beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibretamiz Bir Hekayedi

Rauf seher ise getmeye hazirlasirdi. Masini qarajdan çixardarken qizini, Sona yolla geden gordu. Eyninde gozel bir don, elinde ise bir mektub var idi. -Hara gedirsen?-Men...men....ata, men poçta gedirem. - Niye? Bu mektubu gondermeliyem - Ver mene men gondererem senin uçun Bir an balaca qiz çekindi amma axir ki, mektubu atasina uzatdi. Atasi qoydu masinin qabaq oturacagina, qizina el eledi ve yola dusdu. İsde oturarken mektub Raufun gozune deydi. Ustundeki unvani oxudu: Allah Baba Cennet Sema Mektubu açdi ve oxudu. Eziz Allah baba, Bu menim sene birinci mektubumdu. Anam hemise deyirdi ki, sen usaqlari sevirsen ve onlarin dualarini tez esidirsen. Menim anam 7ci ad gunumden 3 gun sonra vefat etdi. Ona kimi hemise xosbext idim, amma indi çooox qemliyem. Atam hemise menimle oynayardi, mene kitab oxuyardi, amma indi heç menimle danismir. Seher tezden ise gedir, axsam ise men yatandan sonra qayidir. Xalam deyir ki, artiq içmeye de baslayib. Xahis edirem Allah baba, menim anami qaytar. Onsuz bu evde yasamaq istemirem. Her gun mektebe gedende sinif yoldaslarimin analarini gorurem ve meni aglamaq tutur. Ne olar Allah baba, anami qaytar. Eger o artiq melekdirse ve onu qaytara bilmirsense onda meni de gotur apar. Anami nece apardin meni de ele apar. Men yaxsi qizam. Anamdan sorus deyecek. Hemise derslerimi edirem ve otagimi yigisdiriram. Soz verirem ki, sene heç bir narahatçiliq toretmeyecem. Seni gozleyecem! Seni seven, Sona.. Rauf mektubu bir yox uç defe oxudu. Bir az sonra, vefat etmis heyat yoldasi ile ilk defe tanis oldugu yere getdi. Orda boyuk bir agac var idi. Agaca baxa baxa bir neçe saat qizinin yazdigi barede fikirlesdi. Hem ozune hem de heyat yoldasina soz verdi ki, deyisecek. Alti Ay Sona artiq yerinde yatmisdi. Rauf onu yuxudan oyatmaq isteyende çarpayinin yaninda bir mektub gordu. Unvani bele idi: Allah Baba Cennet Sema Mektubu açdi ve oxudu: Eziz Allah Baba, Bu sene ikinci mektubumdu. Bilirem ki birinci mektubumu almisan. Sene tesekkurumu bildirmek isteyirem. Duzdu anami mene qaytarmadim, meni goturub aparmadin, amma atami deyisdin. Bilirsen Allah baba, men indi onun otaginda yatiram. Geceler mene nagillar oxuyur, menimle danisir, gulur, ve her seher uzguçuluye gedirik. Axsamlar ise, masinla seheri gezirik. Daha içki içmir. İsteyirsen xalamdan sorusarsan. Bilmirem sene nece tesekkur edim, Allah baba, çox sag ol! Seni Seven, Sona…


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 520 Bölmə: Maraqlı melumatlar