beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qiyametin 10 En Boyuk Elameti

Qiyamət nə zaman qopacaq? Hamını maraqlandıran sual amma cavabını yalnız Allah bilir. Qiyamətin tam olaraq nə vaxt qopacağı bilinməsə də Qur'an-da əlamətləri deyilmişdir. Qiyamətin böyük və kiçik əlamətləri vardır. Gəlin əvvəlcə qiyamətin böyük əlamətlərinə baxaq;

1. MEHDİ ( a.s ) GƏLƏCƏK
- Atası Abdullah, Anası Aminadır. Mehdinin başı üzərində bir bulud olacaqdır. Buluddan bir mələk :
" Bu Mehdidir, sözünü dinləyin " deyəcəkdir

2. DƏCCAL GƏLƏCƏK
- Dəccal İslam dininin yox olmasını istəyəcəkdir. Tanrı olduğunu söyləyəcəkdir.Onun Tanrı olduğuna inanların imanı itəcəkdir. Dəccalın sağ gözü kordur, iki gözünün arasında " kafirdir " yazılacaq. Məkkəyə və Mədinəyə girə bilməyəcək. 40 gün yer üzündə olub, müxtəlif möcüzələr göstərəcəkdir. Sonra yer üzündən yox olacaq

3. HZ. İSA ( a.s ) GÖYDƏN ENƏCƏKDİR
- Qiyamət qopmadan qabaq Hz. İsa yer üzünə enəcək və Xristianları islama dəvət edəcək. Hədislərdə deyilir ki, Dəccalı Hz.İsa öldürəcək

4. DABBƏT-ÜL ƏRZ ÇIXACAQ
- Qiyamətdən qabaq çıxacaq məxluqdur.Dabbət-ül ərz-in mənası yer heyvanıdır.
Hədislərdə deyilir; << bu məxluq möminə əsa ilə toxunar, alnına "bu cənnətlik " yazar, üzü nurlanar/ Kafirə vurduqda " bu cəhənnəmlik " yazılar və üzü qaralar >>

5. YƏCÜC VƏ MƏCÜC ÇIXACAQ
- Quranı Kərimdə buyrulub ki, Yəcüc və Məcüc yıxılıb hər təpədən axın edərlər (Ənbiya 96)
Yer üzünə gəlib pis işlərlə məşğul olub insanları yoldan çıxardacaqlar

6. DUMAN ÇIXACAQ
- Qiyamətdən qabaq dünyanı 40 gün, 40 gecə şiddətli duman bürüyəcək. Möminlərə soyuqdəymə kimi, kafirlər isə çox şiddətli gələcək

7. GÜNƏŞ QƏRBDƏN DOĞACAQ
- Qiyamətin ən böyük əlamətlərindən biri bu olacaq. Günəşin qərbdən doğmağı bir çox insan toplusuna iman gətirəcəkdir. Ancaq əvvəl iman etməmiş vəya imanında bir xeyir qazanmamış kimsəyə faydası olmayacaqdır

8. ATƏŞ ÇIXACAQ
- Hicaz-dan çıxacaq atəş Basradakı dəvələrin boyunlarını işıqlandıracaq

9. YER BATMASI BAŞ VERƏCƏK
- Şərq, Qərb və Ərəb Yarımadasında yer çökməsi baş verəcək.

10. KƏBƏ DAĞILACAQ
- Bir Həbəşli Kəbəni korlayacaq, Kəbənin bütün daşlarını sökəcək


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 149 Bölmə: Maraqlı melumatlar