beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: İslamın Gözəllikləri (Zəkat)

Ikinci bölüm: Zəkat vermək:
Zəkat, İslamın üçüncü əsasıdır.
Zəkatın şəriət terminalogiyasında mənası: Allahın razılığını qazanmaq, nəfsi, cəmiyyəti və mal-dövləti təmizləmək üçün, xüsusi mala müəyyən vaxtda təyin edilmiş vacib haqdır.

Bu tərif, zəkatın İslamda ən əhəmiyyətli hədəflərini əhatə edir. Zəkatın digər hədəfləri də mövcuddur. Onları saymaqla bitirmək mümkün deyildir. Həmin hədəflərin bəziləri insanla bağlıdır, digərləri isə ən yüksək əxlaq nümunələridir. İslam bunların hamısını nəzərə almış və zəkatı vacib etmişdir.
Zəkatın ən önəmli gözəlliklərindən aşağıdakıları demək olar.
1. Allah taala şəriətin çoxsaylı dəlillərində zəkatı namaz ilə bərabər xatırlatmışdır. Bu, onu göstərir ki, insanın nicat tapması bu iki əsasdan asılıdır. Namaz, Allahın qulunun öz vücuduna aid vacib buyurduğu haqq olduğu kimi, zəkat da Allahın insanın mal-dövlətinə və qazancına vacib buyurduğu haqdır. Insan özünün yaradılmasının şükürünü namaz ilə ödədiyi kimi, zəkatla da ona verilən mal-dövlətin şükürünü ödəyir.
2.Zəkat, paxıllığın, xəsisliyin və tamahkarlığın dərmanıdır. O, belə pis xəstəliklər üçün ən gözəl müalicə üsuludur. İslam şəriəti insanın yaradılışında mal-dövlətə olan sevgini və nəfslərdə olan paxıllığı nəzərə almışdır.
Bu haqda Allah taala buyurur:
"Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur...." (ən-Nisa: 128).
Allah taala bunların hamısını ən gözəl üsulla, mənəvi yolla: təşviq və müjdə yolu ilə müalicə edir. Xəsis nəfsi ən sevimli və istəkli maldan xərcləməyə çağırır.
Bu haqda Allah taala buyurur:
"Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. ..." (Ali İmran: 92).
Rəbbinin bu çağırışlarını eşidən müsəlman bəndə Onun çağırışına cavab verir və ən istəkli şeylərdən Allah yolunda xərcləyir. Beləliklə də müsəlman dərin hissiyatdan doğan əliaçıqlığa və yaxşılığa adət edir.
3. Zəkat, ən gözəl əxlaq nümunəsidir. O insanı səxavətli edir və paxıllıq kimi pis sifətlərdən uzaqlaşdırır.
4. Zəkat, cəmiyyətdə yaşayan fərdlər arasında mənəvi bağlılıqlar yaradır. Zəkat verən müsəlman özünü cəmiyyətin tam üzvü hesab edir. O, cəmiyyət qarşısında üzərinə düşən vacib işləri yerinə yetirir və çətinliklərə üzləşir. Belə olduqda cəmiyyət mehriban bir ailəyə çevrilir. Bu isə Peyğəmbərin buyurduğu kəlməni təsdiqləyir:
"Möminlər öz aralarında şəfqət, mərhəmət və əlaqələrinə görə bir vücuda bənzəyirlər. Həmin vücudun hər hansı bir əzası ağrıdıqda digər əzalar da onun ağrısına qızdırma və yuxusuzluqla səs verərlər"(Buxari: 10\ 438\ ? 6011. Müslim: 4\ 1999\ ? 2586.)
5. Zəkat, İslam qardaşlığından və müsəlman əxlaqından xəbər verən əməli ifadədir. Həmçinin zəkat kasıb insanı cəmiyyət arasında paxıllıq və həsəddən uzaq edir. Çünki onun haqqı varlı adamın malında mühafizə edilir. Ona görə də kasıb müsəlmanın varlı müsəlmanı sevdiyinin, onun üçün dua etdiyinin şahidi olursan. Peyğəmbər (sav) buyurmuşdur:
"Mömin mömin üçün bir binanın divarı kimidir. Onlar bir-birlərini möhkəm saxlayarlar"(Buxari: 10\ 449-450\ ? 6026. Müslim: 4\ 1999\ ? 2585.)
Həyatlarını maddəyə əsaslanan mənəviyyat üzərində qurmuş cəmiyyətlərin həyat tərzinə baxsan, onların yaşayışının paxıllıq, nifrət, oğurluq, soyğunçuluq, qətl və s. ilə dolu olduğunu görərsən.
Zəkat verən müsəlman həyatı yaşayan cəmiyyətlərə nəzər salsan, orada məhəbbət, ülfət, şəfqət, xeyir, xoşbəxtlik və s. kimi gözəl məziyyətlərin şahidi olarsan. Bütün bunlar İslamın əzəmətli əsası olan zəkatı həyata keçirməklə mümkün olmuşdur.
6. Zəkat, əmin-amanlıq və rahatlıq mənbəyidir. Zəkat, İslam şəriətində Allahın lütfündən sonra, imkansızlar üçün ikinci ictimai zəmanətdir. Həmçinin o, cəmiyyəti parçalanmadan və dağılmadan qoruyur. O, ictimai bir sığortadır. Çünki zəkat, Allahın izni ilə kasıblığın, aclığın və xəstəliyin qarşısını alan bir vasitədir. Kasıb insan zəkatda olan payına arxayın olaraq öz həyatını davam etdirir və böyük ümidlərlə yaşayır.
7. Zəkat, insanı ciddiliyə və işgüzarlığa səsləyir. Mal-dövlət sahibkarlığının bir hissəsinin kasıblara, yoxsullara, miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri müsəlmanlığa isinişib bağlanmaqda olanlara, həmçinin borcu ödəməyə imkanı olmayan borclulara və başqalarına nəql edilməsi onları işgüzarlığa və cəmiyyətə qarşı mehriban olmağa çağırır. Beləliklə, onların cəmiyyətə dəyən xeyirləri artır və cəmiyyət təkmilləşər.
8. Zəkat, yoxsulluğa qarşı aparılan ən gözəl və ən səmərəli mübarizə üsuludur. Buna sübut olaraq İslam şəriətinin bu qanununun ciddi olaraq tətbiq edildiyi qızıl əsrlərə nəzər salmaq kifayətdir. Həmin zamanlar müsəlmanlar arasında zəkat veriləcək kasıb adam qalmamışdı. Zəkat çıxarmaq istəyən bir müsəlman zəkat malını əlində gəzdirir və onu verəcək kasıb insan tapmırdı. Bu açıq-aşkar dəlildir ki, əgər zəkat həqiqi surətdə tətbiq edilsə və onun təşkilatçılığı təmin edilsə, onda onun yoxsulluğa necə son qoyduğunun şahidi olarıq.


Tarix: 08.05.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 269 Bölmə: Maraqlı melumatlar