Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-RAZZAQ - RAZİQ

ər-Razzaq – «Heç şübhəsiz ki, ruzi (RAZZAQ) verən, O mətin qüvvət sahibi olan Allahdır». (əz-Zariyat 58). Həlimi (Allah rəhmət etsin) deyir ki: «Razzaq – ruzini bol-bol və geniş şəkildə verəndir». Buna görə də hər bir müsəlman Allahdan başqa ruzi verən Razzəq olmadığını bilməlidir.

ər-Raziq – «Sən ruzi verənlərin ən xeyirlisisən». (əl-Maidə 114). «Allah dilədiyinə hesabsız ruzi verir». (əl-Bəqərə 212). «Yer üzündə ruzi əldə edə bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir». (əl-Ənkəbut 60). Həlimi  deyir ki: «Raziq – bədənlərin sağ qalması üçün vacib olan şeyləri verən, ehtiyac duyduqları nemətləri onlara verən deməkdir». Ənəs İbn Məlik (rşa) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) dövründə qiymətlər artmağa başladı. İnsanlar: “Ey Allahın Rəsulu! Qiymətlər artdı. Bizə bir qiymət təyin et (Qiymətlərə hədd qoy)” dedilər. Peyğəmbər: “Qiymətləri tənzimliyən Allahdır, Genişlədib çox-çox verən (Bəsit) Allahdır, Ruzi (Raziq) verən Allahdır, Daraldıb (Qabid) qıtlıq gətirən də Allahdır. Mən Allaha yanımda kimsənin mal və qan haqqı olamadığı halda çatmağı ümüd edirəm” deyə buyurdu
(Əbu Davud 3451, Tirmizi 1314, əl-Albani “Səhih Sünən Tirmizi” 2/32, “Səhih Sünən İbn Məcə” 2/15. )


Tarix: 05.05.2013 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...