beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruzi əndişəsi

Bəziləri ruzi dərdi ilə bütün vaxtlarını pul qazanmağa və dünya malı yığmağa sərf edirlər. Bunu unudurlar ki, bütün insanların ruzisini Allah təala yazmışdır. Bu cür çıxılmaz vəziyyətə düşənlər ruzi təmin etmək üçün çalışmağın, səhabələrin, tabeinlərin və sələflərin xeyir və bir çox yaxşı işlərdə yarışmalarına əngəl olmadığını da unudurlar. Allah rəsulu (s.ə.s) buyurmuşdur ki: “Əmin olan Cəbrayıl (ə.s) mənə ruzisini tamamlamadan heç kimin ölməyəcəyini açıq-aşkar xəbər verdi. Ona görə də Allahdan qorxun. Ruzi məsələsində orta yolu tutun.

Ruzi problemi sizi Allaha üsyan etməyə sövq etməsin. Çünki, Allah qatında olan xeyirlərə ancaq Allaha itaət ilə nail olmaq olar”. Bu hədisi İbn Hibban, əl-Hakim, Əbu Nueym, Cabirdən (r.a) rəvayət etmişlər.

İbn əl-Qəyyum deyir ki, Allahın Nəbisi (s.ə.s): “Artıq Allahdan qorxun. Onun razı olduğu yerlərdə ruzinizi təmin etməyə çalışın” ifadələrində həm dünya, həm də axirət nemət və ləzzətlərini bir yerə toplamışdır. Çünki, axirət nemətləri Allah qorxusunun, dünya ləzzətləri Allahın razılığını gözləmənin nəticəsidir. Onsuzda Allah qorxusuyla, bədən və qəlb rahatlığıyla və ac gözlülük, həddən çox yorğunluq, sıxıntı və üzüntünü tərk etməklə dünya nemətlərini istəmək, ruzini ən gözəl əldə etmək və Allah təalanın razılığına uyğun təmin etmənin özüdür. Həqiqətən də Allah təaladan qorxaraq ruzisini axtaran axirət nemətlərinə də qovuşar. Çalışmasında orta yolu tutan, dünyanın sıxıntı və kədərindən uzaq olub, rahatçılığa qovuşar. Bütün bunlarla yanaşı, xatırlamalıyıq ki, dünya və axirət tərəzisində tarazlığı gözləmək ancaq Allah təalanın köməyi ilə ola bilər. Şair nə gözəl demişdir: Dünya fəryadu fəğan edir özü-özünə, Kaş bu camaatdan biri səsimi eşidə. Necə bel bağlanılan dünyalıq vardır ki, həlak etdi,Və necə mallar vardır ki, dağılıb getdi.İbn əl-Qəyyum (r.a) deyir ki: “Bir yerə bir maddəni qoymaq üçün o yerin boş olması və ya boşaldılması lazımdır. Maddələrdə müşahidə etdiyimiz bu qanun mənalarda da eynidir. Belə ki, azğın, saxta düşüncə və sevgilərlə dolu olan bir qəlbdə haqq və həqiqət olan inanc və eşqlərə yer qalmaz. Boş və faydasız danışan bir dil, eyni zamanda əhəmiyyətli və dəyərli söhbətlər edə bilərmi? Xeyir, əsla! Haqqı danışmanın imkanı batili tərk etməklə olar. Bütün üzvlərdə də vəziyyət eynidir. Həm Allaha üsyan, həm də itaət bir yerdə olmaz. Bunlar səbəbi ilə bilirik ki, bir kimsə qəti şəkildə ortaq qəbul etməyən Allah təalanı sevmək istəyirsə qəlbindən “başqalarını” atması şərtdir. Yenə də Allaha itaət və ibadət etmək istəyirsə üsyan və təmbəlliyi tərk etməsi lazımdır. Abdullah, O atasından, O Səyyardan, O da Cəfərdən rəvayət etdi ki: mən Malikdən (r.a) eşitdim, belə dedi: “Dünyəvi kədər (və istək) nisbətində axirət istəyi (və nəsibi); Axirət düşüncə və arzusu ölçüsüncə də dünyəvi qəm və kədər azalar”. Bu mövzunu üç ayə ilə yekunlaşdıraq: “35 - Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
36 - (Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər.
37 - O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar”. (ən-Nur (Nur) surəsi, 35-37)


Tarix: 11.04.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 346 Bölmə: Maraqlı melumatlar