beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avstraliyalı bir gəncin İslama gəlməsi

- Ailəmdə problemlərim vardı. Bəlkə də ömrümün ən çətin vaxtlarından biri idi.
Özümə həyatda nə üçün yaşadığım, nə üçün həyata gəldiyim və hara gedəcəyim barədə suallar verməyə başlamışdım. Ümumiyyətlə Allahın var olub olmadığı barədə düşünürdüm.
Müxtəlif dinləri araşdırmağa başladım. İlk olaraq xristianlıq barədə düşündüm.
Xristian dostlarım çox idi və hərəsi bir təriqətdən idi.
Araşdırdıqca gördüm ki, bu dinin bir əsası yoxdur və hərə bir təriqətə söykənir və vahid bir mənbə yoxdur. Hətta Musaviliyi də araşdırmağa başladım.
Ancaq bir müddətdən sonra anladım ki, bu din mənim həyatımda olanlarla mənə kömək etməz. Qərara gəldim ki Büdpərəstliyi seçəcəm, çünki aralarında ən gözəl insanlıq orada idi. Lakin bir müddətdən sonra anladım ki bu ilahi bir din deyil, sadəcə insanlıqdan bəhs edən bir dindir və burada müqəddəs heçnə yoxdur. Növbədə İslam dini idi. Məscidlərdən birinə daxil oldum və ruhanilərdən biri ilə söhbətə başladım. Çox şirin bir söhbətimiz oldu və sonda onlar mənim əhvalatımı bilib mənə yolumu tapmaqçün Quranı hədiyyə etdilər. Çox sevindim və Quranı götürüb evə getdim. Orada çox qeyri adi, dağların əmələ gəlməsindən insan embriyonuna kimi maraqlı faktlar oxudum. Belə bir şeylər oxuyacağımı gözləmirdim. Ancaq buna baxmayaraq yenə də iman gətirə bilmirdim. Bir dəlil axtarırdım. Allaha dua etdim ki, bu mənim İslama tərəf ilk addımımdır və mənə bir işarət ver. Bəlkə içəriyə bir quş girsin, bəlkə bir balaca yer titrəsin, bəlkə külək qalxsın, bəlkə güclü bir yağış yağsın ki, deyim ki bax bu, budur mənim işarəm və Allah var! Məhz Allah bu işarəni mənə göndərib. Ancaq bunların heç biri olmadı. Təəssüfləndim... Doğrudan da böyük xəyallarım bir andaca puç oldu. Son ümidim kimi İslamı düşünürdüm ancaq o da olmadı.. Kənara oturdum...

Quranı əlimə götürüb təsadüfən bir səhifəni açdım və ilk oxuduğum bu ayə oldu: Daxilində işarət axtaranlar üçün, məgər sizə yetəri qədər işarət vermədikmi?
Ətrafınıza baxın.. Ulduzlara, Günəşə baxın.. Düşündükdə həqiqətən də dəhşətə gəldim və bu ayədən sonra İslamı qəbul etdim. Anladım ki, Allah həqiqətən də hər yerdədir.
Hər bir kiçik zərrədə.. Sadəcə onu hiss etmək lazımdır...


Tarix: 08.06.2013 / 13:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Maraqlı melumatlar