beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-HƏYİYYU

əl-Həyiyyu - Allah özünü həya sifəti ilə vəsf etdiyi kimi, Peyğəmbər (s.a.v) də Onu bu sifətlə vəsf etmişdir. Buna görə də O, Həya və Kərəm sahibidir. Salman Farisi  rəvayət edir ki, Rəsulullah (s.av) buyurdu: «Əbədi və Kərim olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan Həya edir»(Əbu Davud 1488, Tirmizi 3551, İbn Məcə 3865. Musnəd 5/438, əl-Albani “Səhih Tirmizi” 3/179. )

Ummu Süleym (r.a) deyir ki: «Allah haqqı bəyan etməkdən həya etməz»(Buxari 6091, Müslim 313. )

Rəsulullah (s.a.v) buyurdu: «Allah həya sahibidir və ayıbları örtəndir. Biriniz yuyunduğu zaman örtünsün»(Əbu Davud 4012. )
Hər müsəlman onu yaradan Rəbbindən utanmalı və həya etməlidir. Belə ki, Rəbbi onu qadağan etdiyi yerlərdə görməməli, əmr etdiyi yerlərdə görməlidir. Rəbbindən həya edərək çirkin söz və davranışlardan çəkinməlidir. Allahdan çox həya edən kimsə Ona üsyan etməkdən də çəkinər. Çünki Allahın hər yerdə onunla birlikdə olduğunu bilər. Qulun söz və əməldə olan günahları insanlar arasında nə qədər çox yayılarsa, günahın açığa çıxması da o, qədər böyük olar. İnsanlardan utanmayan Allahdan da utanmaz. Kim utanmırsa istədiyini edə bilər və onun bu günahları tərk etməsinə mane olan həyadır. Rəsulullah (s.a.v) buyurdu: «Həqiqətən də insanların Peyğəmbərlikdən öyrəndikləri ilk söz: «Əgər həya etmirsənsə istədiyini et»
(Buxari. )

Həya qəlbin maddəsidir, hər bir xeyirin əslidir və onun getməsi bütün xeyirdən məhrum olmaq deməkdir. Rəsulullah (s.a.v) buyurdu: «Həyanın hamısı xeyirdir»
(Müslim. )
Əgər həya yoxdursa onu bu günahlardan çəkindirən maneə də yoxdur. Əgər Allahdan utanmırsa istədiyi əməli edə bilər. Günahlar həqiqətən də qəlbi zəiflədir. Günahı edən şəxs bu günahı etməsindən xəbərdar olmasına baxmayaraq yenə də buna əhəmiyyət vermir. Çünki bunu etməyə onu vadar edən qəlbdə həyanın olmamasıdır. Həya insanlarda öyülən bir əxlaqdır. Rəsulullah (s.a.v) buyurdu: «Həya imandandır»(Buxari, Müslim. )
Həya – həyat sözündən götrülmüşdür. Kimin həyası yoxdursa o, dünyada meyyid, axirətdə isə bədbəxt olar və kim də günah etdiyi zaman Allahdan utanmazsa, Allah da Qiyamət günü onu cəzalandırmaqdan utanmaz. «Onlar insanlardan gizlətsələr də Allahdan gizlədə bilməzlər». (ən-Nisa 108) ayəsində insanlardan utanaraq gizlənən, lakin insanları yaradandan utanmayanları pisləmişdir. Çünki belə etməklə onlar yaradılanları yaradandan üstün tutmaqdadırlar.


Tarix: 05.05.2013 / 15:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar