beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təqlidçilik

«Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər». (ən-Nur 63). «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and osun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sən tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar». (ən-Nisa 65).

«Onlara: «Allahın nazil etdiyinə və Onun peyğəmbərinə tərəf gəlin! – deyildiyi zaman: Atalarımızın getdiyi yol bizə yetər – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?». (əl-Maidə 14).

«Allahın göndərdiyinə tabe olun! – deyildiyi zaman onlar: Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik – deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə?». (əl-Bəqərə 170).

«Çünki onlar atalarını azmış gördülər. Bununla belə yürüyə-yürüyə onların ardınca düşüb getdilər». (əs-Saffət 69-70).

«Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır». (əl-Ənfal 22).

«Üzləri odda çevrildiyi gün onlar: Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edərdik! – deyəcəklər. Pərvərdigara biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar». (əl-Əhzab 66-67).

«Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər». (ət-Tövbə 31).

Xuzeyfə b. Yəmən –radiyallahu anhu – bu ayə haqqında soruşuldu o: «Rahibləri və alimləri onlar üçün haramı halal edir, onlar da halal sayırlar. Halalı onlara haram edir, onlar da bunu haram sayırlar» (Təbəri «Təfsir», 6/114, Təfsir İbn Əbi Hatim, 6/1784).

«İbrahim atasına və tayfasına: Sizin tapınıb durduğunuz bu heykəllər nədir? – dediyi zaman onlar: Biz atalarımızı onlara ibadət edən gördük! – deyə cavab vermişdilər». (əl-Ənbiya 52-52).

«O, zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, (onların hamısı Qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır. O, zaman (bütlərə) tabe olanlar: Əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları ki, biz də onlardan uzaqlaşardıq – deyərlər». (əl-Bəqərə 166-167).

İbn Ömər – radıyallahu anhu – məsciddə oturduğu vaxt Şamlı bir nəfər gələrək ondan Təməttu həcci barəsində soruşdu. İbn Ömər: «Gözəldir, xoşdur» deyə cavab verdi. Adam: «Lakin sənin atan bunu qadağan etmişdir» dedi. İbn Ömər: «Vay sənin halına! Atam bunu qadağan etmiş ola bilir. Lakin Peyğəmbər - səllallahu aleyhi və səlləm – belə etmiş və bunu əmr etmişdir. Sən atamın sözünü götürəcəksən yoxsa Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmrinə tabe olursan?» dedi. Adam: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – in əmrinə tabe oluram» dedi. İbn Ömər: «Qalx get!» dedi (Tahavi «Şərhu mənail Asar», 1/372, Əbu Yala «Musnəd», 3/1317, Əhməd, 5700, Tirmizi, 2/82).

İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Təqlidi amcaq başı çatışmayan kimsələr edər» (İbn Abidin «Rəsmul Muftu, Məcmuatur Rəsail», 1/32).

İbn Məsud – radıyallahu anhu – deyir ki: «Heç kimsə dinində başqa bir kimsəni təqlid etməsin. Çünki əgər o, iman edərsə o, da iman edər, küfrə girərsə o, da küfrə girər» (Əbu Nuaym «Hilyətul Övliya», 1/136).

İbn Məsud – radıyallahu anhu – deyir ki: «Bu dünyada ya müəllim ol, ya da tələbə. Bu ikisi arasında üçüncü (təqlidçi) olma yoxsa məhv olarsan» (İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh», 2/983).

Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – deyir ki, Rabia başı örtülü halda yanımda uzanaraq ağlayırdı. Ona: «Nəyə görə ağlayırsan?» deyə soruşduqda. O: «Məni ağladan açıq riya, gizli şəhvətdir. İnsanlar alimlərin yanında analarının qucağındakı körpə uşaqlar kimidirlər. Onlar nəyi qadağan edərlərsə ondan əl çəkərlər, nəyi də əmr edərlərsə onu da yerinə yetirərlər» (İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh», 2/984).

Abdulah b. Muhəmməd əl-Mutəz deyir ki: «Güdülən heyvanla təqlid edilən insan arasında heç bir fərq yoxdur» (İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh», 2/988).

Mucahid b. Cəbr deyir ki: «Allahın qullarından kim olursa olsun sözü alınır da, tərk də edilir. Yalnız Peyğəmbər - səllallahu aleyhi və səlləm – müstəsna» (İbn Abdil Bərr «Camiul Bəyanul Elm və Fadluh», 2/989).

İmam Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur» (İbn Abbidin «Haşiyə», 1/63, «Rəsmul Muftu, Məcmuatur Rəsail», 1/4).

Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Haradan aldığımızı bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz» (İbn Abdil Bərr «İntiqa fi Fəzailil Səlasətil Əimmətil Fuqaha», 145, İbn Qeyyim «İlamul Muvakkin», 2/309, İbn Abidin «Haşiyə», 6/293, Rəsmul Muftu, 29-32, Şarani «Mizən», 1/55).

Əbu Hənifə – rahmətullahi aleyhi –deyir ki: «Dayandığım dəlili bilmədikcə mənim görüşüm ilə fətva vermək haramdır. Biz bir insanıq. Bu gün bir söz deyirik, sabah isə indan əl çəkirik». Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Əy Yaqub! Məndən hər eşitdiyini yazma. Çünki mən bu gün bir görüşü mənimsəyib, səhəri isə onu tərk edə bilərəm. Sabah bir görüş sahibi oluram, o biri gün isə onu da tərk edə bilərəm» (Şarani «Mizən», 1/55, Əbul Həsənət «Nafiul Kəbir», 135).

Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Allahın Kitabı və Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim görüşümü tərk edin» (Şarani «Mizən», 1/26).

İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bir bəşərəm doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun gələni götürün, uyğun gəlməyəni buraxın» (İbn Abdil Bərr «Cəmi», 2/32, İbn Həzm «İhkam», 6/149).

İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən başqa bəzi insanların sözü alına da bilər, tərk edilə də bilər» (İbn Abdil Hədi «İrşadus Salik», 227/1, Təqiyyiddin əs-Subki «Fətva», 1/148).

İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən nəql edilən bir Sünnəti açıq-aydın bilindiyi halda onu bir başqasının sözündən ötrü tərk etməsinin halal olmadığını müsəlmanlar ittifaq etmişlər» (İbn Qeyyim, 2/363, İbn Həzm «Fullani», 68).

İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mənim Kitabımda Peyğəmbər - səllallahu aleyhi və səlləm – in sünnəsinə zidd bir şey tapsanız Peyğəmbər - səllallahu aleyhi və səlləm – in sözünü götürün və mənim sözümü tərk edin. Sünnətə uyun və başqa birisinin sözünə etibar etməyin» (Hərəvi «Zəmmul Kəlam», 3/47/1, Xatib Bağdadi «İhticac Biş Şafii, 8/2, İbn Əsakir, 15/9/10, Nəvəvi «Məcmu», 1/163, İbn Qeyyim, 2/361, Əbu Nuaym «Hilyə», 9/107).

İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur» (Şarani, 107).

İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Mən bir söz söylədiyimdə mənə zidd olaraq Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən səhih bir hədis gəldiyini görsəniz, mənə ağlımın getdiyini xəbər verin» (Əbu Nuaym, 9/107, İbn Qeyyim «İlamul Muvakkin», 2/163, Fullahi, 104).

İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Hər hansı bir məsələdə bir söz söyləmiş olsam və Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən buna zidd bir xəbər gəlmişsə, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in hədisi daha doğrudur. Məni təqlid etməyin» (İbn Əbu Xatim «Adab», 93, İbn Əsakir, 15/10/1).

İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən nəql edilən hər hansı bir hədisi məndən eşitməmiş belə olsanız mənim görüşüm deməkdir» (İbn Əbu Xatim, 93-94).

İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Məni təqlid etmə. Məliki, Şəfiini, Əvzaini, Söurini təqlid etmə. Sən da onların elm aldığı qaynaqlardan elm al» (Fullani, 113, İbn Qeyyim «İlam», 2/302).

İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Dini məsələrdə alimlərdən hər hansı birini təqlid etmə. Peyğəmbər - səllallahu aleyhi və səlləm – və Onun Səhabələrindən nə gəlmişsə onu al. Səhabələrdən sonra Tabiin nəsli gəlir ki, bir alim bunların görüşünü alıb, almamaqda sərbəsdir» (Əbu Davud «Məsailul İmam Əhməd», 276-277).

İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Kim Peyğəmbər - səllallahu aleyhi və səlləm – in hədisini rədd edərsə o, həlak yolundadır» (İbn Abdil Bərr «Cəm», 2/149, İbnul Cövzi, 182).


Tarix: 14.04.2013 / 13:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 417 Bölmə: Maraqlı melumatlar