beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfsi arzulara uymağın pislənməsi

Ey insanlar! Allahdan haqqı ilə qorxun! "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! " (Ali İmran, 102) Təqva imanın işarətidir. Ayaqlar siratda onunla sabit olur. Sonra bilin ki, sözlərin ən xeyirlisi Allahın Kitabı, yolların ən xeyirlisi Məhəmməd (s.ə.s)-in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulan hər əməl bidət, hər bidət zəlalət və hər zəlalət Cəhənnəmdir.
Ey Müsəlmanlar! Şübhəsiz Allah, insanları ancaq Ona ibadət etsinlər, əmrinə və qadağasına tabe olsunlar deyə yaradmışdır. Allah Subhanahu və Təala buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (əz Zariyat, 56) "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!" (əl Bəqərə, 21)

Bu uca həqiqət üçün peyğəmbərlər göndərildi, kitablar endirildi, cənnət və cəhənnəm quruldu. İnsanları həva və həvəslərinin ardına qaçmaqdan yalnızca Allaha ibadət etməyə, həyatın hər bölümündə Onun əmir və qadağalarına uymağa, hər hallarda şəriətinə yönəlmək və hökmlərinə boyun əyməyə çıxarır. Allahın Kitabı və Rəsulu (s.ə.s)-in sünnəsi bu məqsədlə doludur. Ta ki, insan Rəbbi Sübhanahu və Təalanı razı edəcək bir yol üzrə olsun. Əgər insan bu məqsədə tərs düşsə, dünya və axirətdə əzab ilə təhdit edilmişdir "Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!" (ən Nur, 63)
Ey Müsəlmanlar! Günahların təməlində həva və həvəslərə uymaq və keçici arzuların ardına düşmək vardır. Allah, həva və həvəsi, haqqa qarşı etmişdir: "Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!" (Sad, 26) və belə buyurur: "Kim (dünyada) azğınlıq etmişsə, Dünyanı (axirətdən) üstün tutmuşsa, Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəfvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!" (ən Naziat, 37-41) Peyğəmbər (s.ə.s) haqqında belə buyurur: "O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir." (ən Nəcm, 3-4) Baş verən iki hadisə ilə çərçivələnmişdir: Vəhy və həva..... Bu ikisindən başqa üçüncü bir şey yoxdur. Nasslarla bilindiyi kimi təcrübə ilə də anlaşılmışdır ki, dini və dünyavi qazanclar həva və həvəslərin ardınca düşməklə, ölçüsüz bir şəkildə şəxsi qazanclar ardınca düşməklə olmaz. Çünki bunun nəticəsi qarmaşıqlıq, anlaşılmasızlıq və həlakdır.
Ey Möminlər! İnsan yaradıcısı Allah Sübhanahu və Təalaya təslim olmadıqca həqiqi Müsəlman ola bilməz.... Allah əzzə və cəllə belə buyurur: "De: 'Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!' " (əl Ənam, 162-163) Çünki həqiqətən İslam, Allaha təslim olmaq və Ona itaət edərk boyun əyməkdir. İnsanın idarəsi Aləmlərini Rəbbinə təslim etməsidir.
