Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) RAHMƏN - RAHİM

ər-Rahmən – Allahın gözəl isimlərindən və sifətlərindəndir. Ehsan, bağışlama, rəhmətin ən uca dərəcəsi ilə muttasıf olan deməkdir. Ruzisini, ehtiyacları və hər cür yaxşılıqları ehsan xüsusunda rahmətini məxluqatından heç əsirgəməyən mənasında olan Rahmən, Rahim İsmindən daha geniş mənanı ifadə edər.

Quranın ilk ayəsi olan Bismilləhdəki Rahmən və Rahim isimləri arasında fərq Allah dünyanın Rahməni və axirətin Rəhimidir. Rahmən sifəti Allahın dünyada canlılara, mömin və kafirlərə ayrılıq etmədən bütün insanlara şəfqət və mərhəmətlə davranmağı öz Zatına fərz qılmışdır. Quranda insanlar üçün işlədilən Rahmən İsmi 57 yerdə işlədilmişdir. Bu İsimlə başlayan ər-Rahmən surəsi də vardır. Bu surədə Allah insanlar, cinlər və heyvanlar üçün rahmət olaraq yaratdığı nemətləri saymaqda, insanların və cinlərin bu nemətlərin qiymətini bilib nankorluq etməmələrini dəfələrlə vurğulamışdır. Bu da Rahmən İsminin təcəllisidir.(Bax: Fatihə 1,2, Fussilət 2, İsra 110.)

«Mərhəmətim hər şeyi ehtiva etmişdir». (əl-Əraf 125). Bu da bilinməlidir ki, keçilmiş qəzəb yavaş da olsa mutləq onu haqq edənlərə yetişəcəkdir. «Onlara: «Rahmənə səcdə edin» deyildiyi zaman, onlar: «Rahmən nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?» deyə cavab verərlər». (əl-Furqan 60). «(Ya Muhəmməd!) De ki: «İstər Allah, istərsə də Rahmən deyib çağırın (dua edin), hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Onundur». (əl-İsra 110). Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  öz Rəbbindən buyurdu: «Mən namazı Özümlə, qulum arasında böldüm. Qul: «Həmd yalnız aləmlərin Rəbbi Allaha aiddir» dedikdə. Mən: «Qulum mənə həmd etdi». Qul: «O, Rahməndir, Rahimdir» dedikdə mən: «Qulum Məni tərif etdi» deyə buyururam.(Müslim 395. )
Peyğəmbər (s.a.v) buyurdu: «Şübhəsiz ki, acıma, mərhəmət hissi Rahməndən bir paydır»(Buxari «Ədəb» 13.)
Peyğəmbər (s.a.v) buyurdu: «Allah insanlardan ancaq mərhəmətli olanları bağışlar»(Buxari «Cənaiz» 32, Müslim «Cənaiz» 9,11.)

Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) in hüzuruna bir qrup əsirlər gətrildi. Bunların içərisində uşağını itirmiş bir qadın təşviş içində uşağını axtarırdı. Qadın əsirlər arasında uşağını tapdıqda həmən onu bağrına basaraq əmizdirməyə başladı. Peyğəmbər: «Bu qadın öz uşağını heç oda atarmı?» deyə buyurdu. Səhabələr: «Xeyr, atmaz» dedilər. Peyğəmbər: «Heç şübhəsiz ki, Uca Allah öz qullarına bu qadının öz uşağına göstərdiyi şəfqətdən də daha mərhəmətlidir»(Müslim 2754. )

ər-Rahim – Çox Mərhəmətli, mərhəmət olunan, bağışlamaq deməkdir. Ruhm, Ruhama – mərhəmət, yaxşılıq və nemət mənasında da gəlir. Mərhəməti bol olan. Qurani Kərimin 115 ayəsində Allahın Ğafur ismi ilə birlikdə işlədilmişdir. Dörd ayədə Ərhamur Rahimin – mərhəmətlilərin ən mərhəmətlisi olaraq işlədilmişdir. Rahim İsminin təcəlliləri isə daha çox axirətdə görüləcəkdir. Allahın oradakı ikram və ehsanları möminlər üçün olacaqdır. Bir çox ayədə Rahim ismi zikr edilərək Allah möminləri bu Sifətlə bağışlayacağını bilinmişdir.(Bax: Nisa 16, Furqan 68-71, Əhzab 43, Fəth 14. )


Tarix: 05.05.2013 / 16:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar
loading...