halal ruzinin qazanılmasını hətta cihad hökmündə hesab etmişdir. Bəzi hədislərdə halal ruzi yolunda göstərilən səylər, Allah yolunda mücahidə kimi qiymətləndirilmişdir. Dinimizdə tənbəllik və işsiz qalmaq pislənmişdir. Bu haqda İmam Sadiqdən (ə) nəql edilir: “Cəmiyyətə yük olmayın”.

Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İslam iqtisadi baxımdan düzgün qazancın tərəfdarıdır. Haram ruzinin qazanılması kəskin surətdə qadağan edilmişdir: “Bütün günahlar ağırdır, günahların ən ağırı isə odur ki, onun vasitəsilə dəri və ət əmələ gələr”.

Bir mühüm nöqtəyə də işarə etsək, yaxşı olar ki, insanın vücudu iki yerə bölünür. Biri cismi varlığıdır ki, maddi qidaların təsiri altındadır. Adətən biz yediyimiz yeməklərin zahirinə və gözəlliyinə daha çox diqqət edirik. Başqa bir tərəfdən isə halal və ya haram olmağına nisbətən daha az fikir veririk. Amma insanın cismi ilə yanaşı, ruhu da vardır və haram qida ona təsir edir. O yerə qədər ki, hətta bəzi övliyalar yazırlar ki, bir tikə haram tikə onları uzun müddət gecə namazından saxlamışdır.

Mövlana Cəlaləddin bu haqda buyurur ki, paxıllıq, cəhalət və qəflət kimi bəyənilməmiş sifətlər haram tikənin yetişdirməsidir. Mərhum Əllamə Cəfəri, Mövlananın bu şerini təfsir edərkən yazır ki, halal tikə insanın qəlbinə elm, hikmət, eşq və zərafət bəxş edər. O zaman ki, insanın paxıllığı, cahiliyyəti və qəfləti günü-gündən artarsa, bilsin ki, bu həmin haram tikənin nəticəsidir.

Bu haqda mərhum Şeyx Əli Əkbər Nəhavəndi buyurur: “Haram tikə mədəyə düşəndən sonra bu ayənin misalı kimi olur: “Pis (torpağın bitkisi) isə seyrək və faydasız çıxar” (“Əraf”, 58). Haram tikə ilə böyümüş nütfədən xəbislikdən başqa bir şey çıxmaz. Onun gözlərinə necə ümid etmək olar ki, naməhrəmə baxmayacaqdır və ya qeybət etməyəcəkdir”.

Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, haram tikənin insanın ruhuna və psixologiyasına təsiri böyükdür. Onun övladın psixologiyasına da təsiri inkar edilə bilməz. Belə ki, tarixdə də oxumuşuq ki, fasiq insanlar, məsələn Müaviyə ibni Əbi Sufyan (lən) kimi insanlar ciyər yeyən Hinddən doğulmuşdur. Bu kimi insanlara haqlı söz təsir etməz. Necə ki, İmam Hüseyn (ə) Aşura günü buyurmuşdur: “Qarınlarınız haram tikə ilə dolmuşdur, ona görə haqq sözünü eşitmək istəmirsiniz”.

Ancaq misal üçün Şeyx Ənsari kimi insanlar dəstəmazsız övladına süd verməyən anadan doğulmuşdular. Ayətullah Məzahiri yemək haqqında buyurmuşdur: “Halal qidanın (formalaşan nütfəyə) qəribə təsiri vardır, necə ki, haram tikənin övladın bədbəxtliyinə qəribə təsiri vardır”. Haram tikə, haram mal - alovdan olan kimidir. Ondan yaranan nütfənin də axırı pis olar.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar