beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədinə yolunda

Mədinə yolunda

Rəbiül-Əvvəl ayının ilk bazar ertəsi gecəsi (hicri 1-ci il) rəhbər Abdullah bin Ureyqıt əl-Leysi iki dəvə ilə birlikdə görüşmə yeri olan Sevr mağarasının qabağına gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), Əbu Bəkr və xidmətçisi Amir bin Fuheyrə hamısı birlikdə yola çıxdılar. Rəhbərləri əvvəlcə onları Yəmənə, cənuba tərəf apardı.

Xeyli uzaqlaşdıqdan sonra qərb istiqamətinə, Qızıl dəniz sahilinə yönəldilər. Sonra da sahilə yaxınlaşaraq qərb istiqamətinə hərəkət etdilər. İnsanların az qala heç istifadə etmədikləri bir yoldan gedirdilər. O axşam və səhər günortaya qədər heç bir fasiləsiz yola davam etdilər. Günorta vaxtında boş bir sahəyə yerləşdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dincələrkən, Əbu Bəkr (radiyəllahu anhu) ətrafa nəzarət edirdi. O əsnada bir çoban gəlib çıxdı. Əbu Bəkr ondan bir miqdar süd alıb Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a içizdirdi. Sonra yollarına davam etdilər.

Yola çıxdıqları ikinci gündə Ümmü Mabəd deyilən bir qadının çadırına baş çəkdilər. Bura Məkkəyə 130 km uzaqlıqda Qadid bölgəsində bir yer idi. Qadından yeməyə bir şey istədilər. Qadın onlara yanında yeməyə bir şey olmadığından və buranın çox quraq bir yer olduğundan şikayət etdi. O əsnada çadırın yanında arıq və heç südü olmayan bir qoyun dururdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu sağmaq üçün qadından icazə istədi. Sağmağa başlayanda qoyunun məmələri süd ilə dolub daşdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və dostları ondan doya-doya içdikləri kimi qadın da doya-doya içdi. Sonra qoyunu ikinci dəfə sağdı və böyük bir qabı südlə dolduraraq onu qadına bıraxıb yollarına davam etdilər.

Deyərkən, qadının əri gəldi. Südü görəndə təəccüblənib vəziyyəti arvadından soruşdu, o da ona baş verənləri danışıb Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı başdan ayağa, görünüşünü, əxlaqını və danışmağını ən incə şəkildə təsvir etdi. Bunun üzərinə Əbu Mabəd "Vallahi bu Qureyşin bəhs etdiyi şəxsdir. Onunla olmaq istəyirdim. Bir yolunu tapsam, şübhəsiz ki, ona onunla yoldaşlıq edəcəyəm" dedi.

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in yola çıxdığı üçüncü gündə Məkkə xalqı onun yola çıxdığını və Ümmü Mabədin çadırında olanları xəbər verən bir nida eşitdilər. Bütün araşdırmalarına baxmayaraq, bu nidanın haradan gəldiyini, kim tərəfindən deyildiyini tapa bilmədilər. Qadid bölgəsindən ayrıldıqdan sonra Sürakə ibni Malik ibni Cəşəm atı ilə onlara çatdı. Məqsədi onları tutaraq Qureyşin qoyduğu mükafatı əldə etmə idi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və dostlarına yaxınlaşanda atı onu öz üstündən atdı. Sonra qalxıb fal oxlarını çəkdi. Görəsən, onlara zərər verə biləcəkdimi? Fal oxlarından xoşuna getməyən bir şey çıxmağına baxmayaraq, fikir vermədi və təqibə davam etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a onun qiraətini eşidəcək qədər yaxınlaşdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona heç baxmırdı. Əbu Bəkr isə narahat idi və davamlı olaraq dönüb ona baxırdı. Elə bu əsnada Sürakənin atının ayaqları quma batdı. Yenə xoşuna getməyən bir şey çıxdı. Sürakə təhlükə içində olduğunu hiss edib qorxmağa başladı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın işinin qalib gələcəyini başa düşdü. Etdiyinə peşman olub aman istədi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və dostları dayanıb onu yanlarına çağırdılar. Sürakə onlara Qureyşin qərarını və insanların niyyətlərini xəbər verdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ondan vəziyyətlərini heç kimə deməməyini istədi və ona əmanət verdi. Sürakə əmanətin yazılı olaraq verilməyini istədikdə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Amir ibni Fuheyrəyə əmr edərək əmanəti bir dəri üzərinə yazdırdı. Sürakə əmanı alıb geri qayıtdı. Qayıdarkən Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı axtaran hər kimi gördüsə, ona özünün hər tərəfi axtardığını, ancaq tapa bilmədiyini deyib, geri qayıtmalarını tövsiyyə etdi.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yolda Büreydə ibni əl-Hasib əl-Əsləmi ilə qarşılaşdı. Büreydə ilə birlikdə yetmiş atlı da vardı. Hamısı İslama girib müsəlman oldular və işa namazını Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`la birlikdə qıldılar.

