beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranda bal və onun möcüzəsi

“Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)” (ayə 68). “...(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ,sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” ("Ən-Nəhl" surəsi, ayə 69).

Biz bilirikmi ki, Allahın balaca bir həşərat vasitəsilə insana göndərdiyi bal, qida mənbəyi kimi nə qədər önəmlidi? Qlükoza, fruktoza kimi şəkərlərlə yanaşı bal həm də maqnezium, kalium, kalsium, natrium, xlor, kükürd, dəmir və fosfor kimi minerallarla zəngindir. Nektar və tozcuqlarının keyfiyyətindən asılı olaraq, balda B1, B2, B6, B5, B3, C3 vitaminləri, həmçinin bir az mis, yod və sink var. Bundan başqa balın tərkibinə bir neçə hormonlar da daxildir.

Allah Quranda da buyurduğu kimi bal-“insanlar üçün şəfa”-dır. 1993-cü ilin setyabrında Çində arıçılıq üzrə keçirilən Ümumdünya Konfransına toplanmış alimlər də bu faktı təsdiq etmişlər. Konfransda baldan hazırlanan məhsulların emalı məsələsi də müzakirə olundu. Amerikalı alimlər dedilər ki, bal, arı südü, tozcuq və arı yapışqanı (propolis-arıların hasil etdikləri və səbətin ağzına yaxdıqları yapışqanlı maddə) bir çox xəstəlikləri sağaldır. Rumıniyalı həkim bildirdi ki, kataraktadan (göz xəstəliyi) əziyyət çəkən xəstələrin müalicəsində baldan istifadə edib və 2094 xəstədən 2002-si tamamilə sağalıb. Polşalı həkimlər də konfransda dedilər ki, arı mumu gemaroy, dəri xəstəlikləri, ginekoloji xəstəlikləri və bir çox digər xəstəliklərin müalicəsində kömək edir.

Müasir dövrdə arıçılıq və baldan hazırlanan məhsullar elm inkişaf etmiş ölkələrdə yeni təhqiqatların aparılmasına şərait yaratmışdır. Balın digər faydalı xüsusiyyətləri aşağıdakılardadır:

Tez həzm olunma
Baldakı karbohidrat molekulları başqa karbohidratlara (qlükoza, fruktoza) çevrilə bilər. Bal yüksək turşuluq tərkibinə baxmayaraq hətta ən həssas mədə tərəfindən belə tez bir zamanda həzm olunur. Böyrək və bağırsaqlara yaxşı işləməyə kömək edir.

Az kalorilik
Balın digər xüsusiyyəti odur ki, o, eyni keyfiyyətli şəkərlə müqayisə edildikdə bal bədənə 14% daha az kalori verir. Baxmayaraq ki, o bədənə böyük miqdarda enerji verir, amma çəkini artırmır.

Tez həll olma
Isti su ilə qarışdırıldıqda bal tez bir zamanda həll olur. Beyin ən çox karbohidrat sərf edən olduğu üçün baldakı sərbəst karbohidrat molukulları beyinin funksiyasını yaxşılaşdırır. Bal qanyaratma üçün bədənin tələb etdiyi enerjinin çox hissəsini verir. Bundan başqa bal qanın təmizlənməsinə də kömək edir. Qan dövranının yaxşılaşdırılmasına kömək edir. Bal həmçinin damar və ateroskleroz xəstəliklərindən müdafiə funksiyasını yerinə yetirir.

Antibakterial xüsusiyyəti
Balın bu bakterisidlik (mikrobları öldürmə qabiliyyəti) “qabağını alma keyfiyyəti” adlanır. Balla aparılan təcrübələr onu göstərir ki, bu bakterisidlik xüsusiyyəti bal su ilə qarışanda iki dəfə artır. Maraqlısı odur ki, yeni doğulmuş arılar kaloniyada onlara cavabdeh olan arıların balları ilə qidalanırlar, sanki onlara balın bu xüsusiyyəti məlumdur.

Arı südü
Bu, pətəyin içərisində işləyən arının istehsal etdiyi maddədir. Bu qida maddəsinin içərisində karbohidratlar, protein, yağlar və çoxlu vitaminlər var. Onlar maddələr çatışmazlığı və orqanizmin zəifliyi zamanı yaranan xəstəliklərin müalicəsində istifadə olunur.

Aydındır ki, arıların özünə lazım olduğundan artıq istehsal etdiyi bal insan üçün nəzərdə tutulub. Həmçinin də aydındır ki, arılar bu cür ağlasığmaz hərəkəti özləri üçün edə bilməzlər.


Tarix: 06.06.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Maraqlı melumatlar