beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda peyğəmbəri sallallahu aleyhi və səlləm görmək

Sual: Bir dəfə yuxumda Muhəmməd sallallahu aleyhi və səlləmi gördüm. Lakin o sallallahu aleyhi və səlləm cavan oğlan və yaxud kiçik uşaqlara bənzəyirdi. Əlbəttə onun sallallahu aleyhi və səlləm görünüşü onun sallallahu aleyhi və səlləm haqqında oxuduğum xüsusiyyətlər ilə düz gəlmirdi. Lakin düşünürəm ki, gördüyüm o sallallahu aleyhi və səlləm idi. Çünki ondan (yuxuda) soruşdum ki: “Sən həqiqətən mi Muhəmmədsən sallallahu aleyhi və səlləm? O dedi: Bəli. Ondan başqa kim bunu deyə bilər ki? İkinci dəfə yuxumda, keçmiş zamanlarda biri padşahın qəsrinə gələndə çıxardığı bir səs gördüm. Bu səs belə dedi: “Ey Muhəmməd! 40-45 yaş arasında çox yaraşıqlı kişilər gəldi və mənə sadəcə bir kağız parçası göstərdilər. Yuxu bax belə qurtardı
Necə bilmək olar ki, hər iki yuxuda gördüyüm odur sallallahu aleyhi və səlləm?

Cavab: Həmd Allaha məxsusdur.
Birincisi: Qeyd etmək lazımdır ki, bir insanın peyğəmbəri sallallahu aleyhi və səlləm yuxuda görməsi mümkündür və şeytan peyğəmbərin sallallahu aleyhi və səlləm həqiqi surətinə girə bilmir. Lakin başqa bir surətdə zahir ola bilər və peyğəmbər olduğunu iddia edə bilər.

Rəvayət olunur ki, Əbu Hureyra radiyallahu anhu demişdir: “Mən peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Kim məni yuxuda görərsə, oyaq olduğunda məni necə görürsə, elə olduğum kimi görər (görəcək); şeytan mənim şəklimi ala bilmir”. (Əl-Buxari 6592; Müslim 2266)

Əhmədin nəql etdiyi rəvayətdə (3400) deyilir: Şeytan mənə oxşada (özünü mənə bənzədə) bilmir.

Əl-Hafiz ibn Həcər demişdir:

Bizi bunu tam bir isnadla İsmayıl ibn İshaq əl-Qadidən, o Süleyman ibn Hərbdən-Buxarinin şeyxlərindən idi-o Hammad ibn Zeyddən, o da Əyyubdan olmaqla-nəql etmişik. Əyyub demişdir: Bir kəs Muhəmmədə (yəni Muhəmməd İbn Sirinə) peyğəmbəri sallallahu aleyhi və səlləm yuxuda gördüyünü danışsaydı, ona belə deyərdi: “Gördüyünü mənə vəsf et”. Əgər onun tanımadığı bir xüsusiyyəti vəsf etsəydi, o deyərdi: “Sən onu görməmisən”. İsnadı səhihdir və bunu gücləndirən başqa bir rəvayət də tapmışam.

Əl Hakim, Asim ibn Küleyb vasitəsilə rəvayət edir ki, o (atasının ona belə dediyini) demişdir: Mən İbn Abbasa dedim: “Yuxuda peyğəmbəri sallallahu aleyhi və səlləm gördüm. O dedi: “Onu mənə vəsf et”. O dedi: “Mən əl-Həsən ibn Əlini zikr etdim və ona oxşadığını dedim. O dedi: “Sən həqiqətən də onu görmüsən”. Bunun isnadı ceyyiddir.

Fəth əl-Bari, 12/383, 384

Peyğəmbərin sallallahu aleyhi və səlləm (yuxuda) bütün surətlərdə gələ biləcəyini söyləyən və İbn Əbi Asimin Əbu Hureyradan radiyallahu nəql etdiyi: “Kim məni yuxuda görsə, həqiqətən məni görmüşdür. Çünki mən bütün surətlərdə görünə bilərəm”-hədisini dəlil kimi irəli sürənlərə gəldikdə, onların gətirdiyi bu hədis zəifdir.

Əl-Hafiz İbn Həcər demişdir: Bu hədisin isnadında Salih adında bir nəfər var. Əl-Tavaminin azad olunmuş köləsidir (mövlası), zəif ravidir və (qoca yaşlarında) qarışdırmışdı (məsələləri) və bu rəvayəti də, onda bu dolaşıqlıq meydana gəldikdən sonra birindən eşitmişdir.

Fəth əl-Bari, 12/384

İkincisi:

Peyğəmbəri sallallahu aleyhi və səlləm barəsində sualda qeyd olunanlar kimi yuxuda cavan kişi və yaxud uşaq şəklində görmək mümkündür. Lakin bu da həmçinin yuxarıda qeyd olunan şərtlərə tabedir. Yəni o sallallahu aleyhi və səlləm o yaşlarında olduğu kimi görünməlidir.

Əl-Hafiz ibn Həcər demişdir:

“Şeytan (mənim surətimdə) görünə bilməz”-ibarəsi dəlalət edir ki, Allah təala (şeytana) istədiyi bir surətə girmə qabiliyyəti versə də, peyğəmbərin sallallahu aleyhi və səlləm surətində görünməsinə izn verməmişdir. Bu sözügedən hədis barəsində öz rəylərini bildirən bir camaatın rəyi idi: burada qəsd olunan, bir kəsin onu sallallahu aleyhi və səlləm olduğu kimi görməsidir.

Onlardan bəziləri bu məsələni daha da məhdudlaşdırmış və demişdirlər: Şübhəsiz o (yuxuda peyğəmbəri görən) onu (peyğəmbəri) vəfat etdiyi zaman göründüyü kimi görməli, hətta onun ağ saçlarının sayını da hesaba almalıdır ki, bunun sayı iyirmidən çox olmamışdır.

Doğru rəy budur ki, onu (peyğəmbəri sallallahu aleyhi və səlləm) istənilən yaşında və yaxud istənilən vəziyyətində, yetkinliyinin çiçəklənmə dövrü olan cavan yaşında və yaxud yaşlı dövründə və ya həyatının istənilən yaş dövründə görmək olar. Bir şərtlə ki, yaşı ilə yuxuda görülən bu görünüş həqiqi olmalıdır.

Fəth əl-Bari, 12/386

Üçüncüsü:

Bu məlum olduqdan sonra, ola bilsin ki şeytan, Allah təalanın peyğəmbəri sallallahu aleyhi və səlləm həyatının bütün mərhələlərində yaratdığı surətdən başqa bir sifətdə gələrək peyğəmbər sallallahu aleyhi və səlləm olduğunu iddia etsin.

Keçmiş dövrlərdə olan səslər kimi bir səs olması və yaxud çox yaraşıqlı kişilər və ya “Muhəmməd” söyləməsi həmin insanın peyğəmbəri sallallahu aleyhi və səlləm həqiqi surətində görməsi ilə heç bir əlaqəsi yoxdur.

Allah daha yaxşı bilir.


Tarix: 14.04.2013 / 12:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1121 Bölmə: Maraqlı melumatlar