beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahların Cəhənnəmə düşən günahkara təsirləri

Atəş ən şiddətli əzabdır. Onun şərri də əzabların ən şiddətlisidir. Şərrlərin ən şiddətlisidir. Atəşlə əzab Allaha aiddir və bununla sadəcə o əzab edər. Çünki Rəbb və Yaradan Odur. Cəhənnəm zillət, miskinlik, zəncirlər yurdudur. Həsrətlərin, göz yaşlarının, qanlı göz yaşlarının yurdudur. Müvəffəqiyyətsizliyin, ağlamanın yurdudur. Zəqqumun, qaynar suların yurdudur. O elə bir yurddur ki, orada ağlayana mərhəmət olmaz, dua edənin duası qəbul olunmaz. Allah bizləri qorusun.

Uca Allah belə buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)." (Təhrim surəsi, 6) Və başqa ayədə belə buyurur: "kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!" (Bəqərə surəsi, 24)

Uca Allah bu iki ayədə bizə qadağalarından çəkinməyimizi, əmrlərinə diqqət verməyimizi, qəzəbinə gətirəcək və asilik olan hərəkətlərdən uzaq durmamızı əmr edir. Çünki bunlar Cəhənnəmə girməyə və Cabbar olan Allahın qəzəbinə düçar olmağa səbəbdir.

Müsəlmanın özünü də, ailəsini də, Allahın, üzərində on doqquz güclü, şiddətli mələyin vəzifələndirdiyi (Muddəssir surəsi, 30) Cəhənnəm atəşindən qoruması böyük bir rəhmətdir. Bu mələklər göz açıb qapayacaq bir zaman içində belə Allaha asi olmazlar. Allahın əmrini asan bir şəkildə yerinə yetirmək gücündə yaradılmışlar. Qul, Allahın çəkdiyi sərhəddə durub onu keçməməli, əmrlərini pozmamalı, qadağalarına yaxınlaşmamalıdır. Bunlara diqqət edərək təkvaya çatmaq olar.

Cəhənnəmin istiliyi çox, dibi dərindir. Cəhənnəmliklər üçün dəmir qamçılar var. Onlar Cəhənnəmdə qaynar suları, Cəhənnəmdə yananların bədənlərindən axan irinləri içəcəklər. Cəhənnəmin yeddi qapısı var və hər bir qapı "Daha yoxdurmu, daha yoxdurmu?" deyə səslənəcək. Yenə Cəhənnəm bütün inadcı zalımları, xeyrin qarşısına çıxan həqiqi günahkar insanları, şərri istəyən insanları yandırmaq üçün yaradılmışdır. Allah qullarına davamlı olaraq nəzarət edir.

Cəhənnəm atəşinin istiliyinin şiddətini bildirən çoxlu ayələrdən bir neçəsi aşağıdakılardır:

Uca Allah belə buyurur: "Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik" (Nisa surəsi, 56)

"Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar.. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin (ələmini) təmasını!" (deyiləcəkdir)." (Qəmər surəsi, 47-48)

"Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır). Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni Və (mal-dövlət) yığıb saxlayanı!" (Məaric surəsi, 15-18)

"O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir" (Huməzə surəsi, 6-8)

Bu atəş o qədər istiliyə sahibdir ki, toxunduğu hər şeyi yandırır, nəticədə qəlbə çatır. Əbu Hurəyrə (r.a) Rəsulallah (s.ə.s)-dən belə eşitdiyini rəvayət edir:

"Adəm oğlunun yandırmaqda olduğu bu (dünya) atəşiniz, Cəhənnəm istiliyinin yetmiş hissəsindən bir hissədir"

Səhabələr

- Vallahi, həqiqətən bu kifayət edəcək ya Rəsulallah. Dedilər. Peyğəmbər (s.ə.s)

- "Həqiqətən Cəhənnəm atəşi hər biri dünya atəşi qədər olmaqla ondan altmış doqquz dəfə daha çox yaradılmışdır" (Buxari, Bədul Xalk, sifatunnar. Fəthul Bari, 6/330)

Adiyy bin Hatim (r.a) Peyğəmbər (s.ə.s)-in belə buyurduğunu rəvayət edir:

"Atəşdən özünüzü qoruyun" Sonra üzünü çevirir. Yenə: "Atəşdən özünüzü qoruyun" deyir və üzünü döndərir. Bunu üç dəfə edir. Hətta biz onu atəşə baxır kimi zənn etdik. Sonra yenə: "Bir yarım xurma ilə də olsa atəşdən çəkinin. Bunu tapa bilməyən, gözəl bir sözlə özünü atəşdən qorusun" dedi. (Buxari, Rikak. Fəthul Bari, 11/400)


Cəhənnəmin dibinin dərinliyi barəsində

Əbu Hureyrə (r.a) –dan : Peyğəmbər (s.ə.s) ilə bərabər idik. O anda bir şeyin qüvvətlə düşməyindən çıxan bir səs duyuldu. Rəsulallah (s.ə.s) :

- "Bu səsin nə olduğunu bilirmisiniz?" buyurdu. Biz

- Allah və Rəsulu daha yaxşı bilir – dedik

-"Bu bir daşdır ki, yetmiş il əvvəldən Cəhənnəmdə atılmışdır. Bu günə qədər o düşməyə davam edirdi. Bu anda Cəhənnəmin dibinə düşdü" buyurdu (Muslim, 4/2184)

Utbə bin Qəzvan (r.a)-dan belə rəvayət olunur:

"Cəhənnəmin bir kənarındaın bir daş atılar, yetmiş il düşər, dibinə çatmaz. Allaha and olsun ki, bu Cəhənnəm dolacaqdır. Buna çaşırsınızmı?" (Muslim, Zuhd və Rəkaik, 4/2278)

Cəhənnəmin halı və Cəhənnəmliklərin sifəti:
Allah belə buyurur:
"O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər." (Furqan surəsi, 12)
"Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! 8. O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun" (Mulk surəsi, 7-8)
"Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq" (İnsan surəsi, 4)
"Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!" (Əraf surəsi, 41)
"(O gün) bir çox üzlər zəlil görkəm alacaq; (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq; Yanar oda girəcəkdir; Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir" (Ğaşiyə surəsi, 2-5)

"Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik" (Nisa surəsi, 56)

"Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar" (Muminun surəsi, 103-104)

Rəsulallah (s.ə.s) kafirlərin Cəhənnəmdə cisimlərinin nə qədər böyük olacağını, orqanlarının hədsiz böyüyəcəyini açıqlayır.

Əbu Hureyrə (r.a)-dən rəvayət edilən hədisdə Rəsulallah (s.ə.s) belə buyurur: "Cəhənnəmdə kafirin iki çiyni arası, sürətli bir miniklinin üç gündə qət edəcəyi uzunluqda olacaqdır" (Səhih Muslim, 4/2189)

Yenə Əbu Hureyrə Peyğəmbər (s.ə.s)-dən rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: "Kafirin Cənənnəmdə azı dişi Uhud dağı qədər olacaqdır. Cildinin qalınlığı isə üç günlük yol qədər olacaqdır" (Səhih Muslim, 4/2189)

Atəş hər kəsi günahına görə yandıracaqdır
Səmurə b. Cundub (r.a)-dan Peyğəmbər (s.ə.s) belə buyurdu: "Kimisinin Cəhənnəm atəşi topuğuna qədər yandırar. Kimisini dizinə qədər yandırar. Kimisni belinə qədər yandırar. Kimisini də boğaz həlqəsinə qədər yandırar" (Səhih Muslim, 4/2185)

Cəhənnəmdə ən yüngül əzab görəcək olanlar:
Numan b. Bəşir (r.a)-dan Peyğəmbər (s.ə.s)-in belə buyurduğunu eşitdim:

"Şübhəsiz ki, Cəhənnəmliklərin əzab etibnarı ilə ən yüngül olanı atəşdən iki nal geyindirilən kəsdir. Bunların istisindən onun beyni qaynayar. Heç bir kimsəni özündən daha çox əzaba düçar olmuş görməz. Halbuki özü Cəhənnəm əhlinin ən yüngül əzab olunanıdır" (Səhih Buxari, Fəthul Bari 11/417; Səhih Muslim, İman 1/196)

Bunu digər bir hədis də açıqlayır ki, bu ikinci hədisdə əzabı ən yüngül olanı Əbu Talib olacağı bildirilir.

İbn Abbas (r.a)-dan Rəsulallah (s.ə.s) belə buyurmuşdur:
"Cəhənnəmliklərin əzabına görə ən yüngül olanı Əbu Talibdir. O iki nalı geyinəcək və onlardan beyni qaynayacaq" (Buxari və Muslim, Muslimdə 112 nömrəli hədis)
Bunlar Cəhənnəmin ən yüngül əzab görənləridir. Bunlar ən şiddətli əzabı özlərinin gördüklərini zənn edəcəklər. Həqiqətdə isə ən şiddətli əzab görəcəklərin vəziyyəti necə olacaq?! Allah qorusun.
Cəhənnəm əhlinin yeyəcəkləri və içəcəkləri
Uca Allah belə buyurur:
"Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı Günahkar (kafir) kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; Qaynar su qaynayan kimi!" (Duxan surəsi, 43-46)

"Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar" (Ğaşiyə surəsi, 6-7)

"Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır! " (Muzzəmmil surəsi, 12-13)

Cəhənnəmliklərin içəcəkləri bunlardır

"Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar; Qaynar sudan və irindən başqa!- (Dünyadakı əmələrinə) uyğun cəza olaraq" (Nəbə surəsi, 24-26)

"Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!" (Kəhf surəsi, 29)

"Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!" (İbrahim surəsi, 16-17)

"Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar" (Rəhman surəsi, 44)

Cəhənnəm əhlinin yeyəcəkləri və içəcəkləri barəsində ayələr çoxdur. Sünnədən bunlara dəlilləri isə aşağıdakılardır:

İbn Abbas (r.a) rəvayət edir: Peyğəmbər (s.ə.s)

"Ey iman edənlər. Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsəlman halda ölün" (Ali İmran surəsi, 102) ayəsini oxudu və belə buyurdu:

"Zəkkumdan (Bu Allahın Cəhənnəmdə kök saldırdığını bildirdiyi ağacdır) bir damla əgər dünyaya damsa, dünya əhlinin bütün yeyəcəyini pozar. Bəs yeyəcəyi (sadəcə) zəkkum olanın vəziyyəti necə olar?" (Tirmizi bu hədisə həsən səhihdir demişdir, 2588)

Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-dən belə rəvayət edir:

"Cəhənnəmin qaynar içəcəyi insanların başlarına tökülsə oradan girər, qarınlarına çatar və bağırsaqlarını parça-parça edər. Axırda bu qaynar su iki ayağından çıxar. Bu əridicidir. Sonra vəziyyət yenə də eyni ilə təkrarlanar" (Tirmizi bu hədisə həsən səhih demişdir, 2585)

Bu ayə və hədislərdən göründüyü kimi Cəhənnəmliklərin yeyəcək və içəcəyi iyrənc və ağrı verici şeylərdir. Bunlar Allahın əmrinə üsyan edən, nəfsani arzularına uyan, doğru yoldan azan, Allahın sağlam yolundan uzaqlaşan insanlar üçün ən uyğun cəzalardır. Bunlara əlavə olaraq bu cəzalar da vardır: Zəncirlər, müxtəlif əzabları olan Cəhənnəm vadiləri, Cəhənnəm xalqının bir-birinə lənət oxuması, əzablarının davamlığı, buna əlavə olaraq zillət, alçalma və növünün sayını Allahın biləcəyi qədər çox xəsarət və pərişanlıq gətirən şeylər (İbn Rəcəb əl Hənbəli, əl Təhvif əsəri)

Cəhənnəmliklərin kədər və xəsarətlərini artıran bir şey də budur: Ölüm gətirilib Cəhənnəmlə Cənnət arasında başı kəsilir, yəni ölüm adlı bir şey qalmaz. Bu Cənnətliklərin sevincini, Cəhənnəmliklərin kədərini artırır.

Əbu Səid (r.a)-dan Peyğəmbər (s.ə.s) belə buyurmşdur:
"Qiyamət günündə ölüm bir qoç şəklində gətirilir və Cənnətlə Cəhənnəm arasında durdurulur.
-Ey Cənnət əhli, bunu tanıyırmısınız? Deyilir. Cənnətliklər başlarını qaldırıb baxarlar və :
-Bəli, bu ölümdür. – deyərlər. Cəhənnəmliklərə də:
-Ey Cəhənnəm əhli, bunu tanıyırsınızmı?- deyilər. Onlar da başlarını qaldırıb baxarlar və :
-Bəli bu ölümdür. – deyərlər
O anda Allahdan əmr gələr və bu ölüm qoçu kəsilir.
Sonra:
- Ey Cənnət əhli, əbədilik var, ölüm yoxdur! Ey Cəhənnəm xalqı, əbədilik var, ölüm yoxdur!- deyilər
Bundan sonra Rəsulallah (s.ə.s) bu ayəni oxudu:
"(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib mö’minlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!" (Məryəm surəsi, 39) Rəsulallah (s.ə.s) bu ayəni oxuyarkən dünyaya işarət edirdi (Səhih Muslim, 4/2188)
Bir rəvayətdə də : "Cəhənnəm əhlinin kədərlərinin üzərinə kədər gələr" əlavəsi var.


Tarix: 14.04.2013 / 13:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 441 Bölmə: Maraqlı melumatlar