beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Movlanadan Gozel Sozler

Ümid, təhlükəsizlik yolunun
başıdır. Yolda getməsənsə də
daim yolun başını güd. "Doğru
olmayan şeylər etdim." dəmə,
doğruluğu tut. O zaman heç bir
əyrilik qalmaz. / Düzgünlük
Musanın əsası kimidir. Əyrilik isə
sehrbazın sehrinə bənzər.
Düzgünlük ortaya çıxınca onların
hamısını udar.

Könülü işıq yandırmağı,
işıqlanmağı öyrənən adamı,
günəş belə yandıra bilməz.

Gündüz kimi işıldayıb dayanmağı
istəyirsənsə, gecəyə bənzəyən
mənliyini yandır.
Yüz minlərlə bir-birinə
bənzəyənləri seyr et də
aralarında ki yetmiş illik fərqə
diqqət yetir. İki şey bir-birinə
bənzəyə bilər: Acı su da aydındır,
şirin su da…

Ömüründən nəsibin, özünü
Sevgilidən məsud tapdığın andan
ibarətdir.

Bunu yaxşı bil ki tərəfləri yaran,
hər şeyi məğlub edən aslanla
döyüşmək asandır; gerçək
qəhrəman odur ki əvvəl öz
nəfsini məğlub edər.

Yaşıllıqlardan, çiçəklərdən
meydana gələn bağça keçici,
lakin ağıldan meydana gələn gül
bağçası həmişə yaşıl və gözəldir.

Nə qədər alimlər vardır ki gerçək
məlumatdan, həqiqi
mədəniyyətdən nəsibsizdirlər.

Bu elm sahibləri,
məlumat
hafizidir, məlumat sevgilisi deyil.

Nə qədər kəslər vardır ki silsilənin
dibindədirlər, amma mənim üçün
sanki Yeməyindədirlər.
Yeməyində olan nə qədərləri də
vardır ki sanki silsilənin
dibindədirlər.

Bir şeyi olduğu yerdə axtarmaq,
heç axtarmamaq deməkdir.

Tələyə saçdığın dənələr
comərdlik sayılmaz.
Qənaətdən heç kim ölmədi,
ehtirasla da heç kim padşah
olmadı.
Ədalət nədir? - Ağacları sulamaq.
Zülm nədir? - Tikana su vermək.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 299 Bölmə: Maraqlı melumatlar