Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Həcc - Uşaq və kölənin həcci,Həcc etməyə imkanı olmaq nə deməkdir?,Qadının həcc etməsi

Uşaq və kölənin həcci:

Həcc etməyə imkanı olmaq nə deməkdir?

Qadının həcc etməsi:

İmkan olan kimi həcci dərhal icra etmək:

Uşaq və kölənin həcci:
Uşaq və dəliyə, həcc etmək vacib deyil. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: «Üç insandan qələm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər»[1].
Köləyə də həcc etmək vacib deyil. Çünki o, öz ağasına xidmət etməklə məşğul olduğundan buna imkanı çatmır.
Əgər uşaq yaxud kölə həcc edərlərsə onların həcci məqbuldur. Lakin bu zaman edilən həcc, həddi büluğa yetişən uşağa və azad olunan köləyə fərz olunan həcci əvəz etmir.
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir qadın əlindəki uşağı qaldırıb Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) göstərdi və dedi: Bu uşağın həcci sayılırmı? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəli. Sənin üçün də savab vardır»[2].
Digər rəvayətdə isə İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər kimsə uşaq ikən həcc edərsə, həddi büluğa yetişəndən sonra yenidən həcc etməlidir. Həmçinin hər kimsə kölə ikən həcc edərsə, azad olunandan sonra yenidən həcc etməlidir»[3].

Həcc etməyə imkanı olmaq nə deməkdir?
İmkan dedikdə, sağlamlıq, özünün və himayəsində olanların xərclərindən əlavə gedib-qayıtma xərcinin olması və əminamanlıq.
Sağlamlığın şərt olması İbn Abbasın (Allah ondan razı olsun) hədisinə əsasəndir. Demək rəvayətdə deyilir ki, «Xəsəm qəbiləsindən bir nəfər qadın Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: Ey Allahın elçisi, Allahın fərz buyurduğu həcc, atama qoca vaxtında fərz olmuşdur. O isə minik üzərində otura bilmir. Mən onun əvəzinə həcc edə bilərəmmi? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): Onun əvəzinə həcc et – deyərək cavab verir»[4].
Özünün və himayəsində olanların xərclərindən əlavə gedib-qayıtma xərcinin şərt olması Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözlərinə əsasəndir: «Himayəsində olanların azuqəsini xərcləmək, günaha batmaq üçün kifayətdir»[5].
Əminamalığın şərt olmasına dəlil budur ki, əminamanlıq olmayan vaxtda edilən həcc insana ziyan vura bilər. Şəriət isə belə halları məqbul saymır.

Qadının həcc etməsi:
Deyilən şərtlər əsasında həcc etməyə imkanı çatan qadına həcc etmək vacibdir. Bu işdə o kişilərlə eynidir. Lakin qadın üçün əlavə şərt vardır. Demək onun əri, yaxud məhrəmi onunla birgə səfərə çıxmalıdır. Əgər qadının bu kimsələri yoxdursa, demək onun həcc etməyə imkanı da yoxdur. İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini deyir: «Heç bir kişi, yanında məhrəmi olmayan qadınla tənha qalmasın. Və heç bir qadın məhrəmsiz səfərə çıxmasın». Bu zaman bir kişi qalxıb dedi: Ey Allahın elçisi, arvadım həccə yola düşüb. Mən isə filan və filan döyüşlərə yazılmışam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Get arvadınla bərabər həcc et»[6].

İmkan olan kimi həcci dərhal icra etmək:
İmkanı olan kimsənin dərhal həcc etməsi vacibdir. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim həcc etmək istəyirsə tələssin. Çünki insan xəstələnə, yaxud miniyini itirə və ya onun başqa bir işi çıxa bilər»[7].


[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3513. Əbu Davud: 12/ 78/ ? 4380.
[2] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 648. Müslim: 2/ 974/ ? 1336. Əbu Davud: 5/ 160/ ? 1720. Nəsai: 5/ 120.
[3] Hədis səhihdir. əl-İrva: ? 986. Beyhəqi: 5/ 156.
[4] Buxari: 4/ 66/ ? 1855. Müslim: 2/ 973/ ? 1334. Tirmizi: 2/ 203/ ? 932. Əbu Davud: 5/ 247/ ? 1792. Nəsai: 5/ 117.
[5] Hədis səhihdir. əl-İrva: ? 989. Əbu Davud: 5/ 111/ ? 1676.
[6] Buxari: 6/ 142/ ? 3006. Müslim: 2/ 978/ 1341. Rəvayətin bu mətni ona məxsusdur.
[7] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2331. İbn Macə: 2/ 962/ ? 2883.


Tarix: 01.05.2013 / 17:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Maraqlı melumatlar
loading...