beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədr gecəsi

Qədr gecəsi və onun fəziləti

Qədr gecəsi ilin ən fəzilətli gecəsidir. Allah Quranda buyurur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrilidir!”
O gecə qılınan namaz, oxunan Quran, edilən zikr və s. içində Qədr gecəsi olmayan min aylıq əməldən daha xeyirlidir.

Qədr gecəsini axtarmağın müstəhəb olması

Qədr gecəsini Ramazanın son 10 günündə axtarmaq müstəhəbdir. Peyğəmbər (s.ə.s) Qədr gecəsini Ramazanın son 10 günündə axtarmışdır. O, (s.ə.s) Ramazanın son 10 günü gecələri yuxudan durar, zövcələrini oyandırar, onlardan uzaqlaşaraq özünü ibadətə verərdi.

Hansı gecənin Qədr gecəsi olması?

Alimlər Qədr gecəsinin hansı gecə olması barədə fərqli fikirlər söyləyirlər. Bəzilərinin rəyinə əsasən bu Ramazanın 21-ci gündür, bəziləri deyir ki, bu 23-cü gündür, digərləri deyir ki, bu 25-ci gündür və digərləri isə hələ də deyir ki, bu 29-cü gündür. Bəziləri isə deyir ki, bu ildən ilə dəyişir, lakin bu Ramazanın son 10 gecəsi arasındadır. Alimlərin çoxu bunu Ramazanın 27-ci günündə olduğunu deyirlər.

Əhməd səhih isnadla İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "Kim ki həmin gecəni axtarmağı xoşlayırsa, onda bunu Ramazanın 27-ci günü etsin. Ubay ibn Kəb demişdir: "Allaha and olsun ki, bu Ramazan ayındadır və Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Qədr gecəsi, Peyğəmbərin (s.ə.s) bizə ibadət etməklə əmr etdiyi Ramazanın 27-ci gecəsidir. Bunun işarəsi isə odur ki, səhər çağı günəş ağ və şüasız olaraq çıxar". Bu hədis Müslim, Əbu Davud, Əhməd və Tirmizi tərəfindən rəvayət edilmişdir və bunu səhih saymışdılar.

Qədr gecəsində namaz qılmaq və dua etmək

əl-Buxari və Müslim Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: "Hər kim Qədr gecəsini inanaraq və savabını Allahdan gözləyərək ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar".
Aişə (r.a) demişdir: "Mən Peyğəmbərdən (s.ə.s) soruşdum: "Ya Rəsulullah Qədr gecəsinin hansı gecə olduğunu bilərsəm bu gecə ərzində nə söyləməliyəm?" O (s.ə.s) dedi: "De: Ya Allah Sən bağışlayansan və bağışlamağı sevirsən, məni bağışla". Bu hədis Əhməd, İbn Macə və Tirmizi tərəfindən rəvayət edilmişdir və bunu səhih saymışdılar.

Seyyid Sabiqin “Fiqh əs-sünnə” kitabından götürülmüşdür.


Tarix: 17.04.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar