beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) -CƏBBAR

əl-Cəbbar – Cəbr kökündən gəlməkdədir. Hər hansı bir şeyi islah etmək, düzəltmək deməkdir. Bir kimsəni fəqirlikdən qurtararaq zənginləşdirmək və ya qırılan sümükləri düzəltməkdir. «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. Cəbbardır (hökmünə məcbur edəndir)». (əl-Həşr 22-24).

əl-Accac öz şerində deyir: «Allah dini tamamladı və o, dində tamamlandı»(İbn Mənzur «Lisanul Arab» Cə-Bə-Rə maddəsi.)
Əf-Alə vəznində işlədilən hökmüranlıq, məcbur etmək: Əcbərtuhu Alə Kəzə – onu belə etməyə məcbur etdim. İmam Şafii  deyir ki: «Sultan onu məcbur etdi». Əl çatılmaz, yüksək, əl çatmayan xurma ağacına Nəhlətun Cəbbar deyilir. «Ya Musa! Orada nəhəng adamlar vardır». (əl-Maidə 22). Bir kimsə uzun boylu, iri və qüvvətli olduğu zaman yüksək olan xurma ağacına bənzədilərək Raculun Cəbbar deyilir. İbn Abbas (r.a) deyir ki: «Cəbbar, ulu və uca deməkdir. Cəbərutullah. Allahın əzəməti və ucalığı deməkdir». Bu Sifət üç mənaya dayanır. Hökmüranlıq, üstünlük və ucalıq. Zəifləri düşdükləri vəziyyətdən qurtarmaq, Onun yolunda qırılmış qəlbləri düzəldən, yoxsulları zənginləşdirən, çətinlikdə olana hər çətinliyi asanlaşdıran, müsibətə uğrayana güc və qüvvət verərək səbr etməsini, əcr qazanmasına, ucalığına boyun əyənlərin qəlblərinə bir mutluluq və sevinc verəndir. Bütün varlıqlar Ona boyun əyər. Hər kəs Onun əmrlərinə uymaq məcburiyyətindədirlər. Allah əmr edilən deyil, əmr verəndir. O, məğlub deyil, qalib olandır. Uca Allah qulları arasında özlərini Cəbbar (üstün güc sahibi, zorba) olaraq göstərənləri pisləmişdir. «Allah hər təkəbbür sahibinin, zalımın ürəyini belə möhürləyir». (əl-Mumin 35). Peyğəmbər (s.a.v) buyurdu: «Yer üzündə təkəbbürlü və zorba olanlar qiyamət günündə insanların üzərinə basdıqları qarışqalar kimi diriləcəklər»
(Tirmizi 2492.)


Tarix: 05.05.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar