beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədislər

İmam Baqir (əs) belə buyurdu, Tövratda belə yazılmışdı:

Musa ALLAHA belə ərz etdi:

— Pərvərdigara, mənə yaxınsan, səninlə ahəstə söhbət edim, yoxsa uzaqsan səninlə uca səslə danışım?

Xitab gəldi:

— Ey Musa, mən, məni yad edən hər kəsin həmsöhbətiyəm.

Musa ərz etdi:

— Camaatın eyiblərinə yalnız sənin pərdə çəkdiyin gün hansı şəxslərin eyibləri örtüləcəkdir?

Xitab gəldi:

— O kəslərin eyibləri örtüləcək ki, məni yad edərlər, mən də onları yad edərəm, həmçinin məni sevirlər, mən də onları sevirəm. Yer əhli üçün bəla nazil etmək istəsəm, məhz bu şəxslərin xatirinə bəlanı dəf edərəm.

ALLAH TƏALA Musaya belə vəhy etdi:

— Ey Musa, dünyadakı arzuların uzun-uzadı olmasın, əks halda qəlbin bərk və qəsabətli olar. Qəlbləri daş olan kəslər də mənim dərgahımdan uzaqdır.

Əbu Abdullah (əs) belə buyurur:«ALLAH TƏALA Musaya belə vəhy etdi»:

— Ey Musa, mənə layiq olan şükrü yerinə yetir.

Musa ərz etdi:

— Bu şükrü necə yerinə yetirə bilərəm. Halbuki bu şükr etməyin özü də bir nemətdir.

Xitab gəldi:

— Ey Musa, elə indi «bu şükr də sənin tərəfindən olan bir nemətdir» deməklə mənim şükrümü yerinə yetirdin.


Tarix: 03.06.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar