beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın özü və böyük övladları üçün əqiq verməsi və bunun üçün borc götürməsi

Sual: Əssələmu aleykum vua rahmətullahi vua bərəkətuhu. Müsəlman bir qardaş və bir imamın belə dediyini duymuşam:

1. Uşaqları olan və islamı qəbul edənlər onlar üçün əqiq verməlidirlər. Onların yaşlarının nə qədər olması fərq etməz. Həmçinin müsəlman (kişi və ya qadın) özü üçün də əqiq verməlidir. Çünki qeyri-müsəlman valideynləri onlar üçün əqiq verməmişdirlər.

2. Əqiq vermək o qədər mühüm bir şeydir ki, bunu yerinə yetirmək üçün pul yoxdursa, bunun üçün borc pul götürə bilər. Bununla belə, onlar söylədiklərini sübuta yetirmək üçün heç bir mənbə, istinad nöqtəsi göstərmirlər.

Bu barədə doğru olan nədir?

Cavab: Vua aleykumus salam vua rahmətullahi və bərəkətuhu.

Həmd Allaha məxsusdur.

a) Cumhur alimləri (alimlərin böyük əksəriyyəti) bunu yerinə yetirmək iqtidarında olan və buna gücü çatan insana əqiqin müstəhəb sünnə olduğunda ittifaq etmişdirlər. Əqiqin faydalarından biri budur ki, yeni doğulmuş uşağın üzərindən şeytanın təsirini uzaqlaşdırır. Əgər valideynləri onun üçün əqiq verməmişdirlərsə müsəlman özü üçün əqiq verə bilər. Eynilə, əgər uşaqları üçün cavan olduqlarında əqiq verməyibsə, hətta üstündən çox illər keçsə belə onlar üçün əqiq verə bilər.

İbn Qeyyimin “Tuhfatul Məvdud bi-Əhkamil Məvlud” adlı kitabı Fəsil 6: “Əqiq və hökmləri”; Bölmə 19: “Valideynləri əqiq verməyib, həmin kəs özü üçün əqiq verməlidir məsələsi ilə əlaqədar hökm?” bu kimi məsələlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Kitabda qeyd olunur ki, İsmayıl ibn Səid əl-Şələnci, İmam Əhməddən “atası onun üçün əqiq verməyibsə həmin kəs öz adından əqiq verə bilər?” deyə bunun hökmünü soruşmuşdur.

O cavab vermişdir: “Bu atanın üzərinə düşən vəzifədir...”

Həmçinin deyilmişdir: “Müsəlman yetkinlik yaşına çatıbsa öz adından özü üçün əqiq verə bilər?...”

Və mənim rəyim bu idi ki, uşaq olarkən əqiq verilməyibsə onun özü üçün əqiq verməsi müstəhəbdir, yetkin yaşında əqiq verə bilər.

İmam Əhməd demişdir: “Bir kəs bunu edirsə mən onu bundan çəkindirmərəm, ruhdan salmaram və yaxud bunu məzəmmət olunan əməl saymaram”.

b) Əqiqə xərcləmək üçün insanın borca pul götürməsi vacib deyil. Bununla belə, əgər bunu edirsə İmam Əhmədin rəyinə görə bu tərifəlayiq əməl sayılacaqdır. Əbul Həris rəvayət edir ki, o Əbu Abdullahdan əqiq verməsi üçün kifayət qədər pulu olmayan kəs barəsində soruşmuşdur.

İmam Əhməd demişdir: “Əgər bunun üçün borc götürmüşdürsə, ümid edirəm ki, Allah təala onu mükafatlandıracaqdır və sünnəyə əməl etdiyinə görə bunun sayəsində onu ruziləndirəcəkdir”.

Baxın: “Tuhfatul Məvdud”, eyni Fəsil, Bölmə 11: “Əqiq üçün borc götürmək və hökmləri, faydaları”.

Tərcüməçinin qeydi: Tərifi: əqiq, insanın övladı olduğu üçün kəsdiyi heyvandır.


Tarix: 05.04.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Maraqlı melumatlar