Həyatda hər sənətin hökmünü və şəriətini qəbul edib razı olmaq fərzdir və bu İslamın həqiqətidir. Daha da ötəsi, həva və həvəsinin qulu olmuılşdur: "Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?!" (əl Kasas50)
Hər işdə Allaha təslim olaraq İslamın bir vacibi olduğu kimi şərtlərindən də biridir. Allah Təala belə buyurur: "Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar. " (ən Nisa, 65) Bir hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: "Sizdən birinizin həvası mənim gətirdiyimə uymayınca məndən olmaz" Nəvəvi rəhiməhullah belə deyir: "Bu, Kitabul Huccada səhih bir isnadla rəvayət etdiyimiz həsən səhih hədisdir"
Ey Müsəlmanlar! İslam şəriəti insanların yararına uyğun şeyləri açıqca olaraq göstərmişdir, lakin bunları insanların nəfsi arzularına və həvalarına buraxmışdır. "Əgər haqq (Qur’an) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur’anı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər." (əl Muminun, 71) Şeyxulİslam ibn Teymiyye "Dəru Təarizul akl vənnakl" əsərində belə deyir: "İnsanlar arasında mübahisəni ancaq səmadan enən bir kitab ayıra bilər. Əgər ağıllarına yönəlsələr, onların hərəsinin bir ağlı var"
Allahın qulları! Müsəlmanın imanı zəifləyib şeytan ona günah işlədə bilər. Çox keçmədən o günahından dönüb tövbə edər və Allah da onun tövbəsini qəbul edər. Və ya tövbə etmədən ölər və işi Allaha qalar. İstəsə ona əzab edər, istəsə günahını bağışlayar. İnsanların çoxsunun vəziyyəti belədir. Adəmoğlu çoxlu xəta edir. Xəta edənlərin ən xeyirliləri, xətalarından dönüb tövbə edənlərdir. Günah işlədikləri üçün pislənənlər, kibirlənib günahlarını qoruyanlardır. Ağlı və şəxsi fikri ilə Allahın hökmünə və şəriətinə qarşı çıxanlardır. Bir şeyi gözəl və ya çirkin görmədə yalnız ağıl ilə ölçməyi götürən əvvəlki fəlsəfəyə uyarlar və nəticədə həva və həvəs çölündə və azğınlıq qaranlığında itərlər. Həva və həvəslərinə uyandan sonra nə yaxşılıq bilərlər, nə də pislik. Şeyxulİslam ibn Teymiyye deyir: "Dini mövzularda həva və həvəsə uymaq, nəfsi arzularda həva və həvəsə uymaqdan daha pisdir. Birincisi Kitab əhlindən və müşriklərdən çoxsunun halıdır. Səhih Buxari və Səhih Muslimdə Əbu Huzeyfə (r.a) yolu ilə rəvayət edilən hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: "Cəhənnəm qapılarında duran bir dəstə nəzarətçilər var. Kim onların cəhənnəm çağırışına cavab verərsə, onu cəhənnəmə atarlar" Əbu Huzeyfə (r.a) deyir ki : Ey Allahın Rəsulu onları bizə vəsf et" Rəsulallah (s.ə.s) belə buyurur: "onlar bizim içimizdəndirlər və dilimizdə danışırlar"
Əbu Davud Sünən əsərində həsən bir sənədlə Peyğəmbər (s.ə.s)-dən belə rəvayət edir: "Şübhəsiz ümmətimin içində quduz xəstəliyinin, xəstəliyə tutulanı əhatə etməsi kimi, heç bir damar buraxmadan girdiyi kimi həva və həvəslər də onları əhatə edəcək" Şatibi rəhiməhullah belə deyir: "Etimad etdikləri şeyin özü ağıllarını hakim qəbul edib gözəl və çirkini ayırd etməkdə, onu şəriət etmələridir. Əgər bu nöqtədə qalsaydılar, fəlakət bütün böyüklüyünə baxmayaraq asan sayılardı. Ancaq onlar bütün həddləri aşdılar və Allahın Kitabı və Rəsulu (s.ə.s)-in sünnəsinə qarşı çıxaraq Allah və Rəsulu ilə savaşma vəzifəsini üzərlərinə götürüblər"
Eyb olsun Müsəlmanlar! Kəsin dəlil ola-ola ona müxalif ictihad olmaz. Allah əzzə və cəllənin və Rəsulallah (s.ə.s) –in sözü qarşısında heç kimsənin söz haqqı yoxdur. "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö’min kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl Əhzab, 36) Allahın şəriətindən xoşlanmamaq və ondan başqasını istəmək, bütün əməlləri boşa götürür. Uca Allah Muhəmməd surəsində belə buyurur: "Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi" (Muhəmməd, 9)
İbni Rəcəb rəhiməhullah demişdir: "Günahlar, həva və həvəsi Allah və Rəsulunun sevgisindən üstün tutma səbəbilə həyata keçir. Bidətlər isə həva və həvəsi şəriətdən üstün tutma səbəbilə baş verir ki, bu daha təhlükəlidir. Bu səbəblə bidət əhli, həva əhli olaraq adlandırılmışdır. Nəfs, həva və həvəsdən bəslənməyə öyrəşmişsə, onu bundan uzaqlaşdırmaq çox çətin olur"
Allahın qulları! Allah ağılların dərk etməsi üçün bir sərhəd qoymuşdur. Hər şeyi anlaya bilmək mümkün deyil. Hər şeyi bilmək yalnız Allaha məxsusdur. Qulların anlayışı isə sərhədlidir. Nəticədə çox vaxt eyni fikirdə olmazlar. Bu səbəblə bu gün bir fikri qəbul edib sabah ondan döndüyünü görərsən. O biri gün isə üçüncü bir fikrə sahib olurlar. Ağlın uyğun gördüyü hər şey haqq olsaydı, insanların dünyalarını və axirətlərini islah etməyə kifayət edərdi və peyğəmbərlərin göndərilməsinin heç bir faydası olmaz, peyğəmbərlərin dəvəti mənasız olardı.
