beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muselman Kimdir

Müsəlman kimdir?

Bu gün çox aktual mövzulardan olan din məsələsi çox vaxt münaqişələrə səbəb olur.Bu münaqişələrsə bizi özü özlüyümüzdə düşünməyə vadar edir.Müsəlman kimdir?Ya da hansı əməllərimizə görə əsl müsəlman ola bilərik.Gəlin bunun cavabını Quran-dan axtaraq.Quranda deyilir:
Hesaba çəkilməmişdən əvvəl özünüzü hesaba çəkin,əməllərinizin ölçülməmişdən əvvəl onu siz ölçün.
O kəslər ki, iman gətirmişlər və pis əməllərdən çəkinmişlər (Yunis 63)
O kəslər ki, səbr edər və yalniz Rəbbinə bel bağlayarlar (Ənkəbut 59)
O kəslər ki, namaz qılır ,zəkat verir və axirətə möhkəm inanirlar (ən-Nəml 3)
O kəslər ki, namazlarinda müti olub boyun əyərlər!O kəslər ki, lağlağıdan üz döndərərlər;O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar.Əmanətlərini və əhdlərini qoruyub saxlayarlar, Namaza riayət edərlər. (əl-Muminun 2-5,8-9)
Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər , bu ikisi arasında orta yol tutarlar.Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz,Allahın buyurduğu cana nahaq yerə qıymaz,zina etməzlər... (əl-Furqan 67 , 68)
O kəslər ki, daim namaz qılar; O kəslər ki,onların mallarında məlum bir haqq vardır-dilənən və məhrum olan kimsə üçün; O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər; O kəslər ki,Rəbbinin əzabından qorxub tir-tir əsərlər; O kəslər ki, əmanətə xəyanət etməz , verdikləri sözü yerinə yetirərlər; O kəslər ki, düzgün şəhadət verərlər...(Əl-Mirac 23-27 , 32-33)
O kəslər ki, başına bir müsibət gəldiyi zaman “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” deyərlər. (Bəqərə 156)
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayır.Göylərin və yerin yaradılması haqqında düşünər...(Ali-İmran 191)
O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdini pozmur. O kəslər ki,Allahın birləşdiməsini əmr etdiyi şeyləri birləşdirir və pis haqq-hesabdan qorxurlar və O kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edər ,namaz qılar ,onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir,pisliyin qarşısını yaxşılıq etməklə alırlar. (ər-Rəd 20-22)
O kəslər ki, Rəbbinin ayələrini oxuduğu vaxt özünü ona qarşı kar və kor kimi aparmaz.
(əl-Furqan 73)
Rəhmanın bəndələri O kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman SALAM deyərlər.Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirərlər.
(əl-Furqan 63-64)
EY İMAN GƏTİRƏNLƏR ALLAHDAN LAYİQİNCƏ QORXUN.
YALNIZ MÜSƏLMAN OLDUĞUNUZ HALDA ÖLÜN!
(Ali-İmran 102)
İslam + Təslim
=SALAM=
MÜSƏLMAN
Bir qövm öz nəfsində olanı dəyişdirmədikcə Allah da o qövmdə olanı dəyişməz.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 158 Bölmə: Maraqlı melumatlar