beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HAQQI ETIRAF ETMEK 2

2. ƏLLAMƏ ŞEYX ƏHMƏD ƏMİN ƏNTAKİ
O, Seyid Şərəfüddin Amilinin "əl-Müraciat" kitabını oxuduqdan və orada qeyd olunanlar haqqında tədqiqat apardıqdan sonra məzhəbini dəyişərək şiə olan Şeyx Məhəmməd Əminin qardaşıdır. O da "Fi təriqi ilət-təşəyyo" (Şiəliyə doğru getdiyim yol) adlı kitabının ön sözündə yazır: "Mənim şiə olmağımın (başlıca) səbəbi Peyğəmbərdən (s) nəql olunan, bütün İslam məzhəblərinin yekdilliklə qəbul etdiyi hədisdir. Hədisdə deyilir: Mənim Əhli-beytim Nuhun (ə) gəmisinə bənzəyir. Hansı ki, ona tapınan nicat tapdı. Ondan üz çevirən isə qərq oldu". Düşündüm ki, Əhli-beytə (ə) tabe olub, dini hökmlərimi onlardan əxz edərəmsə, nicat taparam. Onlardan üz çevirib dini hökmlərimi başqalarından əxz edərəmsə, yolunu azmışlardan olaram".
Digər hissəsində yazır: "Cəfəri məzhəbinə tapınmaqla qəlbim, daxili aləmim aramlaşdı. Fikrimcə, əslində Peyğəmbərin (s) əhli-beytinə (Allahın salamı onlara olsun!) mənsub olan bu məzhəbi, Əhli-beytin (ə) vilayətini qəbul etməklə Allah-tәalanın əzabından nicat tapacağam. Çünki, nicat yalnız onların vilayətindədir".

3. DOKTOR MƏHƏMMƏD TİCANİ SƏMAVİ
O, Tunisdə dünyaya göz açmışdır. Uşaqlıq illərini doğma vətənində keçirdikdən sonra müxtəlif elm adamlarından, görkəmli alimlərdən faydalanmaq məqsədi ilə ərəb ölkələrinə səfər etdi. Misirdə "əl-Əzhər" universitetinin müəllim və tələbə kollektivi ona orada qalmasını və "əl-Əzhər" universitetində tədrislə məşğul olmasını təklif etdilər. Lakin o, bu təklifi qəbul etməyib İraqa doğru yollanaraq öz səfərini davam etdirir. Burada çox saylı şiə alimləri ilə diskussiyalar, fikir mübadilələri aparır və nəticədə şiə məzhəbini qəbul edir. O, hal-hazırda beynәlxaq arenada şiə məzhəbinin təbliğatçısı kimi tanınır və bu məzhəbin müdafiəsi üçün bir neçə kitab da yazmışdır.
O, "Necə hidayət oldum" kitabının bir hissəsində yazır: "Şiələr tutduqları yolda möhkəm, səbirli və haqqa tapınandırlar... Mən, bütün elm adamlarının şiə alimləri ilə diskussiyaya girməsini, mübahisəli məsələləri müzakirə etməsini zəruri hesab edirəm. Tam əminəm ki, bu diskussiyadan yalnız onların məzhəbini – Şiə məzhəbini qəbul edərək, könül gözləri açılaraq çıxacaqlar. Bəli, mən öz sabiq məzhəbimi əvəz edəcək məzhəbi tanıdım və məni bu məzhəbə hidayət edən Allaha sonsuz minnətdarlığımı bildirirəm. Təbii ki, onun hidayət və lütfü olmasaydı mən bu məzhəbə doğru hidayət olmazdım.
Həmd və səna məni "Naciyə" (nicat tapan) məzhəbə doğru hidayət edən Tanrıya məxsusdur. Bu, uzun müddət böyük məhrumiyyətlərə, əziyyətlərə qatlanaraq ardınca gəzdiyim məzhəbdir. Mənim hәzrәt Əlinin (ə) və Əhli-beytin (ə) vilayətinə tapınan insanların heç bir zaman qırılmayacaq ipdən yapışdıqlarına zərrə qədər də şübhəm yoxdur. Bu mövzuda çox saylı hədislər mövcuddur. Hansı ki, müsəlmanlar bu hədisləri yekdilliklə qəbul edirlər. Bundan başqa ağıl da təkbaşına haqq sorağında olanların bələdçisidir. Bəli, Allaha şükür olsun ki, haqqı tapdım. Möminlərin ağası hәzrәt Əliyə (ə) etiqad bəsləməkdə Allahın elçisi Məhəmmədə (s) iqtida etdim. Bundan başqa behişt cavanlarının iki ağası, bu ümmətin içində iki dəstə gül olan İmam Əbu Məhəmməd Həsən (ə) və İmam Əbu Əbdullah Hüseyn (ə), peyğəmbərliyin təcəssümü həzrət Mustafanın (s) ürək parası olan, imamlar anası, risalət qaynağı, Tanrının onun qəzəbi ilə qəzəbləndiyi, örnək qadın həzrət Fatiməni (ə) tanımaqda Peyğəmbərə (s) tapındım.
İmam Malikin yerinə, bütün imamların müəllimi, təlimatçısı olan İmam Cəfər Sadiqi (ə) və İmam Hüseynin (ə) nəslindən olan digər doqquz məsum imamı seçdim".
O, "Elm şəhərinin qapısı" hədisini qeyd etdikdən sonra yazır: "Nə üçün dini və dünyəvi məsələlərdə Əliyə (ə) təqlid etmirsiniz? Əgər onun Peyğəmbər (s) elminin qapısı olduğunu qəbul edirsinizsə, nə üçün Peyğəmbər (s) elminin qapısını birmənalı şəkildə qəbul etmir, Əbu Hənifəyə, Malikə, Şafeiyə, Əhməd ibn Hənbələ və İbn Teymiyyəyə təqlid edirsiniz? Hansı ki, sizin təqlid etdikləriniz heç bir zaman elmdə, əməldə, fəzilət və şərəfdə Əliyə (ə) çata bilməzlər.
Sözünün bu yerində üzünü Əhli-sünnə məzhəbi mənsublarına tutaraq deyir: “Ey mənim yaxınlarım! Sizi, müzakirə masası arxasına əyləşməyə, haqqı araşdırmağa, təəssübdən əl çəkməyə dəvət edirəm. Biz, Bəni-Üməyyə və Abbasilərin qurbanlarıyıq. Biz, qara tarixin qurbanlarıyıq. Biz, ata-babalarımızın bizim üçün miras qoyub getdiyi dar, qapalı düşüncə tərzinin qurbanlarıyıq. Onun Şiə məzhəbini müdafiə məqsədi ilə qələmə aldığı əsərlərə aşağıdakıları misal göstərmək olar:
"Necə hidayət oldum", "Doğrularla birgə", "Bilənlərdən soruşun", "Şiələr əsl Peyğəmbər (s) yolunu gedənlərdirlər", “Allahdan qorxun!" və s.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 170 Bölmə: Maraqlı melumatlar