beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytanın insan üçün qurduğu tələlərdən dördüncüsü

Şeytanın insanlar üçün qurduğu tələlərdən biri də: nəfsin hansı tərəfə meyilli olduğunu yaxşı anlayıb ona görə hərəkət etməsidir. Əgər nəfsi çalışqanlıq və şücaətə meyllidirsə, onu bu barədə ona əmr edilən və ondan gözlənilənlərdən daha çoxuna cəlb edib onu həddini aşmağa çağırar. "Sənin kimi himməti ali bir insan, bunlarla kifayətlənməz" kimi onu ifrata sürükləmək üçün var gücü ilə çalışar, onu bir ifratdan digər bir ifrata sürükləyər. Əgər qulun nəfsi, geri qalmaq tərəfinə meyllidirsə, bu zaman da onun zəif olan iradə və himmətini daha da zəiflətmək üçün çalışar, onu yaxşıca təfritə (ifratın əksi), geriyə sürükləyər. Ya həddindən daha artıq geri sürükləyər, ya da həddindən daha çox qabağa getmək üçün, qulların iradə və himmətlərinə görə vəsvəsə verir. Heç bir zaman qulların, ədalət və haqq üzərində olmalarından razı olmaz, ya ifrat istər, ya da təfrit (yəni ifratın əksdi, gerilik)... Necə ki, sələfdən bəziləri bu barədə belə buyurmuşdur: "Uca Allahın əmr etdiklərindən hər birinin üzərində şeytanın iki mübarizəsi var! Ya təfrit və qüsurlu tərəfə, ya da ifrat tərəfə çəkər. Hansında müvəffəqiyyətli olsa, onu özü üçün bir qalibiyyət qəbul edər" (Kəşful Hafa əsərində, bu sözün sələf imamlarından Əuzai-yə aid olduğu bildirilmişdir. (Cild 1, səh. 391)
Əgər bunu tətbiq etməsinə baxsan, Adəm (ə.s)-dan indiyə qədər insanları həqiqətən bu iki vadidə, yəni ifrat və təfrit tərəflərində çox yollarla apardığını görərsən. Peyğəmbərlərin yolunda, xüsusilə bizim peyğəmbərimizdən sonra Onun və səhabələrinin üzərində olduğu Doğru Yol üzərində sabit və daim olanları çox azdır. Dəstəmaz və qüsl kimi dini təmizlik mövzularına baxsan, kimisi lazımi ciddiyyəti göstərməkdən uzaq, kimi də etməsi lazım olan əməllərdən çox irəli gedib vəsvəsələr içində olmaqdadır. Zəkat mövzusuna baxsan, kiminin zəkatını əksik verdiyini və ya heç vermədiyini görərsən, kiminin də bütün malını paylayıb insanlara yük olduğunu və ya dilənmək məcburiyyətində qaldığını müşahidə edərsən.
Kimisi geyinmə və yemək içmək kimi şəxsi ehtiyaclarını yerinə yetirməkdən çox uzaqdır, malı olduğu halda zahidlik düşüncəsilə özünə baxmamaqdadır. Kimi də həddindən çox yeyib içib bədəninə və qəlbinə zərər verməkdədir. Tarixə belə baxsan, kimisinin peyğəmbərləri və övliyaları, alimləri öldürdüyünü görərsən. Kimilərinin də onlara ibadət etmək istədiklərinə şahid olarsan! Kimisi insanlardan uzaqlaşmış, cümə və camaatı, cihadı və elmi tərketmişdir. Bəziləri də insanlala o qədər qaynaşmışdır ki, onların zülm və günah olan işlərində belə iştirak etmişdilər.
Kimiləri nigahlı xanımı ilə kifayətlənməyib zina edərlər, kimiləri də əsla evlənməyi qəbul etməz. Kimi təriqət şeyxlərini ələ salıb onların haqqını və qədrini qəbul etməz, kimiləri də onlara ibadət etməklə məşğuldurlar.
Bəziləri "Uca Allah bu aləmin nə içindədir, nə xaricindədir! Nə yuxarıda, nə aşağıdadır, nə sağda nə də soldadır" deyərkən, bəziləri də "Allah zatı ilə hər yerdədir, hava və oksigenin hər yerdə olduğu kimi..." deyərək iman və tövhid barəsində belə ifrat və təfrit edərlər. Yenə bəziləri "Allahın əsla danışması yoxdur, o indiyə qədər bir tək kəlam söyləməyib" deyərkən, bəziləri də "Allah ta əzəldən bəri hey danışır. Onun kəlamında heç bir kəsinti və fasilə olmaz. Onun şeytana, İsaya və Musaya olan o əzəli xitabı, indiyə qədər onunla davam edib eşidilməkdədir" deyir. Birincilər təfrit edərkən, ikincilər də ifrata qaçırlar.
Bəziləri, Allahın kimsəyə, bir başqasını qurtarmaq üçün şəfaət izni verməyəcəyini iddia edir, bəziləri isə Allah izn verməsə belə bəzilərinin şəfaətinin keçici olacağuna inanır.
Bax bütün bu ifratlar və təfritlər, şeytanın insanların hansı tərəfə meyl etdiyini yaxşı bildiyindən sonra, tabeliyindəki əsgərləri ilə insanın o yönünə yönəlib onu doğru yoldan, ədalət, istiqamət və haqqdan uzaqlaşdırması nəticəsində meydana gəlir. Biz burada, bu ifrat və təfritlərin bəzilərinə beləcə işarə etmək istədik. Yoxsa bunların hamısını zikr etmək istəsək, söz çox uzanar. Bax. İbrət alan varsa, bu qədəri ilə kifayətlənirik.


Tarix: 18.04.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Maraqlı melumatlar