Müsəlmana düşən vəzifə, bu təhlükəli yoldan çəkinməkdir. Allahın şəriətindən bir şey rədd etməkdən və ondan xoşlanmamaqdan, həva və ağlı vəhydən üstün tutmaqdan çəkinməlidir. Əhli Sünnə alimlərinə görə böyük günahlardan birini və ya bir qismini etmək, insanı dindən çıxarmayan kiçik şirkdir. Ancaq dinin qaydası olduğunu bilə-bilə onları halal görsə, onları etməsə belə kafir olur. Kim dünyada və axirətdə qurtuluş istəyirsə, Allah Sübhanahu və Təalanın sözünə bağlı olsun: "Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!" (əl Ənam, 153)
Ey möminlər! İnsanın ağıllı olması yaxşı şeydir. Əgər insan ağıllı olmasaydı, digər canlılar arasından seçilib cavabdehliliklə yuklənməzdi. Allah Kitabındakı bir çox ayədə ağla xitab etmiş, düşünməni və ağıl işlədməni əmr etmişdir. Əlavə olaraq, "Bəlkə ağıl işlədəsiniz" buyuraraq, bir çox şeyi ağılla düşünməyə bağlamışdır.
Ancaq Allah Təala, insanda ağıl yaratdığı kimi insanları fərqli-fərqli yaradmışdır. İnsanların təbiətinə həva və nəfsi arzuları yerləşdirmişdir. İnsanların sınamaq üçün vəhyi bunlara hakim təyin etmişdir. Bu səbəblə kim Allaha boyun əyərsə o müsəlmandır və Allaha təslim olmuşdur. Ona itaətə yönəlmiş və Cənnəti qazanmışdır. Kim ağlına tabe olaraq Allaha baş qaldırarsa və öz fikrini bəyənərsə, o kimsə cəza ilə təhdid edilmişdir.
Alimlər həva və həvəs əhlinə aid, nöqsanlı ağıllarını nöqsansız şəriətdən üstün tutanlara aid bir neçə sifət zikr etmişlər. Bu sifətlərdən biri mütəşabihlərə uyanlardır. Allah Sübhanahu və Təala belə buyurur: "Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə’na vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar)." (Ali İmran, 7)
Bu sifətlərdən də biri, elmli və doğruluğu ilə bilinən keçmiş insanları, xüsusilə də səhabələri pisləmək, filosoflar kimi həva və həvəslərinə tabə olanları isə tərifləməkdir. Yenə bu sifətlərdən biri də, şəri nasslara (dəlillərə) hörmət göstərməmək və onlara qarşı çıxmaqdan bir zərər görməməkdədir. Hətta bəziləri elə nöqtəyə çatırlar ki, şəri nassları balacalaşdırırlar və onlara tabe olanların bir ovuc insan olduğunu deyirlər. O insanları ələ salıb, cəmiyyət arasında gözdən salmağa çalışırlar.
Həva və həvəs əhlinin sifətlərindən biri də, ibadətlərində, davranışlarında və xarici görünüşlərində sünnəyə uymamalarıdır. Bununla birlikdə özlərini ən böyük sünnə alimləri ilə eyni tutarlar. Allah Təalanın aşağıdakı ayədə göstərdiyi insanlar kimidirlər: "İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər. O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq! (O zaman ona belə deyiləcək:) 'Bu, (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!" (əl Həcc, 8-10)
Allahım! Ey qəlbləri döndürən! Qəlblərimizi dinin üzərində sabit et! Allahım! Müsəlmanların azanlarını doğru yola yönəlt!


Tarix: 09.05.2013 / 12:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Maraqlı melumatlar