beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH`ın Kimdir? Peyğəmbərin (s.a.a.) Kimdir?

ALLAHIN KİMDİR?

İki nəfər qorxunc çöhrəli, vahiməli heykəlli, nəhəng, div kimi qəbrə daxil oldular.
Ağızlarından və burun dəliklərindən tüstü, od-alov püskürürdü. Əllərində odda qızarmış, alov saçan gürzlər vardı. Onlar yeri-göyü titrədən ildırım səsiylə cənazədən soruşdular: “Mən Rəbbukə?”-Allahın kimdir,

Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz cənazə onların cavabını verə bilməyəcək və onlar da heç şübhəsiz, gürzlərlə elə vuracaqlar ki, qəbir alovla dolacaq. Vəsfə gələcək bu dəhşətdə, yandırıcı od daha da artacaq. Yaxşısı budur, mən cavab verim. Çarəsizlərin çarəsizi, dara düşənlərin ümidi Haqqa üz tutub, qəlbimdə dara düşənlərin yardımçisi Əliyyibni Əbi Talibə (a) mütəvəssil oldum. (Himayədarlığa çağırmaq, istəyini Allahdan İmam vasitəsi ilə almaq.)

Onu dost tutursum, qüdrət və qüvvəsini bütün aləmlərdə, mənzillərdə nüfuzlu bilirdim. İnsanin huşunu əlindən alan belə qorxunc, xətərli anlarda Həzrəti çağırmaq kimi bir vasitənin yada salınması Allahın nemətlərindən, yardımlarındandır.

“İnsanları məst görərsən, hansı ki, onlar məst deyildilər.” (Həcc surəsi, 2 ayə)
Bu fikir və düşüncə qəlbimə qüvvət verdi, dilim açıldı. Mənim sükutum çox uzandığından, həmin iki şəxs misilsiz qəzəb və hiddətlə ikinci dəfə soruşdular: “Allahın kimdir?” Əvvəlkndən yüz dəfə çətin idi. Qəzəbdən çöhrələri qaralmışdı, gözlərindən od saçırdı. Gürzləri qaldırıb, vurmağa dayandılar.

Amma mən əvvəlki kimi qorxmurdum. Zəif səslə cavab verdim ki, mənim məbudum yeganə və oxşarsız Allahdır.
“O Özündən başqa heç bir məbud olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və mərhəmətlidir. O, Özündən başqa heç bir məbud olamayan, (məxluqun) sahibi, müqəddəs və pak, əmin-amanlıq bəxş edən, məxluqatın qəyyumu və nəzarətçisi, qalib, hökmü keçən və hər şeyi fövqündə olan Allahdır. Allah (mürşiklərin) Ona qoşduqları şəriklərdən pak və münəzzəhdir.”

Dünya həyatında daim hər sübh namazından sonra oxuduğum bu ayələri onlara dedim ki, Adəm övladının fəzl və kamalsız olduğunu düşünməsinlər. Axı mələklər ilk gündə insanın yaranışına etiraz edib onu yalnız fəsad törədib, qan tökən adlandırmışdılar! Bir sözlə, onların cavabında bu şərif ayəni oxumağım onların qəzəbini sındırdı, çöhrələrinin tutqunluğu getdi. Hətta biri o birinə dedi: məlum olur ki, bu, İslam alimlərindəndir, bundan sonra ona nəzakətlə sual verməyimiz yaxşıdır.

O biri dedi: Bizim onunla rəftarımızın necəliyi başqa bir sualın cavabı ilə bağlıdır və bu cavab kimi olursa olsun, səbəb və nüfuzların bizim nəzərimizdə etibarı yoxdur.

Sual verdilər:

PEYĞƏMBƏRİN KİMDİR?

Bu sualda qəlbimin döyüntüsü daha da azaldı, dilim daha da açıldı, səsim daha da ucaldı. Cavab verdim: Mənim Peyğəmbərim Allahın insanlara göndərdiyi elçidir. O, Həzrət Mühəmməd ibni Əbdüllah, peyğəmbərlərin sonuncusu və ağasıdır.

Bu zaman onların narahatlığı və qəzəbi tamamilə yox oldu.
Çöhrələri işıqlandı. Mənim də qorxu və dəhşətim yox oldu.

Sonra kitab, qiblə, İmam və Allah Rəsulunun xəlifəsindən sual verdilər. Mən cavab verdim:

Kitabım mehriban Allah tərəfindən alim və böyük Peyğəmbərə nazil olmuş Qurani Kərimdir. Qibləm Məscidül-həramdır. Allah-Təala buyurub: “Harda olsan üzünü Məscidül-hərama tut.” Həzrəti İbrahim buyurdu: “Üzümü O Allaha tərəf tuturam ki, yer və göy Onun əmri ilə hərəkətdədir, dinim var şirkdən uzağam.”

İmamların Peyğəmbərin on iki haqq canişinidir ki, birincisi Həzrət Əliyyibni Əbi Talib, sonuncusu Həzrət Bəqiyyətullahdır. Hər bir vacibə alim, günah və xətadan pakdırlar.

Onlar dünyada əməllərimizə şahid, axirətdə şəfaətçi, Allahın bağışlamasına vasitədirlər...

O böyük şəxslərin adlarını, əslini-kökünü adbaad saydım. Dedilər: təfsil lazım deyil, hər kəlmənin cavabı bir kəlmədir. Dedim: Sizin üçün bundan da müfəssəl lazımdır, çünki bizim haqqımızda əvvəldən bədgüman olmusunuz. Həkimin buyurduğuna etiraz caiz olmasa da bizim yaranışımıza etiraz etmisiniz. Etirazınızı anlayandan sizdən küskün olmuşam. Hətta əhd etmişəm ki, əgər macalım olsa, sizdən bunun səbəbini soruşam, heyif ki, bu vəziyyətdə macalım yoxdur.
Susdum və nə sula verəcəklərini gözlədim. Bir sula vermədilər, yalnız soruşdular:


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Maraqlı melumatlar