beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran oxunanda susaraq onu dinləmək

“Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun!” (Əraf surəsi, 204)

Ayədə qəti şəkildə ifadə edildiyi kimi, Quran oxunarkən susaraq onu dinləmək yalnız gözəl davranış forması deyil, eyni zamanda ALLAHın əmr etdiyi əməldir.. Ayənin davamında da ifadə edildiyi kimi, bu əmrə göstərilən diqqət möminlərə rəhm olunmasına səbəb ola bilər..

Quran ALLAHın sözüdür.. Buna görə də ALLAHa göstərilməli olan haşyət, yəni qorxu dolu hörmət ALLAHın sözünə qarşı da göstərilməlidir. Bu hörmətin ilk mərhələsi isə ALLAHın sözünü eşidən zaman susub, o sözə qulaq asmaqdır. Quran istər ərəb, istərsə də türk dilində və ya başqa dillərdə oxunduğu zaman ona həmin hörmətin göstərilməsi əsas şərtdir.

Hər insanın fərqli işlərlə məşğul olduğu və heç kimin dinləmədiyi şəraitdə xəbər vermədən ALLAHın ayələrini oxumaq, insanların istəmədən bu ayənin hökmünə tabe olmamalarına səbəb ola bilər. Buna görə də lazım olan şəraiti yaratmadan, Allah kəlamını oxumaq məqbul davranış deyil..

Hər insanın bir işlə məşğul olduğu və heç kimin dinləmədiyi halda, Quranın kaset və ya radiodan oxudulması bəzi cahil dairələrin nəzərində mühüm ibadət və təqva əlaməti sayılır.. Halbuki Quran, hörmətlə, hər bir kəlməsi diqqətlə dinləniləcək, yadda saxlanılacaq, üzərində düşünülüb nəsihət alınacaq və yerinə yetiriləcək “üstün və şərəfli” sözdür..


Tarix: 08.06.2013 / 13:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar