beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KİM CƏNNƏT ƏHLİNDƏN OLAN KİMSƏNİ GÖRMƏK İSTƏYİRSƏ BU ADAMA BAXSIN

Əbu Hureyrə (A.r.o.) deyir ki, «bir nəfər bədəvi Peyğəmbərin (s.a.v.) yanına gəldi və dedi: Mənə elə bir əməl göstər ki, mən onu etməklə cənnətə daxil ola bilim. Peyğəmbər (s.a.v.) dedi: Yalnız Allaha ibadət et və heç bir şeyi ona şərik qoşma, fərz namazları qıl, vacib zəkatı ver və Ramazan ayını oruc tut». Bədəvi dedi: Canım əlində olan Allaha and olsun ki, buna heç nəyi əlavə etməyəcək, nə də azaltmayacağam. Sonra o üzünü çevirib getdikdə Peyğəmbər (s.a.v.) dedi: «Kim cənnət əhlindən olan kimsəni görmək istəyirsə bu adama baxsın»[1]

Bu böyük əsasa dəlalət edən çox hədislər vardır. Bu hədislərin dəlalət etdikləri mənalar eynidir, yaxud bir-birinə çox yaxındır. Belə ki, kim Allahın ona fərz buyurduğunu və barəsində vaciblik şərtləri tamamlanmış əməlləri yerinə yetirər, fərz əməlləri edər və haram işlərdən çəkinərsə o insan cənnətə daxil olmağa və cəhənnəmdən qurtulmağa layiq görülər. Kim bu vəsflərə yiyələnərsə həmin adam İslam və İman adlarına layiq olar. Nicat tapmış müttəqilərdən və siratəl-müstəqim yolu ilə gedənlərdən olar.


Tarix: 25.04.2013 / 18:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar