Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Corablara məsh çəkmək

1.Muğirə ibn Şubədən rəvayət olunur ki, Peyğəmbərlə, (sav), bir yerdə idim. O dəstəmaz almaq istədikdə əyildim ki, onun dəridən olan corablarını çıxaram, o isə: «Onlara dəymə, mən onları dəstəmazlı olarkən geyinmişəm» – deyib onlara məsh çəkdi. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

2.Əlinin belə deməsi rəvayət olunur: «Əgər din insanın məntiqi ilə qurulsaydı, onda dəri corabın alt tərəfinə məsh çəkmək üst tərəfinə məsh çəkməkdən üstün olardı, lakin mən Allahın elçisinin məshi dəri corabın üstünə çəkdiyinin şahidi olmuşam». Hədisi Əbu Davud yaxşı isnadla rəvayət etmişdir.

3.Səfvan ibn Əssaldan belə deməsi rəvayət olunur: «Peyğəmbər, (sav), bizə səfərdə olarkən cənabət halı müstəsna olmaq şərti ilə üç gün, üç gecə ərzində hətta böyük və kiçik ayaqyoluna ehtiyacımız olsa və ya yatsaq belə, dəri corablarımızı çıxarmamağımızı əmr etmişdir».
Hədisi Nəsai və Tirmizi rəvayət etmişdir. Hədisin mətni sonuncuya aiddir. Tirmizi və İbn Xüzeymə onu səhih hesab etmişdir.

4.Əlinin belə deməsi rəvayət olunur: «Peyğəmbər, (sav), müsafirə dəri corab üzərinə məsh çəkmək üçün üç gün, üç gecə, müsafir olmayana isə bir gün, bir gecə icazə verdi». Hədisi Müslim rəvayət etmişdir.

5.Saubəndən rəvayət olunur ki, Allahın elçisi,(sav), hərbi ekspedisiyanı göndərərkən onlara əmmamələrinin və dəri corablarının üstünə məsh çəkməyi əmr etmişdir. Hədisi Əhməd və Əbu Davud rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.

6.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Əgər sizlərdən biriniz dəstəmaz alıb dəri corablarını geyinərsə, qoy onda onlara məsh çəksin və əgər istəsə onları cünub olmayınca da çıxarmasın». Hədisi Dəraqutni və Hakim rəvayət etmişdir, sonuncu isə onu səhih hesab etmişdir.

7.Əbu Bəkrdən rəvayət olunur ki, Peyğəmbər, (sav), müsafirə dəri corab üzərinə məsh çəkmək üçün üç gün, üç gecə, müsafir olmayana isə bir gün, bir gecə icazə verdi. Hədisi Dəraqutni rəvayət etmiş, İbn Xüzeymə isə səhih hesab etmişdir.


Tarix: 25.04.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqlı melumatlar
loading...