beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noqte (hekaye)

Osmanlı sultanı Yavuz Sultan Səlimin müəllimlərindən ibn Kamal gənclik illərində elmi ilə çox öyünən bir alim idi. O həmişə: “Məndən böyük alim yoxdur”, – deyirdi. Bir gün bir dərviş onun yanına gəldi və: “Allahın elminin yanında məxluqatın elmi nə qədərdir?” – deyə sual verdi. Ibn Kamal bu suala qəzəblənərək: “Bu necə sualdır? Allahın elmi ilə məxluqatın elmi arasında necə müqayisə aparmaq olar?” – dedi. Dərviş verdiyi suala görə üzr istədi. Bununla belə ibn Kamal onun sualını cavabsız da qoymaq istəmədi və: “Madam ki, belə bir sual verdin cavabını da dinlə”, – deyərək dərvişdən bir kağız gətirməyini gətirməyini xahiş etdi. Dərviş bu sözü eşidən kimi böyük bir kağız gətirdi. Ibn Kamal kağızı yerə sərdi və ortasına kiçik bir nöqtə qoyaraq: “Bu kağızın içində bu nöqtə nə qədərdirsə, Allahın elmi yanında məxluqatın da elmi o qədərdir.”, – dedi. Dərviş sanki bu cavabı gözləyirdi və daha bir sualı olduğunu dedi: “Dediklərinizi başa düşdüm. Əgər bütün məxluqatın elmi Allahın elmi yanında bu qədərdirsə, bəs sizin elminiz məxluqatın elminin yanında nə qədərdir?..” ibn Kamal səhvini başa düşmüşdü. Ona görə də, dərvişə təşəkkür etdi və “Sualların mənə çox gözəl bir dərs oldu”, – deyərək bir daha elmi ilə öyünmədi..


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar