beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşılıq haqqında hədislər

Allahın Peyğəmbəri (s) :«Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin zəifliyi və üzün eybəcərliyi gördüm.» (Kənzul-Ummal, hədis 44084)
1. Yaxşılıqların dəfələrlə artması.
Qur’an:
«Hər kəs bir yaxşı iş görərsə, ona on dəfə artıq mükafat verərlər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz.» (Ənam, ayə 160)
Hədis:
2. İmam Səccad (ə) :«Vay o kəsin halına ki, onun birləri onlarına qalib gələ.» İmamın (ə) məqsədi budur ki, pislik bir dəfə kimi, yaxşılıq isə onqat hesablanır.» (Tuhəful-Uqul, səh.271)
3. İmam Sadiq (ə) :«Mömin bir yaxşı iş görərsə, Allah-taala onun hər yaxşı əməlini yeddi yüz dəfə artırar və bu Allah-taalanın kəlamıdır ki, «Allah-taala istədiyi kəs üçün artırar.» (Biharul-Ənvar, c.71, səh.247, hədis 7)


Tarix: 05.06.2013 / 21:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 60 Bölmə: Maraqlı melumatlar