Batnı-Rim vadisində müsəlmanlardan ibarət olan bir qafilə ilə birlikdə Şamdan qayıdan Zübeyr ibni Əvvam ilə qarşılaşdılar. Zübeyr onlara ikram edib ağ paltarlar geyindirdi.

Qubaya Gəliş


Peyğəmbərliyin 14-cü ili, Rəbiül-Əvvəl ayının səkkizinci günü, bazar ertəsi günü (Hicri 1-ci il) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Kubaya ayaq basdı. Mədinəlilər, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Məkkədən çıxdığını eşitdikdə, hər səhər evlərindən çölə çıxıb, günorta istisi onları evlərinə girməyə məcbur edənə qədər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı gözləyirdilər. Yenə bir gün istiyə qərq olub sığnacaq bir kölgə qalmayana qədər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı gözlədilər. Üfüqdə heç kimin görülmədiyini görüb evlərinə qayıtdılar. Ancaq, yəhudilərdən bir şəxs izləməyə davam edərkən uzaqdan Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və dostlarının gəldiklərini görüb ən yüksək səsiylə : Ey Ərəb camaatı! Budur gözlədiyiniz gəlir. Deyə bağırdı. Bunun üzərinə bütün müsəlmanlar böyük bir sevinc və fərəhə qapılıb silahlarını götürərək, təkbirlərlə və sevinc nəğmələri ilə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qarşılamağa qaçdılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) istiqamətini sağ tərəfə çevirərək Amr ibni Auf oğulları məhəlləsində yerləşdi. Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) Qubaya gəlib səssizcə bir kölgəlikdə oturdu. Ənsardan daha əvvəl Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı heç görməmiş olanlar Əbu Bəkri peyğəmbər zənn edərək, gəlib onu salamlayırdılar. Çünki, Əbu Bəkrin saçlarına yaşlılıq əlamətləri düşmüşdü. Ancaq, o zaman ki, kölgə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan uzaqlaşdıƏ, o vaxt Əbu Bəkr qalxaraq ridası ilə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı kölgələndirdi. Elə o vaxt insanlar Allah elçisini tanıdılar.
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Qubada Gülsüm b. Hədmin evində yerləşdi. Bir başqa rəvayətə görə də Səd ibni Heysəmənin evində yerləşmişdir. Yerləşdiyi bu evdə on dörd gün qaldı. Bu əsnada Kuba məscidini inşa edərək namazlarını orada qıldı. Cümə günü səhəri Əbu Bəkri tərkinə alaraq Mədinəyə yola çıxdı. Bu arada dayıları olan Nəccar oğullarına da xəbər göndərmişdi. Onlar qılınclarına qurşanıb gəldilər və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dövrəyə alaraq onunla birlikdə Mədinəyə yönəldilər. Salim ibni Auf oğulları bölgəsində cümə vaxtı gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) burada yüz nəfərlə cüməni qıldırdı.


Mədinəyə giriş

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) cüməni qıldırdıqdan sonra Mədinəyə yönəldi. İnsanlar onu qarşılamaq üçün evlərindən çıxaraq yollara tökülüşmüşdülər. Mədinə həmd və təqdis kəlmələri ilə inləyirdi. Qadınlar, qızlar və uşaqlar sevinclərini gözəl nəşidələr deyərək ifadə edirdilər. Belə deyirdilər :

Talə`əl bədru aleynə. Min səniyyətil-vəd`a,
Vacəbəş-şukru aleynə. Mədəa lilləhi dəa,
Əyyuhəl məb`usu finə, citə bil-əmril-mutaa`,

«Bütöv ay Vəda dağının kürəklərindən çıxıb bizimçün doğdu. Allaha dəvətindən dolayı bizə də şükr etmək vacib oldu.
Ey bizə göndərilən peyğəmbər, sən itaət olunan əmrlə gəldin.»

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) haradan keçsə, Ənsarlı hər kəs o böyük peyğəmbərin dəvəsinin noxtasına sarılaraq onu evinə müsafir etmək şərəfinə nail olmaq istəyirdi, "buyurun ya Rəsulullah, budur silah, adət, hazırlıq və qoruma" deyirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) isə, gülümsəyərək :

"Bıraxın onu öz halına, o məmurədir." deyirdi. Dəvə indiki Məscidi-Nəbəvinin olduğu torpağa çökdü və dərhal qalxdı. Bir az yeridikdən sonra yenidən qayıdıb eyni yerə çökdü. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dəvədən endi. İnsanlardan hər biri onu öz evinə dəvət edirdi. Ancaq, Əbu Eyyub əl-Ənsari daha əvvəl tərpənərək Rəsulullahın yükünü aparıb evinə qoydu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da : "kişi yükü ilə bərabərdir." deyərək onun evində qonaq oldu. Əsad ibni Zürarə də dəvəsinin noxtasından tutaraq onu öz evinə apardı.

Mədinə xalqı Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a ziyafətdə bir-biriylə yarışmağa başladılar. Allahın elçisinə sahib olduqları ən gözəl şeyləri aparıb ikram edirdilər.


Tarix: 02.05.2013 / 21:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 388 Bölmə: Maraqlı melumatlar