Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

bu, qadının öz zinət yerlərini açması və camaat arasında belə dolaşmasıdır. Məlumdur ki, Allah taal

İslam şəriəti cəmiyyətin bütün üzvlərinə və təbəqələrinə diqqət yetirən, hər kəsin haqqını verən kamil bir sistemdir. Onun qaydalarından biri də atasını itirmiş yetimə himayədarlıq etməkdir. Ata nəvazişindən məhrum olmuş bu kiçik uşaq istədiyinə lazımınca nail ola bilmir. Onun yeganə köməkçisi Allah taaladır. Belə halda İslam şəriəti yetimi himayəsinə götürüb onu tərbiyələndirənə böyük fəzilət bəxş etmişdir

Peyğəmbər (sav) buyurmuşdur:
"Öz yaxını olan və yaxını olmayan yetimə himayədarlıq edən, mənimlə cənnətdə belə olacaqdır" – deyərək şəhadət və orta barmağını bir yerdə göstərdi"(Müslim: 4\ 2287\ ? 2983.)
Yetimə əziyyət vermək Qurani Kərimin çox ayələrində qadağan edilmişdir.
Allah taala buyurur:
"Elə isə yetimə zülm etmə!" (əd-Duha: 9).
"(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);" (əl-Maun: 1-2).
Yəni, yetimi təhqir edər, ona zülmkarlıq göstərər, yaxşılıq etməz və onu yedizdirməz .
"Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər." (ən-Nisa: 10).
Şübhə yoxdur ki, cəmiyyətdə yaşayanların yetimlərə himayədarlıq etmələri həmin toplumda şəfqət və mərhəmətin yayılması deməkdir.
Həmçinin yetimləri başsız buraxmaq böyük fitnə-fəsaddır. Əgər yetimi islah edən himayədar olmasa o zəlalət içərisində boğular və pis insanların əlinə keçər. Ona görə İslam şəriəti yetimə belə böyük əhəmiyyət vermişdir.


Tarix: 09.05.2013 / 13:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...