Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscidə getmək və onunla əlaqəli ədəb qaydaları...

Əbu Qatadə deyir ki, «biz Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılırdıq. Bu vaxt kişilərin hay-küyünü eşitdi. Namazını bitirdikdən sonra üzünü onlara tutub dedi: Nə olub? Onlar dedilər: Biz namaza tələsirdik. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bir daha belə etməyin. Namaza gəldiyiniz zaman təmkinli olun. Yetişdiyiniz rükətləri qılın, fövtə gedən rükətləri isə tamamlayın»[1].

Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «İqaməni eşitdiyiniz zaman hay-küy qaldırmadan, təmkinlə namaza gedin, tələsməyin. Yetişdiyiniz rükətləri qılın, fövtə gedən rükətləri isə tamamlayın»[2].
Kəəb ibn Ucrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz gözəl şəkildə dəstəmaz alaraq evindən çıxıb məscidə gedərsə əl barmaqlarını bir-birinə keçirilmiş halda tutmasın. Çünki o namazdadır»[3].

Evdən çıxıb məscidə gedərkən edilən dua:
Ənəs Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim evindən çıxarkən bu duanı, “bismilləh, təvəkkəltu aləllah, vələ hovlə vələ quvvətə illə billəh” (Allahın adı ilə çıxıram, artıq Allaha təvəkkül etdim. Həqiqətən Allahdan başqa qüdrət və qüvvət sahibi yoxdur!) - deyərsə ona belə cavab verilər: Sən artıq hidayətə qovuşdun, işlərində müvəffəq oldun, şərdən qorundun. Beləliklə şeytan ondan uzaq olar»[4].
İbn Abbas bir gün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında yatdığını deyir. Demək o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gecə namazını vəsf edir və sonra deyir: Müəzzin azan verdi və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri deyə-deyə namaz qılmaq üçün evindən çıxdı:
»اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، و اجْعَلْ فيِ سَمْعِي نُورًا، و اجْعَلْ فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ أَعْطِنيِ نُورًا «.
«Allahummə-c’al fi qalbi nuran, va fi lisəni nuran, vacəl fi səmi nuran, vacəl fi basarı nuran, vacəl min xəlfi nuran, va min əməmi nuran, vacəl min fauqi nuran, va min təhti nuran, Allahummə atini nuran». (Allahım! Qəlbimi və dilimi, qulağımı və gözümü nurlu et, önümü və arxamı nurlu et, üstümü və altımı nurlu et. Mənə nur ver)[5].

Məscidə daxil olarkən edilən dua:
Abdullah ibn Amr ibn əl-As deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidə daxil olarkən belə deyərdi:
«أَعُوذُ بِاللهِ الْعَظِيمِ ، وَبِوَجْهِهِ الْكَرِيمِ ، وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّـيْطَانِ الرَّجِيمِ »
«Əuzu billəhil azım, va bivachihil kərim, va sultanihil qadim, minəş şeytanir racim».
«Lənətlənmiş şeytandan Uca Allaha, Onun kəramətli üzünə və Əzəli hökmdarlığına sığınıram»[6].
Peyğəmbərin qızı Fatimə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidə daxil olarkən belə deyərdi:
«بِسْمِ اللهِ ، وَالصَّـلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ اللَّهُمَّ اغْفِرلِي ذُنُوبيِ و افْـتَحْ ليِ أَبْوَابَ رَحْمَتِكَ»
«Bismilləh, vassalətu vassələmu alə rasulilləh. Allahummə-ğfirli zunubi, vəftəh li əbvabə rahmətikə».
«Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun Allahım! Mənim günahlarımı bağışla, mənə rəhmətinin qapılarını aç».
Daha sonra Fatimə deyir ki, o, məsciddən çıxdıqda isə belə deyərdi:
«بِسْمِ اللهِ ، وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ اللَّهُمَّ اغْفِرلِي ذُنُوبيِ و افْـتَحْ ليِ أَبْوَابَ فَضْلِكَ»
«Bismilləh, vassalətu vassələmu alə rasulilləh. Allahummə-ğfirli zunubi, vəftəh li əbvabə fadlikə».
«Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun Allahım! Mənim günahlarımı bağışla, mənə fəzilət (lütf) qapılarını aç»[7].

Təhiyyətul məscid:
Məscidə daxil olub oturmadan öncə iki rükət namaz qılmaq vacibdir. Əbu Qatadə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz məscidə daxil olduqda iki rükət namaz qılmamış oturmasın»[8].
Təhiyyat namazının qılınması haqqında deyilən əmr, zahirən onun vacibliyini bildirdiyi üçün mən də bu fikri qeyd etdim. Bu əmri zahiri mənadan başqa mənaya keçirməyə heç bir əsas yoxdur. Yalnız Talha ibn Ubeydullahın hədisi buna əsas ola bilər. Demək rəvayətdə deyilir ki, saçları pırtlaşıq bir nəfər bədəvi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və dedi: Ey Allahın elçisi, Allahın mənə fərz buyurduğu namazları mənə de. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «(fərz buyurulan) Beş vaxt namazdır. Amma özün istəsən əlavə nafilə namazları qıla bilərsən...»[9].
Fikrimcə təhiyyat namazının vacib olmamasına dair, bu hədisi əsas gətirmək bir qədər müəmmalıdır. Çünki ibtidai təlim zamanı deyilənlər, ondan sonra deyilənlərə təsir etməməlidir. Əgər belə olsaydı onda şəriətin vacib buyurduğu bütün əməlləri kənara qoyub, yalnız beş vaxt namazla kifayətlənmək olardı. Amma bu, müsəlmanların vahid düşüncəsinə ziddir. Bu, şəriətin əksər hissəsini ləğv etməkdir. Ən doğru fikir, varid olan sonuncu səhih dəlilə əsaslanmaq, həmin dəlilə əsasən deyilən vacibə və ya müstəhəbə əməl etməkdir. Məsələ ətrafında fikir ayrılığı olsa da iki rəydən daha üstün olanı budur[10].
Həmçinin bu namazın vacib olmasını təkid edən məqam, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namazı hətta imam xütbə verən zaman əmr etməsidir.
Demək, Cabir ibn Abdullah deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cümə günü camaata xütbə verən vaxt bir nəfər kişi gəldi və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ondan: “Ey filankəs, namaz qıldınmı?” – deyə soruşdu. Kişi dedi: Xeyr. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona: “Dur, namaz qıl” – deyərək, əmr etdi»[11].


---------------------------------------------------------------------------------------
[1] Buxari: 2/ 116/ ? 635. Müslim: 1/ 421/ ? 603.
[2] Buxari: 2/ 117/ ? 636. Rəvayətin bu mətni onundur. Müslim: 1/ 420/ ? 602. Əbu Davud: 2/ 278/ ? 568. Tirmizi: 1/ 205/ ? 326. Nəsai: 2/ 114. İbn Macə: 1/ 255/ ? 775.
[3] Hədis səhihdir. Səhih Sünən Tirmizi: ? 316. Tirmizi: 1/ 239/ ? 384. Əbu Davud: 2/ 268/ ? 558.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6419. Əbu Davud: 13/ 437/ 5073. Tirmizi: 5/ 154/ ? 3486.
[5] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 379. Müslim: 1/ 530/ ? 763. Əbu Davud: 4/ 230/ ? 1340.
[6] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 441. Əbu Davud: 2/ 132/ ? 462.
[7] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 625. İbn Macə: 1/ 253/ ? 771. Tirmizi: 1/ 197/ ? 313.
[8] Buxari: 3/ 48/ ? 1163. Müslim: 1/ 495/ ? 714. Əbu Davud: 2/ 133/ ? 463. Tirmizi: 1/ 198/ ? 315. İbn Macə: 1/ 324/ ? 1013. Nəsai: 2/ 53.
[9] Buxari: 1/ 106/ ? 46. Müslim: 1/ 40/ ? 11. Əbu Davud: 2/ 53/ ? 387. Nəsai: 4/ 121.
[10] Neylul Əvtar: 1/ 364.
[11] Buxari: 2/ 407/ ? 930. Müslim: 2/ 596/ ? 875. Əbu Davud: 4/ 464/ ? 1102. Tirmizi: 2/ 10/ ? 508. İbn Macə: 1/ 353/ ? 1112. Nəsai: 3/ 107.


Tarix: 01.05.2013 / 18:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Maraqlı melumatlar
loading...