beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Əli (ə)-in Vilayəti

Rəcəb ayı idi .Müqəddəs kəbə
evi bir çox məntəqələrdən
gəlmiş zəvvarlarla əhatələn-
mişdir. Məkkəyə gələnlər Həcc
əməllərini yerinə yetirirdilər.
Onların əksəriyyəti Allaha
deyil ,cansız bütlərə
tapınırdılar.Zəvvarların
arasında hamilə bir qadın da
var idi .
Digərlərindən fərqli olaraq bu
qadın tək olan Allaha sitayiş
edib Yaradanın rəhmətini
qazanmasına xatir Həcc əməlini
yerinə yetirirdi. Doğum
ağrılarını yüngül keçirmək üçün
Allahdan kömək istəyir və belə
dua edirdi :“ İlahi sənə və sənin
tərəfindən göndərilən pey-
ğəmbərlərə ,nazil etdiyin
kitablara ,həmçinin bu evi tikən
cəddim İbrahimin söylədiklərinə
iman gətirmişəm. Bu evi tikənin
müqəddəsliyinə və bətnimdəki
körpəyə xatir doğuşu mənim
üçün asan eylə”.
Xanım təvafi sona yetirmək
üzrə idi ki,Kəbə evinin
divarı ,Allahın iradəsi ilə onun
üzünə açıldı. Sanki gizli bir səs
ona “Rəbbinin evinə daxil ol !”-
deyə əmr edirdi.Xanım Allahı
evinə daxil oldu. Kəbənin
ətrafında olan digər zəvvarlar
və Məkkə başçıları möcüzədən
dəhşətə gəlib bu qadının
kimliyini öyrənmək üçün ora
can atırdılar.
Kim idi həmin qadın? Bu ,o
xanım idi ki,bütün kainatı
təlatümə gətirəcək müqəddəs
bir şəxsiyyətin Həzrəti Əli (ə)
anası olmaq şərəfi və kəraməti
Allah tərəfindən ona nəsib
olmuşdur.Bu ləyaqətli xanım
Haşimin nəvəsi ,Əbu –Talibin
həyat yoldaşı ,İsmət səmasında
parlaq günəş –Əsəd qızı
Fatimənin orada qalması 3 gün
davam etdi. Nəhayət 4-cü gün
Kəbənin divarı həmin yerdən
yarıldı və xanım qucağında
nurani bir körpə -Əli (ə) –la
ordan çıxdı. Ərəblərin ehtiram
etdikləri müqəddəs Kəbə
evində baş verən bu qeyri adi
hadisə bəşəriyyət tarixində
misli –bərabəri olmayan bir
hadisədir .Buradakı İlahi
fəzilət,kəramət ,ehtiram o
qədər yüksəkdir ki,həmin
yüksəkliyi fəth etmək şərəfi və
ləyaqəti yalnız Həzrəti Əliyə (ə)
nəsib olmuşdur. Bu sevindirici
müjdə bütün haşimi evlərinə
yayıldı. Onlar Fatimə və Əbu -
Talibi müqəddəs körpənin
doğulması münasibəti ilə təbrik
etməyə tələsdilər.
Ailə üzvləri arasında bu
mübarək körpəni
maraqdoğurucu ,digərlərindən
fərqli və xüsusi baxışlarla seyr
edən bir şəxs – Həzrət
Məhəmməd İbn Abdullah (s) –
də var idi.Həzrətin uşaqlıq
dövrü Əbu –Talibin himayəsində
keçmişdir və pak vücudu bütün
dünyanı lərzəyə gətirəcək -“Əli”
adı verilən həmin
məsum ,müqəddəs körpə də
gözlərini o Həzrətin qucağında
açmışdır.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar