beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kaynuka Oğulları və digər döyüşlər

Kaynuka oğulları yəhudiləri müsəlmanlara qarşı hücumlarını ictimai olaraq davam etdirməyə başladılar. Bunun üzərinə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yanlarına gedərək onlara nəsihət etdi. Ancaq, onun bu nəsihəti yəhudiləri daha da cürətləndirdi. Allahın elçisi `nə belə cavab verdilər :

Bax ey Məhəmməd! Döyüşdən başı çıxmayasn bir dəstəyə qalib gəlməyin səni aldatmasın! Onlardan fürsət almısan. Bizim üstümüzə gəlsən, kim olduğumuzu başa düşərsən! Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların bu həyasız cavablarına səbr etdi. Fəqət, daha sonra meydana gələn çirkin bir hadisə stəkanı daşırdan son damcı oldu. Yəhudilər öz bazarlarına alış-veriş üçün gələn müsəlman bir qadının çadrasını açıb ona istehza etdilər. Qadının yardım qışqırıqlarına gələn bir müsəlman orada olan bir yəhudini öldürdü. Yəhudilər də yığışıb o müsəlmanı şəhid etdilər. Hadisə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a çatan kimi dərhal hazırlanıb, hicrətin ikinci ili, Şəvval ayının on beşinci cümə ertəsi günü Kaynuka oğulları yəhudilərini mühasirəyə aldı. Mühasirə on beş gün davam etdi. Zil-Hiccə ayının ilk günü yəhudilər təslim oldular. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onları Mədinədən çıxarıb Suriya tərəflərinə sürgün etdi. Bu sürgün əsnasında yəhudilərin çoxu yolda ölmüşdür.

Süveyq Döyüşü

Əbu Süfyan Bədr məğlubiyyətindən sonra qəhr olurdu. "Məhəmmədlə döyüşmədikcə başımı suya toxundurmayacağam." deyə and içdi. Yanına Qureyşlilərdən iki yüz süvari alaraq yola çıxdı. Mədinə yaxınlığına qədər girdi. Ətrafdakı mal və məhsullara zərər verdilər. O ətrafda olan iki müsəlmanı da öldürdükdən sonra Məkkəyə tərəf qaçdılar.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu hadisədən xəbərdar olan kimi onları tutmaq üçün yola çıxdı. Fəqət müşriklər qaçmışdılar. Qaçarkən yüklərini yüngülləşdirmək məqsədiylə Süveyq deyilən dəri yemək qablarını və digər yüklərini atmışdılar. Müsəlmanlar onları "Qarqaratul-Qüdr" deyilən yerə qədər təqib etdilər. Çata bilməyəcəklərini anladıqda müşriklərin atdıqları Süveyq deyə təbir edilən ərzaqları qənimət götürərək Mədinəyə qayıtdılar. Bu döyüşə Süveyq döyüşü deyildiyi kimi Qarqaratul-Qüdr döyüşü də deyilir.


Kəb İbni Əşrəfin Öldürülməsi

Kəb yəhudilərin öndə gedənlərindən varlı və şair bir kəs idi. İslam və müsəlmanların ən şiddətli düşmənləri arasındaydı. Şerləriylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və dostlarını pisləyib, müsəlman xanımlar haqqında həyasızca qəsidələr deyirdi. Digər tərəfdən də, müşrikləri və İslam düşmənlərini tərifləyir, onları müsəlmanlarla döyüşə təşviq edici şerlər deyirdi. Bədr döyüşündən sonra Məkkəyə gedərək onları müsəlmanlardan intiqam almağa təşviq edib, bu barədə şerlər dedi. Qureyşlilərə : "Sizin yolunuz Məhəmmədin yolundan daha düzdür." dedi. Bütün bunları edərkən Kaynuka oğullarından heç ibrət almırdı.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) artıq onun bu zərərli fəaliyyətini dayandırmaq istədi və səhabələrinə Kəb ibni Əşrəfi kim öldürəcək? deyə soruşdu. Məhəmməd ibni Məsləmə, Ubad ibni Bişr, Əbu Nailə, Haris ibni Evs və Əöbu Abəs ibni Cibr könüllü olaraq çıxdılar. Məhəmməd ibni Məsləmə onlara başçı təyin edildi.

Məhəmməd ibni Məsləmə və yoldaşları onu öldürmək üçün aralarında bir plan hazırladıqdan sonra Kəbin yanına gəlib : "Məhəmməd bizdən sədəqə istəyərək bizi çətin vəziyyətdə qoyur, sıxıntıya salır" dedi. Kəb onun bu sözündən çox razı oldu və sevindi. "Ona həddini bildirmək lazımdır" dedi. Məhəmməd ibni Məsləmə ondan bir miqdar qida borc aldıqdan sonra getdi.

Ertəsi gün Əbu Nailə də gələrək onunla eynilə Məhəmməd ibni Məsləmənin danışdığı kimi danışdı və Kəbə dedi : "Mənim kimi düşünən çox dostum var. Onları sənin yanına gətirim, onlarla ticarət et və onlara yaxşılıq et" dedi. Kəb onun bu təklifini razılıqla qəbul etdi. Hicrətin üçüncü ili, Rəbiül-Əvvəl ayının 14-cü gecəsi haqqında danışılan şəxslər silahlanmış olaraq Kəbin qalasına gəldilər. Onu bayıra çağırdılar. Kəb təzə evləndiyi arvadı ilə birlikdəydi. Aşağı enmək istədikdə arvadı ona – "Getmə, qan qoxusu hiss edirəm." dedi. Ancaq, Kəb ona qulaq asmadı və aşağı endi. Gələnləri qarşılamaq üçün bayıra çıxdı. Hamısı birgə gəzməyə başladılar. Əbu Nailə ona : Səndən nə gözəl iy gəlir? - deyib başını qoxulamaq üçün icazə istədi. Kəb bu iltifatdan razı qalaraq icazə verdi. Sıra ilə hamısı onun sürtdüyü gözəl qoxunu iylədilər. Eyni şəkildə ikinci və üçüncü dəfə olmaqla, yenə icazə istəyib başını iylədilər. Bu arada bir fürsət tapan ibni Məsləmə qılıncını çıxararaq onu öldürdü. Kəb qorxunc bir qışqırıq saldı. Qaladakılar oyandı. Ancaq, müsəlmanlar qaçaraq sağ-salamat Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına qayıtdılar. Beləcə, böyük bir fitnə atəşi söndürülmüş oldu. Yəhudi ilanları bu hadisədən sonra bir müddət qalalarına qapandılar.

Qırda Səriyyəsi

Qureyşlilər Bədr məğlubiyyətindən sonra ticarət qafilələrini qərb yolundan Şama göndərməyə qorxurdular. Bu səbəbdən dolayı, karvanlarını artıq Nəcd yoluyla, İraq üzərindən göndərməyə başladılar. Hicrətin üçüncü ili, Cəmədiyəl-Axir ayında Qureyşlilər Nəcd yolundan getmək üçün Safvan ibni Ümeyyə rəhbərliyində böyük bir qafilə hazırladılar. Rəsulullah bunu xəbər alan kimi Zeyd ibni Harisənin başçılığı altında yüz nəfərlik bir süvari birliyi göndərdi. Karvan Nəcd bölgəsində Qırda deyilən bir bulağın ətrafında yerləşmişdi. Zeyd ani bir basqın təşkil edərək karvanın hamısını ələ keçirdi. Karvanda olan Qureyşlilərin hamısı qaçdılar. Ancaq, qafilənin bələdçiliyini edən Furat ibni Hayyan tutularaq əsir götürüldü. Furat daha sonra İslamı qəbul etdi. Ələ keçən qənimət yüz min dirhəm dəyərindəydi. Bu, Qureyşin Bədr məğlubiyyətindən sonra aldığı ən ağır zərbədir.


Tarix: 02.05.2013 / 21:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 182 Bölmə: Maraqlı melumatlar