beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah hər şeyə qadirdir

1.Mərhəmətli və Rəhimli Allahın adı ilə!
2.Həmd olsun aləmlərin Rəbbi Allaha,
3.Mərhəmətli və Rəhimliyə,
4.Haqq – hesab gününün Hökmdarına!
5.Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6.bizi doğru yola yönəlt –
7.Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!
(əl – Fatihə - 1,2,3,4,5,6,7)

255. Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onun nə mürgü , nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa Ona məxsusdur. Onun izi olmadan Onun yanında kim havadarlıq edə bilər. O, məxluqatın gələcəyini və keçmişini bilir. Onların Onun elimindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
(əl – Bəqərə - 255)



5. Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.
6. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.
8. Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən Sən Bəxş Edənsən.
9. Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.
26. De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; İstədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.
27. Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.
31. De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.
(Ali – İmran- 5,6,8,9,26,27,31)


98. Agah olun ki, Allah həm şiddətli cəza verəndir, həm də Allah Bağışlayandır, Rəhmlidir.
(əl – Maidə - 98)

1.Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar.
2.Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.
3.O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir.
12. De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” Allah Özünə rəhmli olmağı yazmışdır. Gələcəyinə şübhə edilməyən Qiyamət gününə sizi O toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər.
13. Gecə və gündüzdə olanların hamısı Ona məxsusdur. O, Eşidəndir, Biləndir.
14. De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, hamını yedirir, Özünü isə heç kəs yedirmir”. De: “Mənə Allaha təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma.
15. De: “Əzəmətli əzabından qorxduğum üçün Rəbbimə asi olmaram”.
16. O gün kim bu əzabdan qurtularsa, Allah ona rəhm etmişdir. Bu açıq – aydın uğurdur.
17. Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir.
18. O Öz qulları üzərində mütləq hakimiyyət sahibidr. O, Müdrikdir, hər şeydən Xəbərdardır.
59. Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq – aydın Yazıda (Lövhi – Məhfuzda) olmasın.
60. Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyini bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.
61. Qullara aid hər şeyə Qadir olan da Odur. O sizə gözətçi mələklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alırlar və heç bir səhvə yol vermirlər.
62. Sonra onlar Allaha - özlərinin həqiqi Himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq – hesab çəkəndir.
72. Namaz qılın, Ondan qorxun, məhz Onun hüzuruna toplanacaqsınız.
162. De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!
(əl – Ənam – 1,2,3,12,13,14,15,16,17,18,59,60,61,62,72,162)

16. Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır.
(ət – Tövbə - 16)

128. Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.
(ən – Nəhl – 128)

11. Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən, Bağışlayanam, Rəhmliyəm!
(ən – Nəml – 11)

70. O, Allahdır. Ondan başqa İlah yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm onundur və siz Ona qaytarılacaqsınız.
(əl – Qəsəs – 70)

60. Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.
61. Gecəni rahatlanmanız üçün yaradan, gündüzü ruzi qazanmanız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir.
62. Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa ilah yoxdur! Siz necə də haqqa qarşı dönük çıxırsınız!
63. Allahın ayələrini inkar edənlər beləcə dönük çıxırlar.
64. Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəkilə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır!
65. O, əbədi Yaşayandır. Ondan başqa ilah yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
66. De: “ Rəbbimdən mənə açıq – aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa yalvardıqlarınıza ibadət etmək Mənə qadağan edilmiş və Mənə aləmlərin rəbbinə itaət etmək əmr olunmuşdur”.
67. Sizi torpaqdan sonra nütfədən sonra laxtalanmış qandan yaradan, sonra sizi böyüyüb yetkinlik yaşına çatasınız, sonra da qocalasınız deyə uşaq olaraq ana bətnindən çıxardan Odur. Hərçənd ki, içərinizdə qocalmamışdan əvvəl öldürülənlər də var bu ona görədir ki, müəyyən olunmuş vaxtda yetişəsiniz və bəlkə düşünüb – daşınasınız.
68. Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə Ona ancaq: “Ol” – deyir, o da olur.
( Ğafir – 60,61,62,63,64,65,66,67,68

7.Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.
8. Ondan başqa ilah yoxdur. O, həm dirildir, həm də öldürür. O, həm sizn Rəbbiniz, həm də əjdadlarınızın Rəbbidir.
9. Lakin onlar şəkkə qapılıb əylənirlər.
(əd – Duxan – 7,8,9)

1.Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
2.Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O, həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.
3.Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.
4.Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, ordan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.
5.Göylərin və yerin hökmranlığı ona məxsusdur. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.
6.O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir.
(əl – Hədid – 1,2,3,4,5,6)


22. O, Özündən başqa heç bir ilah olmayan, qeybi və aşkarı Bilən Allahdır. O, Mərhəmətlidir və Rəhmlidir.
23. O, Özündən başqa heç bir ilah olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.
24. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız ona məxsusdur. Göylərdə və yerlərdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
(əl – Həşr – 22,23,24)

5. Kim haqqını verir və Allahdan qorxursa,
6. və ən gözəl olanı (lə ilahə illəllahi) təsdiq edirsə
7. biz onu ən asan olana nail edəcəyik.
8. Kimdə xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
9. və ən gözəl olanı ((lə ilahə illəllahi) yalan hesab edirsə,
10. biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
11. Cəhənnəmə düşdükdə var – dövləti ona fayda verməyəcək
(əl – Leyl – 5,6,7,8,9,10,11)

1. Allahın köməyi və qələbə gəldiyi zaman,
2. insanların dəstə - dəstə Allahın dininə girdiklərini gördükdə
3. Həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O tövbələri qəbul edəndir!
(ən – Nəsr – 1,2,3)


1.De: “O Allah Təkdir!
2.Allah Möhtac deyildir,
3.O, nə doğub, nə doğulub –
4.Onun bənzər idə yoxdur”.
(əl – İxlas – 1,2,3,4)


Tarix: 11.04.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Maraqlı melumatlar