beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda Rehberlik Ve Itaet

Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Məndən sonra başınıza, sizin yaxşı gördüklərinizi pis, pis gördüklerinizi yaxşı qəbul edəcəkbəzi insanlar kecəçəkdir. Bunu unutmayın ki, Allaha qarşı baş qaldırana itaət etmək olmaz."

Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "başınızda bəzi rəhbərlər Olacaq, bir qisim sünnətləri tərk edəcəklər. Sizdə onları tərk etdiyiniz zaman bu dəfə bir qismini daha da tərk edəcəkdir.. Əgər sizdə tərk edərsinizsə, bax o zaman ən böyük bəlanı başınıza gətirəcəksiniz!"

Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "buna yaxşı qulaq asın: məndən sonra rəhbərlər gələcəkdir. Kim onların yanlarına gedib, yalanlarını təsdiqləyər, zülmlərinə köməkçi olarsa, o məndən deyil, mən də ondan deyiləm. Bu şəxslər, cənnətdəki hovuzumun başında yanıma gələ bilməzlər. Kim də onların yanına gedib zülmlərinə köməkçi olmaz, yalanlarını da təsdiqləməzlərsə, O məndəndir, mən də ondanam. Bundan əlavə, bu şəxslər, hovuzumun başında yanıma da dələcəkdir."

Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Müsəlmanın qulaq asıb itaət etməsi lazımdır, bu onun xoşuna gəlsə də gəlməsə də. Ancaq, günah olan əmr edilərsə, ona nə qulaq asılar nə də itaət olunar."

Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Hamınız gözətçisiniz, gözətdiyinizdən məsuliyyət daşıyırsınız. Rəhbər bir gözətçidir, idarə etdiklərindən məsuliyyət daşıyır. Kişi ailəsinin gözətçisidir, onlardan məsuliyyət daşıyır. Qadın, ərinin evində gözətçisidir, məsuliyyət daşıdığı işdən cavabdehdir. Xidmətçi, ev sahibinin malının gözətçisidir, ondan məsuliyyət daşıyır..."

Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Siz, rəhbər olmaq istəyəcəksiz, həm də böyük həvəslə. Ancaq bu, sizin üçün qiyamətdə bir peşmanlıq olacaqdır. O yüksək vəzifə nə gözəl südanadır! Ondan ayrılmaq da süddən kəsilmək qədər çətindir!"

Hz.Məhəmməd peyğəmbər (s.a.s) buyurdu: "Allah, bir Rəhbər üçün yaxşılıq istəsə, ona yaxşı bir köməkçi verər. Unutduğu zaman xatırladar, xatırladığı zaman da ona kömək edər. Xeyrini istəməzsə, ona pis Bir köməkçi verər. Unutduğu zaman xatırlatmaz, xatırlamadığı zamanda kömək etməz."


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar