beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geldiyimiz Yol Belli, Getdiyimiz Yol Belli

Yetkin,özünü dərk edən hər bir şəxs üçün gün kimi aydın,işıq tək parlaq bir həqiqət var.Gəldiyimiz yer bəlli,gedəcəyimiz yer bəlli!Elə isə niyə bu təriqətlərə meyl edirik?Niyə yolumuzdan uzaqlaşırıq?Niyə yaradana qarşı çıxırıq?Məyər yaradanını inkar edən özünü təsdiq edə bilərmi?Getdiyimiz yol,elə rahat,elə aydın,elə düzdür ki,çünki onun Quranı-Kərim kimi bələdcisi,Məhəmməd(s.e.s)kimi yol göstərəni var.İnanmaq çətindir ki,ən axırıncı Peygəmbər,müqəddəs Kitab məhz bizə,yəni müsəlmanlara lütf edildiyi halda,niyə bu getdiyimiz yolu,nahamar,narahatlıq və qaranlıq etmək gərək?Halbuki,Əlhəmdurillah Musəlmanam deməklə fəxrlərin ən möhtəşəmini dadmaq olar.İndi elə bir zamana gəlmişik ki,savabların ən böyüyünü qazanmaq öz əlimizdədir,bunu daha ətraflı hədislə izah etmək istəyirəm:

Günlərin birində səhabələrdən birisi Peygəmbərimizə(s.e.s) yaxınlaşaraq soruşur: “Ey Allahın elcisi,səndən soruşmaq istəyirəm ki,biz də,bizdən sonra gələnlər də namaz qılıb,oruc tutub,Tanrıya ibadət edəcəklər.Bəs bizim savablarımızda fərq olacaqmı?”.
Peygəmbər (s.e.s) isə cavabında: “Bizdən sonrakıların savabı daha çox olacaq,cünki onlara həmin dövrdə sizlərə mənim kimi yol göstərən olmayacaq,onlar yalnız eşitdikləri və oxuduqlarına əsasən Allahı sevib,ibadət edəcəklər,ona görə də bu əməlin savabı daha çox olacaq!”.Nə dəmək istədiyimi yəqin ki,aydın ifadə edə bilsim bu hədislə.Tanrı bizləri onun yolundan yayındırmasın,və yerimiz onun dərgahına yaxın olsun.Amin!İnşallah!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Maraqlı melumatlar