beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfs haqqında hədislər

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

1734.Pis işlərə əmr edən nəfs
Quran:
«Mən öz nəfsimi təmizə çıxartmıram. Çünki nəfs həmişə- Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla- pis işlər görməyi əmr edir. Həqiqətən, Rəbbim bağışlayan və rəhm edəndir.»(Biharul-Ənvar, c.94, səh.143 )
Hədis:
6198.İmam Əli (ə): «Pis işlərə əmr edərək zahiri yalandan gözəl göstərən nəfs, münafiq kimi yaltaqlanır və özünü münasib və ürəyiyanan dost kimi göstərir. Elə ki, (insanı) aldadaraq (onu) ələ aldı, düşmən kimi hakim olur, özündən razılıq və quldurluqla hökmranlıq edir, (insanı) pis və məhvə səbəb olan yerlərə sürükləyir.»(Qiyamət, ayə 2 )
6199.İmam Səccad (ə) (münacatlarının birində): «Allahım! Həmişə pis işləri əmr edən, günaha tərəf tələsən və Sənə qarşı itaətsizliyə həris olan nəfsdən Sənə şikayət edirəm…. Üzr və bəhanəsi çoxdur və uzun arzuları var. Ona bir ziyan dəyəndə dözümsüzlük, xeyir--bərəkət yetişəndə isə xəsislik edir. Oynamaq və əylənməyə vurğundur və qəflət və xəbərsizliklə doludur. Məni günaha tələsdirir və tövbə məsələsində bu gün-sabah edir.»(Məkarimul-Əxlaq, c.2, səh. 353, hədis 2660 )
1735.Qınayan nəfs və ya oyaq vicdan.
Quran:
«And içirəm özünü qınayan nəfsə.»(Şəms, ayə 7-10 )
Hədis:
6200.Allahın Peyğəmbəri (s) (İbn Məsuda tövsiyələrindən):–«Ey Məsudun oğlu! Çoxlu yaxşı və gözəl işlər gör. Çünki həm yaxşı işlər görən şəxs, həm də pis işlər görən kimsə peşman olacaqdır. Yaxşı işlər görmüş şəxs «kaş daha çox yaxşı işlər görəydim», pis əməl sahibi isə «səhlənkarlıq etdim» deyəcək. Bu mətləbə şahid Allah-taalanın «And içirəm özünü qınayan nəfsə.» kəlamıdır.»(Nəhcül-Bəlağə, hikmət 359 )
1736.Nəfsin təlim-tərbiyəsi və təmizlənməsi.
Quran:
«And olsun nəfsə (insan nəfsinə) və onu şəklə salana. Sonra ona günahlarını və pəhrizkarlığını ilham edənə. Onu təmizləyən, mütləq nicat tapdı. Onu (günaha) batıran isə, əlbəttə ki, ziyana uğradı.»(Ğurərul-Hikəm, hədis 2489 )
Hədis:
6201.İmam Əli (ə): «Camaat! Nəfslərinizin tərbiyəsi ilə məşğul olun və onu adətlərinə hərislikdən saxlayın.»(Nəhcül-Bəlağə, xütbə 198 )
6202.İmam Əli (ə): «Nəfslərinizlə daim cihad etməklə onlara hakim olun.»(Ğurərul-Hikəm, hədis 2434 )
6203.İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin dərdinin dərmanı….və nəfslərinizin çirkinliklərini təmizləyəndir!»(Ğurərul-Hikəm, hədis 9103 və 9104 )
6204.İmam Əli (ə): «(Pis işlərə əmr edən) Nəfsinə arxa çevirməklə özünə (fəzilətli insani nəfsinə) üz tut!»(Ğurərul-Hikəm, hədis 9170 )
6205.İmam Əli (ə): «Kim öz nəfsini məzəmmət etsə, onu islah edər, kim öz nəfsini tərifləsə, onu öldürər.»(Əmali-Səduq səh.322, hədis 4 )
6206.İmam Əli (ə): «Kim özünü islah etməsə, çirkin adətlər onu rüsvay edər.»(Ğurərul-Hikəm, hədis 8730 )
6207.İmam Əli (ə): «Kim öz eyb və nöqsanı ilə məşğul olmasa, nəfsi istəklər ona hakim olar. Kim (başdan-ayağa) nöqsan içində olsa, onun üçün ölüm daha yaxşıdır.»(Ğurərul-Hikəm, hədis 8771 )
1737.Özünə ehtiramın nişanəsi.
6208.İmam Əli (ə): «Öz nəfsinə (və şəxsiyyətinə) hörmət qoyan kəs, onu günahla xar etməz.»(Ğurərul-Hikəm, hədis 9130 )
6209.İmam Əli (ə): «Özünə hörmət qoyan kimsənin gözündə nəfsi istəklər dəyərsiz olar.»(Tovbə, ayə 77 )
6210.İmam Əli (ə): «Dünya özünə hörməti olan şəxsin gözünə kiçik və dəyərsiz görünər.»(Kənzul-Ummal, hədis 1734 )


Tarix: 06.06.2013 / 18:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Maraqlı melumatlar