beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İkinci Akabə beyəti

İkinci Akabə beyəti

Peyğəmbərliyin 13-cü ili, həcc mövsümündə Yəsribdən (Mədinə şəhərinin adıdır) müsəlman-müşrik bir çox insan Məkkəyə gəldi. Mədinəli müsəlmanlar Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Məkkədə təhlükə və sıxıntı içində qalmağını istəmirdilər. Gizlicə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)la əlaqə quraraq Akabədə, təşrik günlərinin ortasında gecə yarısı gizli bir yığıncaq etmək üzrə razılaşdılar.

Mədinəlilər müsəlman-kafir həmişə birlikdə eyni yerdə gecələyirdilər. Sözləşdikləri gecənin üçdə biri qədər keçəndə müsəlmanlar oyanıb bir-bir, iki-iki sözləşdikləri məkanda gizlicə yığışdılar.

Hamısı yetmiş üç nəfər idilər. Bunlardan altmış iki nəfəri Həzrəc qəbiləsinə, on bir nəfər də Evs qəbiləsinə mənsub idilər. Aralarında iki nəfər xanım da vardı. Bunlardan biri Nəccar oğullarından Nəsibə bintu Kəb, digəri isə Sələmə oğullarından Əsma bintu Amr idi. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) qərarlaşdırılan yerə yanında əmisi Abbas olduğu halda gəldi. Abbas hələ müşrik idi. Fəqət bu əhəmiyyətli işdə qardaşı oğlunun yanında olmaq və təhlükəsizliyini təmin etmək üçün gəlmişdi.

Əvvəcə sözə Abbas başlayaraq Mədinəlilərə belə xitab etdi : Bildiyiniz kimi, Məhəmməd bizim canımız ciyərimizdir. Biz ona iman etməyənlərə qarşı onu qoruduq. O, indi öz xalqı arasında hörmətlidir və öz ölkəsində əminamanlıq içindədir. Əgər dəvət etdiyiniz məsələdə ona itaət edəcəyinizə, ona qarşı çıxanlardan onu qoruyacağınıza inanırsınızsa, məsuliyyət sizə aiddir. Əks təqdirdə indidən onu bıraxın.

İçlərindən Bərra bin Mərur cavab verib belə dedi : "Vəfa və düzgünlük göstərib ruhlarımızı onun yolunda sərf edəcəyik. Ey Allahın elçisi! əslində səni dinləyirik. Özün haqqında və Rəbbinlə əlaqəli olaraq dilədiyini istə."

Bunun üzərinə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) danışdı. Qurani-Kərimdən ayələr oxudu və onları İslama tərəf təşviq edərək belə dedi :

Rəbbimlə əlaqəli olaraq bu xüsusları şərt qoyuram. Təkcə ona qulluq edəcəksiniz. Ona əsla şərik qoşmayacaqsınız.

Mədinəlilər : Sənə nə üzərinə beyət edəcəyik? Deyəndə, Rəbbi və özü üçün bunları istəmişdir :

- Hər hal və vəziyyətdə dinləyib itaət edəcəksiniz.

- Darlıq və genişlik vaxtında nəfəqə təmin edəcəksiniz.

- Yaxşılığı əmr, pisliyi qadağan edəcəksiniz.

- Allah üçün qınayanların qınamağından çəkinməyəcəksiniz və sizin yanınıza gələndə mənə yardım edəcəksiniz. Özünüzü, qadınlarınızı və uşaqlarınızı necə qoruyursunuzsa, məni də eləcə qoruyacaqsınız. Bütün bunların qarşılığı olaraq da sizə cənnət vardır."

Bu arada sözü Əbul-Həysəm ibn Tihan alaraq belə danışdı :

Ey Allahın elçisi! Bizimlə yəhudilər arasında atəşkəs razılığı vardı. Biz indi aramızdakı ipləri qoparmışıq. Biz sənin əmrinə tabe olduqdan, sən də yəhudilərə üstünlük qazandıqdan sonra, görəsən bizi başsız bıraxıb yenidən öz millətinə qayıdarsanmı?

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) bu sözləri eşidəndə gülümsədi və bu cavabı verdi :

"Əksinə! Artıq sizin qanınız mənim qanım və sizin dağıtmağınız mənim dağıtmağım sayılır. Mən sizdənəm, siz də məndənsiniz. Kiminlə döyüşsəniz, mən də onunla döyüşərəm, kiminlə barışsanız, mən də onunla barışaram."

Bunun üzərinə hər kəs beyət üçün əlini uzatdı. Fəqət Abbas bin Ubadə ortaya atılaraq bunları sdöylədi :

"Bu şəxsə niyə beyət etdiyinizi bilirsinizmi? Ona beyətlə insanların qırmızısı və qarasıyla, yəni, Ərəb və Ərəb olmayanıyla hərbə girməyi qəbul etmiş sayılırsınız. Mallarınızın fəlakətlə üzləşdiyini, böyüklərinizin öldürüldüyünü gördüyünüz zaman onu tək başına bıraxacaqsınızsa, indidən bıraxın; bu daha düzgün olar. Yoxsa, dünyada da, axirətdə də rüsvay olarsınız. Fəqət, ona verdiyiniz sözü tutacaqsınızsa, mal yönündən fəlakətə dücar olmağa, böyüklərinizin ölümüylə qarşılaşmağa qatlana biləcəksinizsə, bunu edin. Çünki, dünya və axirət xeyiri bundadır."

"Mal müsibəti və şərəflilərin ölümü bahasına bunu qəbul edirik. Bunun əvəzində bizim mükafatımız nədir? Ey Allahın Rəsulu" dedilər.

"Cənnət" buyurdu.

"Əlini uzat" dedilər.

Əlini uzatdı. Sıra ilə qalxıb beyət etdilər. İlk beyət edən Əsad bin Zürarədir. İlk beyət edənin Əbul-Həysəm və ya Bəra olduğunu deyənlər də var.

İki qadının beyəti isə, qucaqlaşmadan, sadəcə söz ilə olmuşdur.

On iki nəzarətçi

Beyət işi tamamlandıqdan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlardan aralarında məsuliyyəti üzərinə götürən on iki nəzarətçi seçmələrini istədi. Onlar da doqquzu Həzrəcdən, üçü də Evsdən olmaqla 12 nəzarətçi seçdilər.

Həzrəcdən olan nəzarətçilər :

1-Səd bin Ubadə bin Dəlim
2-Əsad bin Zürarə bin Adəs
3-Səd bin Rəbi bin Amr
4-Abdullah bin Rəvaha
5-Rafi bin Mərur bin Sahr
6-Yezid bin Saləbə
7-Abdullah bin Amr bin Haram
8-Ubadə bin Samit
9-Münzir b. Amr bin Haris

Evsdən olan nəzarətçilər

10-Üseyd b. Hudeyr bin Səmak
11-Səd bin Heysəmə bin Haris
12-Rüfaə b. Abdul-Münsir b. Zübeyr. (Bəziləri Əbul Heysəm bin Təyyihan demişlər)

Bunların seçimi tamam olduqdan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) : "Siz İsanın həvariləri kimi qövmünüzdən məsulsunuz. Siz öz qövmünüzə, mən də öz qövmümə zaminəm." demişdir. Onlar da "Bəli" dedilər.

Budur, ikinci Akabə beyəti bu şəkildə əqd edildi ki, bu Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın həyatında ən əhəmiyyətli anlardan biriydi. Bu hadisə ilə hadisələrin və tarixin məcrası dəyişmişdir.

Beyətin gizlilik içində edilməyinə baxmayaraq, şeytanlardan biri tərəfindən hiss olundu. Bu şeytan ən yüksək səsiylə : "Məhəmməd sizinlə döyüşməkçün adam yığır, oyanın ey Məkkə xalqı" deyə bağırmağa başladı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu şeytana : Ey Allahın düşməni, sənin ünün mütləq bir boş vaxt tapacağam dedi və dərhal Mədinəlilərə gizlicə öz mənzillərinə, yerlərinə qayıdıb yatmalarını söylədi.

Ertəsi gün qureyşlilər axırda xəbərin gerçək olduğunu anladılar. Mədinəlilərin arxasından atlılar göndərərək onları geri qaytarmaq istədilər. Məkkəli atlılar Əzahir mövqeyində müsəlmanlardan Səd bin Ubadə və Münzir bin Amra çataraq onları tutdular. Münzir qaçaraq özünü qurtardı. Sədi isə xeyli döyüb əziyyət etdikdən sonra bağlayaraq Məkkəyə gətirdilər. Onu Mütim bin Adiyy və Haris bin Harb qurtardı. Çünki, Səd Mədinədə onların karvanlarını himayə edirdi. Sədin qurtulmağı ilə müsəlmanlar sağ-salamat Mədinəyə çatmış oldular.


Tarix: 02.05.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Maraqlı melumatlar