Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HÖRMƏTLİ MÜSƏLMAN QARDAŞ VƏ BACILAR!

İstixarə müvəffəqiyyətə aparan yolda ən başlıca addım, bu dünya və axirətdə zəfərə nail olmaq üçün ən gərəkli vəsilədir. Lakin bununla yanaşı qabaqcadan ölçüb-biçmə, planlaşdırma və məsləhətləşmə kimi digər metodlardan da yeri gəldikdə istifadə etmək və başqalarının təcrübəsindən bəhrələnmək zəruridir. Bu baxımdan da heç bir kəsə bel bağlamadan icrası mümkün olan bütün halal tədbirlərə əl atmaq şəriətin icazə verdiyi addımlardandır.

Əgər bəndə sidq ürəklə istixarə qılıb tam olaraq Allaha təvəkkül etsə, Allah da bütün səbəbləri onun üçün yüngülləşdirər və qismətinə nail olmaq üçün üzünə bağlanmış uğur qapılarını taybatay açar. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!
Əziz müsəlman qardaşlar! Siz də Allahın bu lütf və mərhəmətindən az da olsa pay umursunuzsa, hər bir işinizdə istixarə etməyi unutmayın!
Əziz müsəlman tacirlər!
Hər hansı bir müqaviləni və ya ticari sövdələşməni imzalamazdan, dükan açmazdan, işçi qəbul etməzdən və hansısa layihəni həyata keçirməzdən öncə istixarə etməyi unutmayın!
Əziz vəzifə sahibi olan müsəlmanlar!
Hər hansı vəzifəyə getməzdən qabaq, işinizdə qalıb-qalmamaq barədə tərəddüd etdikdə istixarə etməyi unutmayın!
Əziz müsəlman həkimlər!
İxtisas seçimi etməmiş, bir xəstəxanadan başqasına köçməmiş, klinika açmamış, cərrahiyyə əməliyyatına girməmiş və mənfi təsir göstərəcəyindən ehtiyat etdiyiniz hansısa resepti yazmamış istixarə etməyi unutmayın!
Xəstəliyə düçar olmuş müsəlmanlar!
Xəstəxanaya getməzdən, cərrahiyyə çarpayısına uzanmazdan, stomatoloq kürsüsünə oturmazdan, hər hansı orqanının kəsilməsindən və zərərindən qorxduğunuz dərmanı qəbul etməzdən əvvəl istixarə etməyi unutmayın!
Əziz müsəlman atalar!
Yeni mənzil, cihaz və ya əşya almazdan, başqa mənzilə köçməzdən, yeni sürücü və ya xadimə işə götürməzdən, oğlunuza avtomobil almazdan, xanımlarınız və ya övladlarınızla səyahətə çıxmazdan qabaq istixarə etməyi unutmayın!
Əziz müsəlman bacılar!
Zərurət olmadan evdən çıxdıqda, naməhrəm sürücü ilə yanınızda başqa qadın olsa belə eyni avtomobilə minmək zərurəti yarandıqda, evdən kənarda qadınlara icazə verilən iş sahələrində işləməyi düşündükdə, bazara, yaxınlıqdakı parka, rəfiqəniz gilə, qonaqlığa və ya toya getmək istədikdə, yaxud zinət əşyaları, pal-paltar almağı düşündükdə, ərə getməyə qərar verdikdə, hətta ərlərinizin razılığı olsa belə hamiləliyin qarşısını alan vasitələrdən istifadə etdikdə istixarə etməyi unutmayın!
Əziz müsəlman gənclər!
Təhsil, iş, səyahət və ya digər məqsədlərlə xarici ölkələrə səfər etmək istədikdə, avtomobil almağa qərar verdikdə, elçi göndərməzdən əvvəl və ümumiyyətlə, hər hansı bir işə girişməzdən öncə istixarə etməyi unutmayın!
Əziz müsəlman tələbələr!
Hər hansı bir məktəbə yazıldıqda, sənədlərinizi ali məktəbə təqdim etdikdə, ixtisas seçimi apardıqda, təhsil aldığınız ali məktəbdən başqa bir ali məktəbə dəyişirildikdə, hansısa səbəbdən təhsilinizi yarımçıq buraxmağı düşündükdə istixarə etməyi unutmayın!


Tarix: 14.04.2013 / 14:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqlı melumatlar
loading...