Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) QUDDUS

əl-Quddus – təmiz, heç bir ləkəsi olmayan, bütün nöqsan və qüsurlardan münəzzəh olan, hər hansı bir nöqsanı qəbul etməyən, fəzilət və gözəl sifətlərdən dolayı öyülən. «O, Allah ki, Ondan başqa ilah yoxdur. O, Məlikdir, Quddusdur, Səlamdır…». (əl-Həşr 23). O, zatına yaraşmayan hər şeydən münəzzəhdir. Bütün vəsflərdə ən mükəmməl, təhdid və təsvirə sığmayan, öyülməyə layiq fəzilət və gözəllik sifətləri özündə olandır. Bu İsim Qurani Kərimdə 2 yerdə keçməkdədir. Məlik ismi ilə birlikdə işlədilmişdir
(Bax: Həşr 23, Cumə 1.)
Qurtubi deyir ki: «Quddus – hər cür əskiklik və nöqsanlardan uzaq olan, hər cür qüsurdan təmiz olan deməkdir». Ayrıca bir yerdə də Allahın mələklərə insan nəslini yaradacağını bildirdikdə onların verdiyi cavabda Nuqaddisu – zikr edilməkdədir. «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda…». (əl-Bəqərə 30). Allahın bu İsmi Onun təşbih və təcsimdən bir başqa şeyə bənzəməkdən, bəşəri sifətlərdən münəzzəh olduğunu ifadə etməkdədir. İbn Cərir deyir ki: «İnkar edənlərin Sənə izafə etdikləri hər cür pislikdən Səni tənzih edirəm, bütün gözəl və təmiz sifətlərin səndə olduğunu qəbul edirəm. Səni zikr edir və ucaldıram». Bu ayədə mələklər Allahı tənzih etməkdə və təqdis etməkdədirlər. Ayədə təsbih və təqdis yan-yana zikr edilmişdir.Bu kəlimənin əsli təharət və nəzarətdən gəlməkdədir. Beytul-Məqdis – bu kəlimədən alınmışdır. Çünki orası pak və təmiz olan bir yerdir. Yenə Cənnət təmiz bir yer olduğuna görə Haziratul-Quds, Cəbrail  Ruhul-Quds – deyə isimləndirilmişdir. Subhənəallah – Uca Allahı bütün pisliklərdən tənzih etmək.
Həlimi  deyir ki: «Quddus – bütün gözəl təriflərlə təriflənən, mədh edilən deməkdir. Allahı təqdis edib, təsbih etmək. Allahdan pis sifətləri nəfy etmək, Onun gözəl sifətlərə sahib olduğunu qəbul etmək. Necə ki, Onun şəriki və bənzəri yoxdur dediyimizdə Allahın bir və tək olduğunu isbat edər. Eyni şəkildə heç bir şey Onu aciz etməz dediyimizdə, Onun güclü və hər şeyə gücü çatan Qadir olduğunu, heç kimsəyə zülm etməz dediyimizdə, Onun bütün hökmlərində və fellərində Adil olduğunu qəbul etməyi isbat edər. Digər tərəfdən də Allahın gözəl sifətlərini qəbul etmək, pis sifətlərin Onda olmadığı mənasına gəlir».


Tarix: 05.05.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...