beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) - CƏMİL

əl-Cəmil – Uca Allahın gözəl İsimlərindəndir. Varlıq aləmində hər gözəlliyin sahibindən daha gözəldir. Hətta bütün varlılıqların gözəlliyi bir adamda toplansa yenə də bu gözəllikləri Allahın gözəlliyinin yanında günəş işığı qarşısında zəif qəndil işığına bənzər. Bu aləmdə var olan bütün gözəlliklər Onun bir sənət əsəridir. Gözəllikləri yaradan Odur.

O, bütün gözəl isim, sifət və fellərin sahibidir. Ən gözəl İsimlər Ona aiddir. Bu dünya həyatında heç bir insan Onun cəlalına və camalına tamaşa etməyə güc yetirməz. Cənnətdə Onu gördükdə isə bu onlara içində olduqları bütün nemətləri unutdurur. O, an Ondan başqa heç bir şeyə dönüb baxmazlar. Əgər üzündəki nur pərdəsi olmasa üzündəki o, nur Ona baxan bütün gözləri yandırardı. Əbu Musa (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Allah yatmır. O, yatmamalıdır ki, Mizanı (başqa rəvayətdə ədaləti) endirsin və ya qaldırsın. Gündüzün əməlindən əvvəl gecənin əməli, gecənin əməlindən əvvəl gündüzün əməli ona (Allaha) yüksəlir (qaldırılır) Onun örtüyü (pərdəsi) nurdur.Əgər üzündəki pərdəni qaldırsa üzünün nurları yaratdığı hər bir şeyi yandırar (Müslim, İmam Əhməd 4/395,401, İbn Məcə 195, Darimi «ər-Rədd aləl Mərisi» s. 173, Beyhəqi «Əsmə və Sifət» s. 402, əl-Albani «Muhtasarul Uluvv» s. 86, «Səhih Cəmius Səğir» 1860.)
Bu İsim Qurani Kərimdə keçməməkdədir. Yalnız İbn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Heç şübhəsiz ki, Allah Cəmildir (gözəldir) və gözəl olanıda sevir»(Müslim 1/93, H. 147. )
Peyğəmbər (s.a.v) buyurdu: «Allah gözəldir və gözəldən başqasını da qəbul etməz»(Müslim 1015. )
Gözəllik insanın zahiri görnüşünü əhatə etdiyi kimi (geyim, saç), bundan başqa olan bütün gözəl şeyləri də əhatə edir. Çünki Allah verdiyi nemətlərin əsərini qulların üzərində görməsindən xoşlanır. Çünki bu sevdiyi gözəllikdəndir. Buna görə də Allahın verdiyi nemətlərə şükr edən kimsə, bu nemətləri yerinə yetirməli və istifadə etməlidir. İstifadə etmək zahiri gözəllik, dil və qəlb ilə şükr isə daxili gözəllikdir. «O, yaratdığı hər şeyi gözəl yaratdı». (əs-Səcdə 7). «Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır». (əl-Əraf 26).
Peyğəmbər (s.a.v) buyurdu: «Allah nemətinin əsərini, qulunun üzərində görməyi sevər»(Tirmizi 2819. )

Əbul Əhvas əl-Cəşmi deyir ki, Peyğəmbər (s.a.v) üzərimdə köhnə və cırılmış paltar gördü və buyurdu: «Malın varmı?». Mən: «Bəli» dedim. O: «Nəyin var?» deyə buyurdu. Mən: «Dəvələrim və qoyunlarım» dedim. O: «O, halda sənə verdiyi bu nemət və qayğını üzərində göstər» deyə buyurdu (Əbu Davud 4063. )

Peyğəmbər (s.a.v) buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan kimsə Cənnətə girməz». Səhabələrdən biri: «Ya Rəsulullah! Əgər biri gözəl geyinmək, gözəl ayaqqabı, gözəl oturuş və gözəl miniyi olmasını istəyir? Bu da təkəbbürlükdür» deyə soruşdu. Peyğəmbər: «Yox, həqiqətən də Allah gözəldir və gözəl olanı da sevir. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır» deyə buyurdu (Müslim. )

Allah gözəl sözləri, felləri, paltarları və gözəl görünməyi sevdiyi kimi çirkin sözləri, felləri, paltarları və çirkin görünməyi də sevməz. Qısaca Allah çirkinliyi və çirkini sevməz, gözəlliyi və gözəli isə sevər. Aişə (r.anha) rəvayət edir ki, bir gün: «Yəhudilər Peyğəmbərin (s.a.v) yanından keçərkən (onu ələ salaraq): «Əs-Səmu Aleykə – ölüm üzərinə olsun» dedilər. Peyğəmbər də: «Və Aleykum – sizin üzərinizədə» deyə buyurdu. Aişə (r.anha) bu şeylərə dözməyərək: «Ölüm də üzərinizə olsun, Allahın lənəti üzərinizə olsun və Allah sizə qəzəb etsin» dedi. Peyğəmbər: «Yavaş ol, ey Aişə, yavaş və yumşaq davran. Sərtlikdən və çirkin sözlər söyləməkdən çəkin (Başqa rəvayətdə: Çirkin söz söyləyən birisi olma! Çünki uca Allah çirkin söz söyləməyi, çirkin sözləri işlətməyi sevməz) Mən onlara qarşılıq verdim. Mənim söylədiyim qəbul olunur. Lakin onların mənim üçün söylədikləri isə qəbul olunmaz» deyə buyurdu.(Buxari, Müslim)

«Halbuki biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca bu kafirlərdən daha üstün idilər». (Məryəm 74). Peyğəmbər (s.a.v) buyurdu: «Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar»(Müslim 2064)

Peyğəmbər (s.a.v) buyurdu: «Kim təkəbbürlü olaraq yeriyərsə və təkəbbürlü olaraq danışarsa Cənnətə girməz»
(Əbu Davud. )


Tarix: 05.05.2013 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Maraqlı melumatlar