beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytanın Fitnəsi

Mahmud adında bir şəxs, kimsəsiz bir yerə bağlanmış, gecə-gündüz ALLAHA (c. c) ibadət edir və heç bir günah iş etmirdi. Bu adamı Şeytan yoldan çixarmağa başladı. Şeytan necə olursa-olsun bu adamı ibadətdən və duadan uzaqlaşdırmaq istəyirdi. Çünki bu adamın etmiş olduğu dualarla minlərlə günah sahibinin günahını ALLAH silirdi. Şeytan adamı aldatmaq üçün müxtəlif hiylələrə müraciət etdi. Lakin heç cür aldada bilmədi. Ən sonunda şeytan işin asanını tapmışdı. Çünki Mahmud, çox ibadət edir, mütteqi, züht və təqva sahibi bir şəxs idi amma, alim deyildi. Yəni dini elmləri çox bilməzdi. Ondan ötəri onu aldatmaq asan olacaqdı. Şeytan planını belə tətbiq etdi: Kürəyində cübbəsi, əlində dəyənəyi başında sarığı, əlində təsbehi olduğu halda dümağ saqqalıyla şeytan, Mahmudun qapısını doydu. Mahmud qapını açdıqdan sonra, kim olub haradan gəldiyini və nə üçün gəldiyini soruşdu. Şeytan ona bu cavabı verdi: " -Mən dünya nemətlərindən uzaq, ömürünü ALLAHa ibadətlə keçirmək istəyən bir kimsəyəm. Bir ALLAH dostu tapıb özümə yoldaş əldə etmək üçün çox yer gəzdim, Məmləkətinə yaxınlaşdığımda, sizin adınızı eşitdim. Sizin də bütün məqsədiniz ALLAHın razılığını qazanmaq olduğuna görə, məni də qəbul et birlikdə ibadətə davam edək, "-dedi. Şeyx Mahmud, onun şeytan olduğunu və özünün ayağını sürüşdürmək üçün gəldiyini haradan biləcəkdi. Yoldaşlığı qəbul etdi. Birlikdə ibadətə başladılar. Aradan zaman keçir, Mahmud ibadət edir, yeyir, içir və digər insanlar kimi yaşayır, lakin Şeytan ALLAHa ibadət edər görünür, yemir-içmir, yatmır və bütün zamanını ibadətlə kecirirdi. Mahmud, yeni dostuna heyran qalmışdı. Aradan çox zaman keçmədən dözə bilməyib sorusdu: "-Ey ALLAHın saleh qulu, sən bu mərtəbəyə necə çatdin. Mən illərdən bəri ibadət edərəm. ,yeyib, içməkdən xilas ola bilmədim. Sənsə bütün zamanını ibadətə ayıra bilirsən. Nə olar bunun sirrini mənə də öyrət mən də sənin kimi olum," dedi. Şeytanın istədiyi olurdu. Hiyləgərcə danışdı "-Bunun asanı var! Əvvəla böyük bir günah işləyəcəksən, sonra da ona tövbə edəcəksən. Böyük günah işləmiş olduğundan ALLAHdan daha çox qorxmağa başlayacaq və beləcə mənim kimi, sən də hər cür insani xüsusiyyətlərdən xilas olmuş olacaqsan,"- dedi. Mahmud, ne kimi bir günah işləməsi lazım gəldiyini soruşdu. Şeytan artıq bayram edirdi. Çünki ovunu aldatmışdı. -Zina edə bilərsən, dedi. şeyx: "Edə bilmərəm ", dedi. Bu səfər şeytan: "Adam öldür!" dedi. Mahmud yenə "Onu da edə bilmərəm" dedi. şeytan: "İçgi iç"dedi. ..Mahmud, fikirləşdi. Onu bir az yüngül görmüşdü: -Onu edə bilərəm dedi. Bunu eşidən Şeytan sevincindən dəli olurdu. Mahmud, birbaşa meyxanaya gedib bir miqdar içki istədi. İçkini verən qadın idi. İçdikcə içdi və sonunda sərxoş olub qadına zina etməyi düşünməyə başladı. Şeytanda Mahmudun ürəyindəki vəsvəsəni çoxaldırdı.. Mahmud,tamam sərxoş olduqdan sonra meyxanaçı qadınla zina etdi. Bu onun üçün çox pis bir şey idi. ..Eşitsələr nə deyərlərdi. Ən yaxşısı o qadını öldürüb basdırmaq idi. ..Və elə etdi. Qadını öldürüb meyxananın arxasında bir yerə basdırdı. Lakin hadisə eşidilməkdə və yayılmaqda gecikmedi. Mahmudu tutub məhkəməyə çıxardılar, Qatil olduğu üçün edam edilərək öldürülməsinə qərar verildi. Mahmud edam kürsüsünə çıxmış, artıq ip boğazına keçirildikdən sonra onu qurtaracaq heç kim yox idi. Şeytan qarşıda göründü. "-Bu hal nədir ey dostum," dedi. Mahmud cahilliyindən hələ qarşısındakı adamın Şeytan olduğunu başa düşməmişdi :" -Görürsən ey ALLAHın sevimli qulu məni qurtar" deyə Şeytana yalvarmağa başladı. şeytan: "Bir şərtlə səni qurtararam. O da mənə səcdə edəcəksən" dedi. Mahmud : -Görürsən ip boğazıma keçirilmiş necə səcdə edə bilərəm, deyincə də: -İşarə ilə səcdə edə bilərsən, dedi. Mahmud başıyla işarə edərək səcdə etdi və imansız olaraq öldü. Elmsiz əməl insanı haralara apara bilir. Əgər Mahmud şəriəti bilsəydi içgi içməklə ALLAHa yaxın ola bilməyəcəyini qavrayardı.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar